Türkiyədən Ermənistana Qarabağ XƏBƏRDARLIĞI: “Səbrimiz tükənir”
28 Fevral 2017 13:37 Siyasət"Atəşkəsi pozan, hücum edən Ermənistandır. Dağlıq Qarabağın işğalı məsələsi həll edilməyib. Türkiyənin də üzvü olduğu ATƏT-in Minsk qrupu ədalətli təmin etməyib".
Publika.az xəbər verir ki, bu barədə Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
D.Baxçalı qeyd edib ki, artıq zaman daralır, səbir tükənir: "Ermənistan Azərbaycan torpaqlarından dərhal çəkilməlidir. Türk millətinin qəlbi Dağlıq Qarabağda döyünür. 25 il önsə Xocalıda itirdiyimiz qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Qardaş Azərbaycana başsağlığı verirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31