Siyasət
Nursultan Nazarbayev: Qazaxıstan-Azərbaycan münasibətləri heç vaxt və heç bir halda pozulmayıb
Qazaxıstan-Azərbaycan münasibətləri heç vaxt və heç bir halda pozulmayıb. Bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə görüşündə deyib.
İlham Əliyev: Qəbul edəcəyimiz qərarlar Azərbaycanla Qazaxıstan arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcək
Qəbul edəcəyimiz qərarlar, imzalanacaq sənədlər ölkələrimiz arasında münasibətlərin daha fəal inkişafı işinə xidmət edəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə məhdud tərkibdə görüşündə deyib.
Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
Səməd Seyidov: Ermənistanda demokratik seçki obrazını yaratmaq cəhdi baş tutmadı
“Heç kimdə şübhə yox idi ki, Ermənistanda keçirilən parlament seçkiləri seçki adını daşımağa layiq deyil”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
"Bakı Moskvanın təşəbbüs göstərdiyi layihələrdə iştirakını siyasi-iqtisadi səmərə baxımından nəzərdən keçirir"
Bakı Moskvanın təşəbbüs göstərdiyi inteqrasiya layihələrində iştirakını siyasi və iqtisadi səmərə baxımından nəzərdən keçirir. Bunu "Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili Tərəfdaşlıq strategiyası" mövzusunda Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
"Zəlzələ" gözlənilir - Qan düşəcək
Ötən gün Ermənistanda parlament seçkiləri keçirildi. Bu, ölkədə prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçidi nəzərdə tutan 2015-ci ildəki konstitusiya dəyişikliyindən sonra keçirilən ilk seçkilər idi. Konstitusiyada edilmiş dəyişikliklərə əsasən, Ermənistanda prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də məhz proporsional əsasda formalaşan parlament seçəcək. Özü də bu, daha çox müddətə - 7 illiyinə. Prezident isə parlament seçkilərində mütləq qələbə qazanmış partiya və ya siyasi blokun namizədini baş nazir təyin edəcək. Lakin prezident vəzifəsi, sadəcə, formal səlahiyyətlərə malik olacaq, əsas hakimiyyət məhz baş nazirin əlində cəmləşəcək.
“Qazaxıstan bizimlə qardaş ölkədir”
"Azərbaycan və Qazaxıstan dövlətləri arasında qarşılıqlı münasibətləri kökləri minilliklərə gedib çıxan dərin tarixi, mədəni, etnik amillər özünəməxsus edir, müasir siyasi, iqtisadi və b. maraqlar şərtləndirir”. Bunu millət vəkili, professor Musa Qasımlı deyib.
Ermənistanda seçki biabırçılığı
“Ermənistan bu seçki ilə tam olaraq bugünkü mənzərəsini dünyaya təqdim etmiş oldu. Mətbuat üzərində senzuraya, blokadaya baxmayaraq seçkinin tamamilə saxtakarlıq üzərində qurulduğu aydın görünürdü.
"Seçkilərinin saxtalaşdırılması Sarkisyan tərəfindən hazırlanmışdı"
“Ermənistanda keçirilən parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı ssenari Sarkisyan tərəfindən əvvəlcədən hazırlanmışdı. Biz son zamanlar Sarkisyanın hansı ölkələrə gedib, kimlərdən dəstək istədiyini yaxşı bilirik. Bu baxımdan ötən gün keçirilən seçkilərdə onun partiyası düşünülmüş şəkildə üstünlük qazandı”. Bunu politoloq Fikrət Sadıqov deyib.
Aprel döyüşləri ilə bağlı yeni ŞOK görüntülər üzə çıxdı - İLK DƏFƏ - VİDEO
"Moskva-Bakı əməkdaşlığı Xəzərdə sabitliyin saxlanması baxımından mühüm faktordur"
Son 25 il ərzində Azərbaycan və Rusiya arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə artıb. Bunu Rusiya Elmlər Akademiyasının Sosial-Siyasi Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı, sosiologiya elmləri namizədi İqor Seleznyov Bakıda "Rusiya - Azərbaycan: diplomatik münasibətlərin 25 ili. Tərəfdaşlıq strategiyası" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
"Aprel savaşı Ermənistandakı hakimiyyətin çürüklüyünü aşkara çıxardı"
"Ümumiyyətlə aprel ayı tariximizə qanlı-qadalı təqvim kimi daxil olub. Bildiyiniz kimi 1920-ci ilin aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti, hökuməti devrilib, 1993-cü ilin aprelin 2-də Kəlbəcər rayonu işğal olunub. Ancaq taleyin qisməti elə gətirdi ki, 2016-cı ilin aprel ayında baş verən hadisələr qanlı-qadalı günləri yumşalda bildi”. Bunu Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimli deyib.
Deputat: "Ermənistanda seçkilərin saxtalaşdırılacağı ilə bağlı proqnozlar özünü doğrultdu"
Ermənistanda parlament seçkilərinin saxtalaşdırılacağı ilə bağlı verilən proqnozlar özünü doğrultdu. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri artıq bəllidir: "Seçki öncəsi verilən proqnozlar özünü təsdiqlədi. Proqnozların əsas mahiyyəti ondan ibarət idi ki, seçkilər total saxtakarlıqla müşayiət olunacaq, Sarkisyan və onun rəhbəri olduğu hakim Respublika Partiyası heç bir halda seçkilərin obyektiv, ədalətli, demokratik, şəffaf keçirilməsinə imkan verməyəcək".
Nursultan Nazarbayevlə İlham Əliyevin görüşü olub - YENİLƏNİB
Aprelin 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Qazaxıstan respublikasının prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.
Deputat: “Ermənistanda seçkilərin saxtalaşdırılacağı əvvəlcədən məlum idi”
“Ötən ilki aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsində həlledici dönüş nöqtəsi oldu. Ermənistan və onun havadarları Azərbaycan ordusunun gücünü gördü və heç zaman Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyimizə bir daha əmin oldular”. Bunu millət vəkili Elman Məmmədov deyib.














