Siyasət

Prezident İlham Əliyev: "Aprel döyüşləri zamanı biz, sadəcə olaraq, imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik"

31 Mart 2017 14:58

Prezident, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə bildirib ki, aprel döyüşləri zamanı biz, sadəcə olaraq, imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik.

Həmsədr dövlətlər daha çox öz aralarında qlobal savaş aparırlar

31 Mart 2017 14:54

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri adu “turist səfəri” olduğundan heç bir yeniliklə yadda qalmadı. Eyni- marşurut, eyni məqsəd və eyni abu-hava ilə bölgəyə növbəti səfərlərini edən həmsədrlər tanış bəyənatla işlərini bitmiş hesb etdilər. 25 ildən artıqdır ki, dünyada söz sahibi olan dövlətlərin nümayəndəlrinin təmsil olunduğu Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə iynənin ucu qədər də töhvə verə bilmirlər. Maraqlıdır, nədən Rusiya, Fransa, ABŞ kimi dünyada söz sahibi olan dövlətlər Qarabağ düyününün həllində acız qalıblar?    

Prezident İlham Əliyev: "Aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı"

31 Mart 2017 14:29

Aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Prezident İlham Əliyev bu fikirləri aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.

Azərbaycanlıların soyqırımı birləşdirici ideologiyaya çevrilməlidir

31 Mart 2017 14:26

Ermənilərin azərbaycanlılara qarşı XX əsrin əvvəllərində həyata keçirdikləri dəhşətli soyqırımın 99-cu ildönümü tamam olur. Ertiraf etmək lazımdır ki, müstəqillik illərinə qədər Azərbaycan xalqı bu tarixi gerçəklikdən, başına gətirilən fəlakətdən məlumatlı deyildi. Əksinə sovetlər bizə bolşevik və daşnaqları xilaskar kimi qələmə verirdi. Lakin Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra bir çox tarixi gerçəkliklər, eləcə də müxtəlif illərdə xalqımızın başına gətirilən müsibətlər barədə ətraflı məlumat verildi, tarix olduğu kimi Azərbaycan xalqına çatdırılmağa başladı. Hazırda əsas iş, fəaliyyət 31 mart-Azərbaycanlıların Soyqırım Günü, eləcə də digər faciələrimiz, taxın tarixdə Xocalıda baş verən soyqırımın dünyaya çatdırılması istiqamətində qurulub. Təbii ki, bu istiqamətdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti də öz fəallığını göstərir.

Zabitlər: "Apreldə döyüşlər dayandırılmasa, ermənilər tab gətirə bilməyəcəkdilər"

31 Mart 2017 14:14

Biz neçə il idi ki, ötən ilin aprelindəki vəziyyəti gözləyirdik. Düşmən fikirləşirdi ki, biz o səddi aşa bilmərik. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri Goranboyun Tap Qaraqoyunlu kəndi istiqamətində tanklarla, piyadalarla hücuma keçmişdi. Biz bu məlumatı əldə etdik və düşmənin kəşfiyyat-diversiya qrupunun qarşısını aldıq.

Ali Baş Komandan: "İşğal edilmiş torpaqlarımızda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir"

31 Mart 2017 14:06

Aprel döyüşləri zamanı ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət ediblər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlayıblar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz.

Prezident: "Aprel döyüşləri göstərdi ki, Ermənistan xarici yardım almadan torpaqlarımızı işğal altında saxlaya bilməz"

31 Mart 2017 13:59

Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə etmişdir. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş vermişdir. Prezident İlham Əliyev bu fikirləri aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.

İlham Əliyev: "Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir"

31 Mart 2017 13:57

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

"Qarabağ əsirlər və girovlar. Közərən xaç” filmi təqdim olunub

31 Mart 2017 13:24

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası tərəfindən “Qarabağ əsirlər və girovlar. Közərən xaç” filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Mətbuat Şurasının rəsmiləri, media kapitanları, QHT nümayəndələri iştirak ediblər.

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BƏYANAT verdi

31 Mart 2017 13:19

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz bu gün Minsk qrupu həmsədrlərinin son bəyanatlarında həmsədrlərin tərəfləri siyasi həll prosesində iştirak etməklə bağlı çağırışlarına qoşulub.

Prezident Aprel qələbəsinin ildönümündə hərbiçilərlə görüşdü

31 Mart 2017 12:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı prezident.az saytı yayıb.

Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA

31 Mart 2017 12:09

ABŞ-ın yüksək vəzifəli demokrat senatorları prezident Donald Trampın şirkəti ilə Azərbaycandan olan oliqarxın şirkəti arasındakı əlaqələrin araşdırılmasını tələb ediblər.