Siyasət
Lapşinin məsələsi siyasi yox, hüquqidir
Ayrı-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyildir. Sırf hüquqi xarakter daşıyan bu məsələ hüquqi müstəvidə baxılmalıdır.
"Lapşin məsələsi" informasiya müharibəsi yaradıb - Belarus və Azərbaycan hədəfdə
"Lapşin məsələsi" ilə bağlı rus və erməni internet mediasında Belarusa qarşı dəhşət hücuma keçiblər. Rusiyalı ekspertlər Lukaşenkonun çox ciddi siyasi riskə getdiyini, Belarusa qarşı sanksiyalar tətbiq etməyin vacibliyini, erməni ekspertlər də Avrasiya blokundan çıxmağın vacibliyini qeyd etməyə başlayıblar. Ruslar artıq rəsmi olaraq bloqçu Lapşini müdafiə edəcəklərini bildiriblər. Bir sözlə, "Lapşin məsələsi" global şəbəkədə amansız informasiya müharibəsinə səbəb olub. Eyni zamanda görünən odur ki, qarayaxmalarda Azərbaycanı tam yaddan çıxarıblar.
"Xarici KİV-lərin Cocuq Mərcanlıya getməsi Ermənistana bir mesajdır"
“Xarici KİV-lərin Cocuq Mərcanlı kəndinə səfər etməsi çox yaxşı təşəbbüsdür. Xarici jurnalistlər bununla da oradakı reallıqları öz gözləri ilə görmək imkanı qazandılar”. Bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Lapşinin Azərbaycana ekstradisiyası zamanı hüquq pozuntusuna yol verilməyib
Azərbaycan Respublikasının dövlət sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirən və bir neçə dövlətin vətəndaşı olan bloqer Aleksandr Lapşinin Azərbaycana gətirilməsində istər milli qanunvericiliyin, istərsə də beynəlxalq konvensiyaların tələblərinə əməl olunub.
Səməd Seyidov: "Lapşinin ekstradisiyası beynəlxalq hüquqa əsasən həyata keçirilib"
Aleksandr Lapşin Beynəlxalq Cinayət Polisi İdarəsi (İnterpol) tərəfindən Belarus ərazisində saxlanılıb və məlumdur ki, İnterpol hər zaman beynəlxalq səviyyədə tanınan qanun pozucularının axtarışı ilə məşğul olur.
Bəzi qüvvələr “Lapşin məsələsini” siyasiləşdirmək istəyir
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş, Belarusda saxlanılan bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi ermənipərəst qüvvələrin ciddi narahatçılığına səbəb olub. Artıq reallaşan ekstradisiya prosesindən əndişlənən ermənilər baş vermiş hadisədən Azərbaycanın əlehinə istifadə etmək məqsədilə hücuma keçiblər.
Qarabağ münaqişəsi, artıq Rusiyanın tam inhisarına verilib
“Bundan əvvəl beynəlxalq təşkilatların, ABŞ və Avropanın diqqət etdiyi Dağlıq Qarabağ münaqişəsi, artıq Rusiyanın tam inhisarına verilib. Artıq, böyük dövlətlər və qrumlar, problemin açarını Rusiyada görürlər”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
Bakıdan Yerevana daha bir ağır zərbə
“Azərbaycan dövlətinin qanunlarını pozaraq, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə səfər edən Lapşinin Belarusda tutularaq ölkəmizə gətirilməsi cənab Prezidentimiz İlham Əliyev başda olmaqla dövlətimizin ilk növbədə, şəhid əsgərimizin nəşinin qaytarılmasından sonra rəsmi Yerevana vurduğu ikinci daha ağır bir zərbədir və işğalçı ölkənin beynəlxalq mövqelərinin zəifliyini göstərir”.
Lapşinin ekstradisiyası bir daha təsdiq etdi ki...
Azərbaycan daha bir diplomatik uğura imza atdı. Belə ki, rəsmi Bakının israrı, Minskinin qətiyyəti Azərbaycan ətrafında hörülmüş həlqələri darmadağın etdi. Ermənipərəst qüvvələrin, eləcə də erməni diasporasının ciddi təkidinə baxmayaraq Rusiya və İsarail vətəndaşı olan bloger Aleksandr Lapşinin ekstradisiyasına qərar verildi. Nəhayət fevralın 7-də Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş, Belarusda saxlanılan bloqer Aleksandr Lapşin Bakıya gətirildi. Məlumat üçün qeyd edək ki, Bundan əvvəl Belarus Ali Məhkəməsi bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayətini rədd edib.
Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır
Azərbaycanın əldə etdiyi diplomatik uğurlara hər ötən gün daha biri əlavə olunur. Ermənistanı hərbi sahədə məğlub duruma salan Azərbaycan paralel olaraq düşmən ölkə üzərində diplomatik qalibiyyəti də təmin edir. Bu günlərdə şəhidimiz Çingiz Qurbanovun nəşinin Ermənistanın bütün beynəlxalq hüquq və normalara, qeyri-insan keyfiyyətlər nümayiş etdirməsinə baxmayaraq geri alınması bunun bariz nümunəsidir. Ötən gün isə Azərbaycan Ermənistan üzərində daha bir diplomatik uğur əldə etdi desək yanılmarıq. Belə ki, uzun müddət mübahisə predmeti olan, həm Moskva və İrəvanın maraqlarına zidd sayılan bir proses də Azərbaycanın xeyrinə yekunlaşdı. Belə ki, Azərbaycanın ərazi bütövlüyünü pozaraq separatçı Dağlıq Qarabağ rejiminə səfər edərək onların təbliğ edən Aleksandr Lapşin Azərbaycana tərəfinə təhvil verildi. Lapşinin Azərbaycana təhvil verilməsi birmənalı olaraq ölkəmizin Ermənistan üzərindəki diplomatik uğuru kimi xarakterizə edilir.
Lapşinlə bağlı Rusiyanın Azərbaycana etirazı təəccüb doğurur
"Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunduğu gün Rusiya hüquqi yardım barədə eyni konvensiya çərçivəsində Azərbaycan vətəndaşını Ukraynaya ekstradisiya edib. Buna görə Rusiya tərəfinin hadisə ilə bağlı Azərbaycana etiraz bildirməsi təəccüb doğurur".
Politoloq: "Lapşinin ekstradisiyası ciddi xəbərdarlıqdır"
“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması bu addımı atmaq istəyənlərə ciddi xəbərdarlıqdır”. Bunu politoloq İlqar Vəlizadə deyib.
Ermənistanın uzun müddətdən bəri apardığı siyasət iflasa uğradı
“Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşinin Bakıya gətirilməsi Ermənistan və ermənipərəst qüvvələr üçün bir mesajdır”. Bunu deyən"Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovun sözlərinə görə, artıq əcnəbi vətəndaşları bu addımdan ciddi nəticə çıxarmalıdırlar: “Məlumdur ki, bu vaxta qədər ayrı-ayrı şəxslər və qruplar Dağlıq Qarabağa qanunsuz səfərlər ediblər. Bununla da Azərbaycan Respublikasının qanununu, beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri pozaraq icazəsiz olaraq Azərbaycan dəvlətinin ərazisinə daxil olublar.
Lapşinin ekstradisiyası beynəlxalq hüquq çərçivəsində həyata keçirilib
"Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib". Bu sözləri "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının nümayəndəsi Vahid Bayramov deyib.
Onu niyə Bakıya əliqandallı gətirdilər - SADƏ SUALLARA CAVABLAR
Üç ölkənin vətəndaşı olan bloqer Aleksandr Lapşin Belarusun paytaxtı Minskdən Bakıya gətirildi. Xüsusi təyyarə ilə. Bakıdakı Heydər Əliyev beynəlxalq hava limanında onu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstəsinin əməkdaşları qarşıladılar.













