Siyasət
Ermənistanda keçirilən seçkilərdə ciddi saxtakarlıq
Ermənistanda seçki həyəcanı nəhayət ki, başa çatdı. Son illərin ən gərgin seçki mübarizəsi kimi yadda qalan 2 aprel seçkiləri həm də hazırkı prezident Serj Sərkisyanın ölüm-dirim savaşı kimi də xarakterizə edilirdi. Belə ki, son bir neçə ildə Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasına olan inamın azalması, xüsusilə mövcud iqtidarın istər siyasi, istər iqtisadi, istərsə də hərbi və diplomatik sahədə üzləşdiyi uğursuzluqlar Respublika Partiyasının seçkidən məğıub ayrılacağı proqnozunu yaratmışdı.
Azərbaycan Prezidenti adından Nursultan Nazarbayevin şərəfinə rəsmi qəbul təşkil olunub
Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin şərəfinə rəsmi qəbul təşkil olunub.
Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başa çatıb
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Şimaldan gələn təzyiqlər nəyə hesablanıb?
Son vaxtlar Rusiya-Azərbaycan sərhəddində ciddi problemlər müşahidə edilməkdədir. Belə ki, iki ölkə sərhəddində yük maşınları uzun növbələrdə dayanırlar. Xüsusilə, Azərbaycanın kənd təssərrüfatı məhsullarının Rusiyaya ixracına ciddi maneələr yaradılır. Paralel olaraq Rusiyanın gömrük işçiləri son günlərdə Azərbaycandan gətirilən tonlarla əti və pomidor məhsullarını geri qaytarıblar. Bəs görəsən bunun arxasında hansı məqamlar dayanır və şimal qonşumuzdan tətbiq edilən bu cür maneələrdə məqsəd nədir?
Yeni savaş qarşıdadır
Bu günlərdə Azərbaycan xalqı uzun illərdən sonra keçən ilin aprelindən Ermənistan üzərində əldə etdiyi ilk qələbənin ildönümünü qeyd edir. Tarixə 4 günlük aprel savaşı kimi düşən həmin döyüşlər təkcə işğalçı ölkyə deyil, eləcə də onların xaricdəki havadarları, beynəlxalq aləmə Azərbaycan hərbi gücü, qüdrətini, onun nəyə nail olduğunu bir daha göstərdi. Bu gün ərəfəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir qrup hərbiçi ilə görüşməsi Silahlı Qüvvələrdə ruh yüksəkliyini daha da artırdı və yeni qələbələrə bir əminlik yaratdı.
Nursultan Nazarbayev: Qazaxıstanda yaşayan 130 min etnik azərbaycanlı ticari əlaqələrimiz üçün yaxşı körpüdür
İlk növbədə, Sizin ölkənizə çoxdan gözlənilən bu səfərə dəvət üçün dərin təşəkkürümü bildirmək istərdim. Biz azərbaycanlı qardaşlarımızın səmimiyyətini, qonaqpərvərliyini hiss edirik. Dövlətlərarası beş sənəd, müvafiq sazişlər, idarələrarası razılaşmalar hazırlanıb. Bu sənədlər bizim iştirakımızla imzalanacaq. Son illərdə bizim münasibətlərimizdə yeni mərhələ olan bu sənədlər dövlətlərimiz arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlıq məsələlərini həll edəcək.
Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstanın müzakirə edilən bütün məsələlər barədə mövqeləri tamamilə üst-üstə düşür
"Müzakirə edilən bütün məsələlər barədə mövqelərimiz tamamilə üst-üstə düşür". Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə geniş tərkibdə görüşündə deyib.
Nursultan Nazarbayev "Heydər Əliyev" ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Nazir Natiq Əliyev Azərbaycanı tərk edir - Səbəb
Diaspora Komitəsindən ÜAK açıqlaması
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılmış məlumat Azərbaycan ictimaiyyətinin, eyni zamanda Rusiyadakı çoxmilyonluq Azərbaycan diasporunun ciddi narahatlığına səbəb olub.
Ermənistan müharbəni seçdi: Eşşəklə Təlxək hakimiyyəti ələ aldılar
Ermənistanın Mərkəzi Seçki Komissiyası ölkədəki seçki məntəqələrinin tam əksəriyyətindəki məlumatları artıq təhlil edib. Bülletenlərin sayına və sonuclara görə, ölkədə iqtidarda olan Ermənistan Respublika Partiyası səslərin 49,2 faizini toplayıb. "Eşşək Qaqo" ləqəbli oliqarx Qagik Sarukyanın rəhbəri olduğu "Çiçəklənən Ermənistan" Partiyasının yaratdığı "Sarukyan" bloku 27,39 faizini, "Yelk" bloku - 7,71 faizini, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun - 6,6 faizini, Ermənistan İntibah Partiyası - 3, 72 faizini, "Ohanyan-Raffi-Oskanyan" (ORO) bloku - 2,08 faizini, Azad Demokratlar Partiyası - 0,93 faizini, Ermənistan Milli Konqresi - Ermənistan Xalq Partiyası - 1,62 faizini, Ermənistan Kommunist Partiyası isə 0,74 faizini toplayıb.
Ermənistanın sabiq baş naziri: "Seçki məntəqələrində kütləvi saxtakarlıqların şahidi olduq"
Biz hakimiyyətə gəlmək və Ermənistandakı mövcud vəziyyəti dəyişmək istəyirik. Ermənistanın normal, demokratik ölkə olması, insanların özlərini insan kimi hiss etmələri üçün biz bu oliqarxiya idarəçiliyindən qurtulmalıyıq.
Ermənistan aprel hadisələrindən nəticə çıxarmalıdır
Ötən ilin aprel döyüçlərində aldığı sarsılmaz zərbədən hələ də özünə gələ bilməyən Ermənistan nəticə çıxarmaq əvəzinə, sərsəm bəyənatlarla Azərbaycana hədə-qorxu gəlməkdə davam edir. Dördgünlük müharibədəkə qələbədə məğlubiyyət məsuliyyətindən yayınmağa çalışan işğlçı ölkənin prezidenti Sery Sərkisyan bir az da irəli gedərək bizimlə hərbi dildə danışmağa cəhd göstərərək, təxribatçı fəaliyyətini davam etdirir. Lakin faktdır ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllində maralıdır.













