Siyasət

Lapşinin ekstradisiyası Azərbaycanın Ermənistan üzərində növbəti qələbəsidir

10 Fevral 2017 11:36

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası Prezident İlham Əliyevin, Azərbaycan diplomatiyasının, xarici siyasətinin ikili standartlar üzərində, Ermənistanın kriminal hakimiyyəti üzərində növbəti qələbəsidir.

Qar uçqunu nəticəsində bir hərbi qulluqçumuz həlak olub

10 Fevral 2017 11:32

Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir. Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Azərbaycan və Aİ arasında yeni saziş üzrə ilkin müzakirələrin detalları açıqlanıb

10 Fevral 2017 11:27

Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə aparılan ilkin danışıqlarda sırf texniki məsələlər müzakirə olunub. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, görüşdə substantiv heç nə danışılmayıb: “Hələ ki bizim layihə üzrə onların mövqeyini gözləyirik. Onlar indiyə qədər bizə məlumat verməyiblər.

İlham Əliyev Bakıdakı 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak edib

10 Fevral 2017 11:21

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Bakıdakı 1 saylı poçt filialında aparılmış yenidənqurma işlərindən sonra fevralın 10-da yeni xidmət mərkəzinin açılışı olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusuna medal verilib (SİYAHI)

9 Fevral 2017 18:52

Prezident İlham Əliyev Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Millət vəkili: “Lapşinin Azərbaycana ekstradisiyası ciddi bir mesaj oldu” 

9 Fevral 2017 18:25

“Aleksandr Lapşinin Azərbaycana qaytarılması Azərbaycan dövlətinin, şəxsən Prezdent İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Həm də bu, Belarusiya-Azərbaycan arsasındakı möhkəm dostluq münasibətlərinə söykənir”. Bunu millət vəkili Azər Badamov deyib.

Ştetina və uşaqlarının "klassik çayxana söhbətləri"

9 Fevral 2017 18:20

Məlum olduğu kimi, fevralın 6-da Avropa Parlamentinin qərargahında "Azərbaycandakı vəziyyətə dair" adlı "tədbir" keçirilib. Elə "5-ci kolon" nümayəndələri arasında növbəti qovğa da bundan sonra başlayıb. Hazırda xüsusilə sosial şəbəkələrdə "qrantyeyənlər"i üz-üzə qoyan "kimdir ermənipərəst?" sualına cavab axtarışlarıdır.

Azərbaycan və İran prezidentləri martda görüşəcəklər

9 Fevral 2017 18:17

“İran və Azərbaycan prezidentləri ECO sammiti çərçivəsində İslamabadda görüşəcəklər”. Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib. O qeyd edib ki, sammit martın 1-də keçiriləcək. 

Deputat bəyənat yaydı

9 Fevral 2017 18:10

Milli Məclisin deputatı Çingiz Qənizadə haqqında yayılan şayiələrlə bağlı müraciət yayımlayıb. Bəyənatda deyilir ki, son vaxtlar mənə çatan məlumata görə, “afn.az” saytının mənimlə bağlı olduğu ilə əlaqədar kimlər tərəfindənsə xəbərlər yayılıb: “Siz bilirsiniz ki, hər bir saytın saxlanması üçün hər ay xeyli vəsait lazımdır.

Zaxarova: "Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr davam etdiriləcək"

9 Fevral 2017 17:42

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əlaqələr Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş qrafikindən asılı olmayaraq davam etdiriləcək. Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. 

Nazir: “Lapşinin məsələsinin siyasiləşdirilməsi məni hiddətləndirir”

9 Fevral 2017 17:02

"Aleksandr Lapşinin məsələsinin gərəksiz siyasiləşdirilməsi məni hiddətləndirir və təəccübləndirir”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində deyib.

Sərkisyan öz rejimini qorumaq üçün ölkəsini qurban verməyə razıdır

9 Fevral 2017 16:56

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv mövqe tutur”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə,  bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini  Rövşən Rzayev səsləndiriib.

Xarici ölkələrin Azərbaycandakı səfirləri Cocuq Mərcanlıya gedəcəklər

9 Fevral 2017 16:46

Gələn həftə xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpusun nümayəndələri  Cocuq Mərcanlıya gedəcəklər.