Siyasət

Asim Mollazadə: “Beynəlxalq təşkilatlar Ermənistanın şıltaqlığına göz yumur”

31 Mart 2017 11:55

“Ermənistan hakimiyyəti çalışır ki, hədə-qorxu, təcavüzlə Azərbaycanı sınağa çəksin. Heç şübhəsiz ki, bütün bunlar Sarkisyanın 2 aprel Ermənistanda keçirləcək parlament seçkiləri öncəsi özünün daxili nüfuzunu qaldırması oyunları ilə bağlıdır. Amma Ermənistanın və havadarlarının siyasətində bir dəyişiklik yoxdur”. Bunu millət vəkili Asim Mollazadə deyib.

“Beynəlxalq birlik və böyük dövlətlər ədalətli mövqe tutmalıdır"

31 Mart 2017 11:53

“XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırım hadisələrini unutmamalıyıq”. Bunu öz “Twitter” səhifəsində Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb. 

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağa ermənilər köçürülmədir” 

31 Mart 2017 11:52

“Dağlıq Qarabağ azərbaycanlılarına münasibət ATƏT-in Minsk Qrupu həmsədrləri, eləcə də Rusiya üçün testdir”. Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

31 Mart soyqırımı ilə bağlı danılmaz dəlillər cəmlənib

31 Mart 2017 11:51

“Tarix boyu hansısa xalq başqa bir xalqa zülm edib, soyqırımı törədib. Ona görə də belə soyqırımılar onu yaşayanlar üçün böyük faciə, digər ölkələr üçünsə sadəcə bir statistikadır. Bu baxımdan ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 Mart soyqırımını dünya yetərincə duya bilmir. Ona görə azərbaycanlılara qarşı törədilən soyrımının tanıdılması istiqamətində daha uyğun taktika seçilməlidir ”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Akif Nağı: “Sarkisyanın heç “İsgəndər” silahı almağa imkanı yoxdur”

31 Mart 2017 11:49

"Ümumiyyətlə Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa səfər etməsinin özü belə qanunsuzdur. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi də bununla bağlı beynəlxalq qurumlara rəsmi müraciət göndərdi. Təbii ki, bu cür bəyanatlarla Sarkisyan özünün gücsüzlüyünü nümayiş etdirir”. Bunu  Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Həmsədrlərin yeni planları nədən ibarətdir?

31 Mart 2017 11:47

Minsk qrupuna həmsədrlik edən ABŞ-ın təmsilçisi Riçard Hoqland Dağlıq Qarabağla bağlı yeni həlli planının olduğunu açıqlayıb, amma əslində, burada yeni bir şey yoxdur. Bu sözləri millət vəkili Sahib Alıyev deyib.

31 mart soyqırımını necə tanıdaq?

31 Mart 2017 11:39

31 Mart - Dünya Azərbaycanlılarının soyqırımından bir il ötür. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb.

“Ermənistanda toqquşma ehtimalı çox böyükdür”

31 Mart 2017 11:28

“Ümumiyyətlə aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi, geosiyasi vəziyyəti üçün dəyişkən bir seçkidir. Bu sırf Ermənistanın idarəçiliyini dəyişən, eləcə də onun idarəçiliyinə yanaşmanı dəyişən bir seçkidir”. Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Atəşkəs rejimi 128 dəfə pozulub

31 Mart 2017 11:22

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Barekamavan, İcevan rayonunun Ayqeovit, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəklilərdə, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Azərbaycanda çimərlik turizminin inkişafına dair Tədbirlər Planı təsdiq edilib

30 Mart 2017 19:43

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilir. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Yüksək texnologiyalı protez sexinin qurulmasına 2 milyon manat ayrılıb

30 Mart 2017 18:25

Azərbaycan prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

30 Mart 2017 18:21

Xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri, diplomatik korpusun təmsilçiləri tərəfindən təbriklər gəlməkdə davam edir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı İran İslam Respublikasının Birinci vitse-prezidenti İshaq Cahangiri, Qazaxıstan Respublikasının dövlət katibi Gülşar Abdikalikova, Malayziyanın Baş nazirinin müavini Əhməd Zahid Həmidi, Fransa Respublikasının Kann şəhərinin meri David Lisnard, Moldova Respublikasının Qaqauz Muxtar Ərazi Qurumunun rəhbəri İrina Vlax, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müştərək iqtisadi komissiyanın həmsədri Mahmud Vaizi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin, FİDE-nin prezidenti Kirsan İlyumjinov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, UNESCO-nun sabiq baş katibi Koişiro Matsuura, Azərbaycan Respublikasının İtaliyanın Kataniya şəhərindəki fəxri konsolu Domeniko Koko təbrik ediblər.