NATO-nun baş katibindən Azərbaycan və Ermənistana çağırış .

NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Y.Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib.

"Gərginliyin qarşısını almaq vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq", deyə Y.Stoltenberq qeyd edib.

O həmçinin vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31