Siyasət

Azərbaycan prezidenti "Əl-Cəzirə" televiziyasına müsahibə verib

8 Fevral 2017 14:19

Azərbaycan prezidenti İlham Əliyev fevralın 8-də "Əl-Cəzirə" televiziyasının müxbiri Omar Kaşrama müsahibə verib.

Əli Əhmədov: "Lapşinin gətirilməsi Azərbaycanın siyasi iradəsini ortaya qoyub"

8 Fevral 2017 14:10

"Aleksandr Lapşinin ekstradisiyası Azərbaycanın milli maraqlarını qorumaq əzmində olduğunu sübut edən çoxsaylı faktlardan biridir".  Bunu bu gün baş nazirin müavini Əli Əhmədov söyləyib.  

Əflatun Amaşov: “Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir”

8 Fevral 2017 13:58

“Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası son dərəcə mühüm hadisədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov səsləndirib.

Silahlı Qüvvələrimizin bölmələri düşmənin növbəti diversiyasının qarşısını alıb

8 Fevral 2017 13:57

Fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub.

Lapşinin Bakıya ekstradisiyası Azərbaycana başucalığı gətirən məsələdir

8 Fevral 2017 13:33

"Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayan, öz bloqunda Dağlıq Qarabağı müstəqil respublika kimi qeyd edən İsrail və Rusiya vətəndaşı, fitnə toxumu səpən bloqçu Aleksandr Lapşin Minskdən Bakıya ekstradisiya olunub. Bu Azərbaycana başucalığı gətirən bir məsələdir və bunu təqdir edirəm”.

Lapşini müdafiə edənlər nədən Dilqəm Əsgərovu yada salmırlar?

8 Fevral 2017 13:12

“Lapşin Azərbaycana ekstradisiya edilməsi yaxşı xəbər oldu. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımıza səfərlər edən, işğalçıları dəstəkləyən açıqlamalar verənlərə və bu fikirdə olanlara ciddi xəbərdarlıq olacaq”.

Elman Nəsirov: "Lapşinin Azərbaycana ekstradisiyası böyük siyasi hadisədir"

8 Fevral 2017 13:07

"2011-2012-ci illərdə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi Ermənistanda gündüz vaxtı şimşək çaxması effekti verdi".

Tahir Mirkişili: "Gün gələcək Ermənistan rəhbərləri də qolu qandallı Bakıya gətiriləcəklər" 

8 Fevral 2017 13:04

"Aleksandr Lapşin Azərbaycan qanunlarını kobud şəkildə pozub və bunu nümayişkəranə edib. O kiməsə və nəyəsə arxayın olaraq Azərbaycan dövlətinin gücünü lazımı qiymətləndirə bilməyib. Ancaq Azərbaycan dövlətinin gücü qarşısında həm Lapşin, həm də onun himayədarları acız qaldılar".  Bunu millət vəkili Tahir Mirkişili bildirib.

Özbəkistan portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazı yerləşdirilib

8 Fevral 2017 13:04

Özbəkistanın ziyouz.uz portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özbək dilində məqalə yerləşdirilib.

Azərbaycan Lapşini gətirməklə onları darmadağın edib

8 Fevral 2017 13:01

"Bir neçə vətəndaşlığının olmasından da göründüyü kimi təkcə bloqerlik etməyən Lapşinin Azərbaycana gətirilməsi dövlətimizin gücünün və dost Belarusun, özəlliklə də onun prezidenti cənab Lukaşenkonun sözübütövlüyünün göstəricisidir”. Bunu millət vəkili Sahib Alıyev deyib.

Ermənistandakı qat-qat zalım əsirlikdir

8 Fevral 2017 12:59

"Ümumiyyətlə Azərbaycan vətəndaşlarının girovluqda olması təbii ki, hamımızı üzən hadisələrdən biridir. Burada həssas olan məqam orasındadır ki, Azərbaycan vətəndaşı bir başqa torpağa daxil olmayıb. Azərbaycan vətəndaşı öz Vətənində, torpağında girov saxlanılır. Hansı ki, Qarabağ əsirlərlə bizə məxsus olub”. Bunu millət vəkili Elşən Musayev deyib.

Ukrayna prezidenti azərbaycanlı zabiti ordenlə təltif edib

8 Fevral 2017 12:39

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşən azərbaycanlı zabit, leytenant Roman Balağa oğlu Baxşıyevi mükafatlandırıb. Ailəsindən  verilən məlumata görə, azərbaycanlı zabit Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif edilib. P. Poroşenko ötən gün bununla bağlı sərəncam imzalayıb.

Prezident İlham Əliyev Fransanın Dövlət katibini qəbul edib

8 Fevral 2017 12:10

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın Baş naziri yanında Dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincen Plasenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidentini qəbul edib

8 Fevral 2017 12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi qəbul edib.