Siyasət

Həmsədrlər də separatçılar kimi atəşkəsin pozulmasında Azərbaycana işarə edirlər

27 Fevral 2017 12:06

“Hərbi toqquşmadan 24 saat keçməmiş Minsk Qrupunun həmsədrləri cəbhə bögəsindəki gərgin vəziyyətlə bağlı bəyanat yayıblar. Həmişəki kimi ümumi sözlərlə bol olan bəynatda bir cümlə diqqətimi cəlb etdi: “Bəzi cəsədlər neytral zonada qalıb”. Dünən bu cümləni erməni saytlarında da oxumuşdum.

Millət vəkilindən Avropa Parlamentinin rəhbərliyinə müraciət

27 Fevral 2017 12:05

Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.

Ermənistan Talış kəndi istiqamətində növbəti təxribata cəhd edib

27 Fevral 2017 12:03

Ermənistan bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Ermənistan tərəfi Talış kəndi istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib. Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

Cəbhədə gərginliyin səbəbləri Politoloq açıqlayır

27 Fevral 2017 12:02

“Ermənistan-Azərbaycan cəbhəsində vəziyyətin pisləşməsinin bir neçə səbəbi var”. Bunu  politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, birinci səbəb bundan ibarətdir ki, ermənilər təmas xəttini əbədiləşdirmək və oraya beynəlxalq müşahidəçiləri yerləşdirmək, monitorinqlər təşkil etmək istəyirlər: “Bu, onlara imkan verəcək ki, özlərini arxayın hiss edərək torpaqlarımızdan geri çəkilməsinlər. Yəni təzyiqlərdən özlərini sığortalamaq istəyirlər. Çünki Azərbaycanın daimi təzyiqi altında olmağa tab gətirə bilmirlər. Azərbaycan həmin planı rədd edib və əvvəlcə erməni qoşunlarının işğal edilmiş ərazilərimizi tərk etməli olduğunu bildirib. Yalnız belə olan halda bölgəyə müşahidəçi gələ bilər, əks halda Azərbaycan ora heç kimi buraxmaq niyyətində deyil”. 

Musa Qasımlı Prezidentin səfərinə münasibət bildirdi

27 Fevral 2017 12:00

"Qətər dövləti ilə ölkəmiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli (islam Əməkdaşlıq Təşkilatı, BMT və s.) formatda uğurla inkişaf edir”. Bunu millət vəkili, professor Musa Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da Qətər Dövlətinə reallaşdırdığı rəsmi səfərə və iki dövlət arasındakı əlaqələrə münasibət bildirərkən deyib.

Politoloq: “Sarksyan xalqına yalan vədlər verməklə məşğuldur” 

27 Fevral 2017 11:59

“Artıq bir neçə gündür ki, ermənilər tərəfindən demək olar ki, bütün istiqamətlərdə atəşkəs intensiv şəkildə pozulur. Tərtərdən tutmuş Tovuza qədər ordumuzun mövqelərinə qarşı atəşkəsi pozublar. Bu saatlarda döyüşlər davam edir”.   Bunu politoloq Zaur Məmmədov deyib.

Siyasi şərhçi: “Ermənistan ictimai rəyi aldatmağa çalışıb”

27 Fevral 2017 11:55

“Gün ərzində Azərbaycan ordusunun apardığı məqsədyönlü müdafiə əməliyyatları nəticəsində Ermənistan işğalçı gücləri çaşqınlıq içində ictimai rəyi aldatmağa çalışıb”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Polşa Seyminin deputatı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

27 Fevral 2017 11:54

Polşa Seyminin deputatı Silvestr Xruş Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.

Türkiyə səfiri Xocalı mitinqinə dəstək verdi

27 Fevral 2017 11:38

Danimarka Vətən Cəmiyyetinin təşkilatçılığı ilə Kopenhagenin mərkezi meydanı olan Rådhuspladsda etiraz mitinqi təşkil olunub. Bu barədə “OLAYLAR”-a məlumat verən sözügedən cəmiyyətdən daxil olub. Bildirilib ki, Rådhuspladsda Azərbaycan himni səslənib, Xocalı şəıhidlərinin və Türk Dunyası şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Ermənistan hər zaman olduğu kimi yenə də məğlubiyyətə düçar olacaq

27 Fevral 2017 11:35

“Ermənistan birinci dəfə deyil ki, belə təxribatçı fəaliyyətlə məşğul olur. Aprel döyüşlərinin ildönümü yaxınlaşdıqca, düşmən ölkənin bu cür təxribatlara gedəcəyi gözlənilən idi”. Bu fikirləri “OLAYLAR”-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, Azərbaycan Ordusu da qəhrəmancasına onların hücumlarının qarşısını almağa qadir olduğunu göstərir: “Bu məsələ hər hansı halda Ermənistanın xeyrinə deyil.

Avropa Azərbaycanlıları Konqresi Amsterdamda mitinq keçirib

27 Fevral 2017 11:26

Amsterdamda Kral Sarayının qarşısındakı Dam meydanında Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25 ildönümü ilə bağlı etiraz mitinqi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mitinqdə Avropanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, tələbələr, türk icmasının təmsilçiləri iştirak edib. Mitinqdə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır”, “Ermənistan Azərbaycan torpaqlarından çıx”, “Ya Qarabağ, ya ölüm”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirilib.

Atəşkəsin pozulması halları intensivləşib

27 Fevral 2017 11:25

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan (cəmi 9 mərmi), həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 129 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Voskevan, Şavarşavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq, Quşçu Ayrım, Fərəhli, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ermənilərlə işləyən QHT-lər hansılardır?

27 Fevral 2017 11:23

“Azərbaycanda bəzi QHT-lər ermənipərəst mövqe ona görə tutur ki, ermən QHT-ləri ilə birgə və ya onlarla koalisiyada layihələr həyata keçirir və onların bu layihələrdə iştirakı erməni tərəfinin iradəsindən asılıdır. Yəni "özünü yaxşı aparmasan" layihə ala bilməzsən”.

Ermənistan əldə olunmuş razılığı pozub

27 Fevral 2017 11:21

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistanın bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.