Siyasət

Aprel döyüşləri Qarabağa qayıdışın bünövrəsini qoydu

3 Aprel 2017 11:57

"Qarbağda düşmənlə təmas xəttində erməni təxribatına layiqincə cavab verdiyimiz döyüşlərin ildönümüdür". Bu sözləri  millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, aprel döyüşləri Azərbaycanın hərb tarixinə bir qəhrəmanlıq və qələbə nümunəsi kimi düşüb: "Bu döyüşlər zamanı uzun illər boyu ermənilərin yaratdığı hərbi mif darmadağın edildi.

“Ermənistanda əsl həngamə bundan sonra başlayacaq”

3 Aprel 2017 11:55

“Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri başa çatsa da, əsl həngamə məhz bundan sonra başlayacaq. Çünki, seçki ərəfəsində yaşanan gərginliklər daha da dərinləşəcək və düşmən ölkədə vəziyyət daha da pisləşəcək”. Bunu  müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Millət vəkili: “Ordumuz bayrağımızı Şuşada dalğalandırmağa hazırdır” 

3 Aprel 2017 11:51

“Bu gün Azərbaycan gəncliyi torpağına, Vətəninə sevgi ilə böyüyür”. Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Ermənilər 110 dəfə atəşkəsi pozub

3 Aprel 2017 11:36

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Millət vəkili: “Ermənistandakı rejim xalqın yarısını qırmağa hazırdır” 

3 Aprel 2017 11:24

“Ermənistandakı saxta seçkiləri cinayətkar rejim öz iqtidarını qorumaq üçün keçirdi. Onların məqsədi hakimiyyətlərini qoruyaraq mənfur siyasətlərini davam etdirmək, Dağlıq Qarabağ münaqişəsindəki status-kvonu saxlamaqdır”. Bunu  millət vəkili Asim Mollazadə deyib.

Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflərin siyasi iradəsindən asılıdır"

3 Aprel 2017 11:20

"Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanma prosesinin aktiv iştirakçısıdır". Bu sözləri Rusiyanın xarici işlər naziriSergey Lavrov Ermənistanda nəşr olunan “Novoye vremya” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Qazaxıstan prezidenti Bakıda

3 Aprel 2017 11:18

Aprelin 2-i, axşam saatlarında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. “OLAYLAR”-ın prezident.az saytına istinadən verdiyi xəbərə görə, Qazaxıstan prezidentini hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb.  

Nazarbayev Azərbaycana gəldi

2 Aprel 2017 22:38