Siyasət

Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına təbriklər gəlməkdə davam edir

31 Mart 2017 18:23

Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir sıra ölkələrin ictimai-siyasi xadimləri, beynəlxalq təşkilatların, dövlət, elm və təhsil müəssisələrinin rəhbərləri tərəfindən təbriklər gəlməkdə davam edir.

Azərbaycanla İsveçrə arasında viza haqqında saziş qüvvəyə minir

31 Mart 2017 18:16

Sabahdan Azərbaycanla ilə İsveçrə arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş qüvvəyə minir Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 10 oktyabr 2016-cı il tarixində İsveçrənin Bern şəhərində imzalanmış və 16 dekabr 2016-cı il tarixli 464-VQ nömrəli qanunla AR Prezidenti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş, o cümlədən Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş 1 aprel 2017-ci il tarixində qüvvəyə minir.

Siyavuş Novruzov: Aprel döyüşləri göstərdi ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və hər an alışa bilər

31 Mart 2017 17:16

“Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, Ali Baş Komandanın uzun illərdir orduya göstərdiyi diqqəti, ordunun müasir silahlarla təchiz olunmasını, Silahlı Qüvvələrimizin doyüş qabiliyyətini və ruh yüksəkliyini, ordu-xalq birliyini və xalq-iqtidar birliyini bariz şəkildə nümayiş etdirdi”.

Aprel döyüşləri qəhrəmanından şok açıqlama - "Düşmən qaçdığına görə öz 15 əsgərini güllələmişdi"

31 Mart 2017 17:08

"Biz artıq neçə il idi ki, ötən ilin aprelində olan anı gözləyirdik. Ali Baş Komandanımız, cənab prezident İlham Əliyev uzun illərdir ki, bu problemi sülh yolu ilə həll etməyə, torpaqlarımızı geri qaytarmağa çalışır. Lakin düşmən aprel ayında elə fikirləşdi ki, ordumuz gücsüzdür, biz o tikanlı məftilləri aşa bilmərik. Həmin günlərdə bizə məlumat sızdı ki, düşmən tanklarla və piyadalarla hücuma keçir. Biz bu məlumatı əldə etdik və aprelin 2-nə keçən gecə onların kəşfiyyat-diversiya qruplarının qarşısını aldıq".

"Ermənistan Rusiya ilə Azərbaycanı üz-üzə qoymağa çalışır"

31 Mart 2017 16:18

“Ermənistanda baş verənlər oradakı vəziyyətin mürəkkəbliyini göstərir. Ermənistanı bu vəziyyətə salan onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləridir ki, onlar bundan çıxış yolu  axtarırlar”. Bunu  politoloq İlqar Vəlizadə deyib.

"Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb, ən müasir silahlar sifariş edilib"

31 Mart 2017 15:49

"Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb, ən müasir silahlar sifariş edilib". Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib.

"Azərbaycan ordusu dağıdıcı qüvvəyə malik silah və döyüş texnikası ilə təmin olunur"

31 Mart 2017 15:48

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxışı zamanı deyib:

"Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi"

31 Mart 2017 15:42

"Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi". Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.

"Aprel döyüşləri zamanı təmas xəttinə yaxın yerlərdə yaşayan vətəndaşlarımızın biri də yerindən tərpənmədi"

31 Mart 2017 15:14

"Aprel döyüşləri zamanı təmas xəttinə yaxın yerlərdə yaşayan vətəndaşlarımızın biri də yerindən tərpənmədi". Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.

Prezident İlham Əliyev: "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək"

31 Mart 2017 15:12

"Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək". Bu fikirləri Prezident İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.