“İşlər Sarkisyanın istədiyi kimi getmir”

“Ermənistan prezidenti Serj Sarksyan çox yaxşı bilir ki, “İsgəndər” silahlarının Azərbaycan üçün heç bir qorxusu yoxdur”. Bunu  politoloq Zaur Məmmədov deyib.

"Ermənistan prezidenti Serj Sarksyan çox yaxşı bilir ki, "İsgəndər" silahlarının Azərbaycan üçün heç bir qorxusu yoxdur". Bunu  politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, "İsgəndər" silahları Cənubi Qafqazda qeyri-effektivdir: "İrəvan unutmamalıdır ki, Azərbaycan eyni anda bir neçə istiqamətdən İrəvanı yerlə yeksan edə bilər və Bakıdan fərqli olaraq  İrəvan özünü  bizim belə hücumumuz qarşısında müdafiə edə bilməyəcək.

Sarksyanın bu bəyanatı seçkilərdən öncə daxili auditoriya üçün hesablanıb. İşlər onun istədiyi kimi getmir, Qarabağ kartından istifadə etməklə özünə xallar qazanmaq istəyir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hansı məcraya keçəcəyi may-iyun aylarında bəlli olacaq". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31