Siyasət
BMT-Azərbaycan: 25 illik əməkdaşlığın əsas məqamları
Xülasə: Məqalədə Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan münasibətlərinin həm xronoloji aspekti, həm də konkret nəzəri tərəfləri təhlil edilib. Müəllif Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə hazırladığı siyasi kursun ümumi cəhətlərinin analizini aparıb. Azərbaycanın müstəqilliyi mərhələsində mötəbər beynəlxalq təşkilatla müasir tələblərə cavab verən münasibətlər sisteminin qurulması üçün Heydər Əliyevin qlobal geosiyasətin reallıqları ilə regional gerçəkliyi Azərbaycanın milli maraqları ilə uyğunlaşdırmaq üçün üç ümumi prinsip müəyyənləşdirdiyi xüsusi vurğulanıb.
Rusiya XİN ötən ilin aprelində Dağlıq Qarabağda baş vermiş toqquşmaların ildönümü ilə bağlı bəyanat verəcək
Rusiya Xarici İşlər Nazirliyi ötən ilin aprelin 2-də Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanat hazırlayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Bəhruz Quliyev: "Xalq-hakimiyyət birliyi real işin məntiqi nəticəsidir"
“Saatlıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsini keçirməsi və orada bir çox mühüm fikirlərlə yanaşı, xalq-iqtidar birliyinin möhkəm dayaqlara söykənməsi barədə irəli sürüdüyü tezisləri ifadə etməsi özündə bir çox əhəmiyyətli məqamları ehtiva etməkdədir”. Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev sözügedən müşavirədə ölkə başçısının qeyd etdiyi fikirləri şərh edərkən deyib.
Liberman: "Azərbaycanla İsrail arasında münasibətlər gələcəkdə də inkişaf edəcək"
"Azərbaycan təkcə İsrailin strateji tərəfdaşı deyil, həm də dinlərarası və millətlərarası tolerantlığın nümunəsidir". Bunu İsrailin müdafiə naziri, keçmiş xarici işlər naziri Aviqdor Liberman Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik çıxışında deyib.
Qonşumuz döyüş hazırlığına BAŞLADI: Ukraynadan Qarabağa qədər HÜCUM PLANI
Məşğulluğun təmin edilməsi dövlətin əsas diqqət mərkəzindədir
Son illər qlobal səviyyədə müşahidə edilən mənfi iqtisadi tendensiyalar hər bir ölkəyə bu və ya digər dərəcədə təsirini göstərir. Xüsusilə, bu təsirlər 2015-ci ilin sonlarında dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən sonra daha qabarıq şəkildə büruzə verdi. İqtisadiyyatlarını yalnız neftə bağlayan, onun gəlirlərindən yaralanan ayrı-ayrı dövlətlər qlobal iqtisadi böhran qarşısında demək olar ki, aciz qaldılar. Belə bir vəziyyətdə isə yeganə çıxış yolu kimi ağla gələn ilk iş neft sektorunda mövcud olan iş yerlərinin bağlanması oldu. Son statistik məlumatlara görə, 2015-ci ilin sonlarından etibarən ayrı-ayrı dövlətlərdə neft sektoruna aid olan on minlərlə iş yeri qapanıb. Amma böhranın iqtisadiyyatına minimum təsir edən ölkələr də oldu ki, onların sırasında Azərbaycan öz sırada yer alırdı. Bunu şərtləndirən başlıca amillərdən biri isə Azərbaycanın neftdən gələn gəlirləri daha çox qeyri-neft sektoruna yönəldərək bu sektorda yeni iş yerlərinin açılmasını təmin etməsi idi. Bunun isə bazasında, təməlində ölkədə həyata keçirilən uğurlu islahatlar və proqramlar dayanırdı. Eyni zamanda qüdrətli, bacarıqlı idarəçilik.
XİN Liviyada saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib
Xarici İşlər Nazirliyi (XİN) Liviyada saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “Captan Xayyam” gəmisi Liviya ərazisində saxlanılıb: “Gəmi Syerra-Leone bayrağı altında hərəkət edib, Türkiyənin “Sayğı Dənizçilik və Elektrik San.” şirkətinə məxsusdur.
“Sarkisyanın açıqlaması diktatorlar və hərbi xuntalara xas olan haldır”
“Sarkisyanın “İsgəndər” silahları ilə Azərbaycanı hədələməsi və erməni xalqını yeni müharibələrə sürükləyən açıqlaması diktatorlar və hərbi xuntalara xas olan haldır. Sarkisyanın bu çıxışı Ermənistanın hərbi xunta rejimi ilə idarə olunduğunu özünün isə səhra komandiri psixologiyasından ayrıla bilmədiyini sübut edir”. BunuAzərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.
Hərbi ekspert: “Sarkisyan hakimiyyətinin çat verdiyi göz önündədir”
“Ermənistanın gələcəyi, qonşuları, xüsusilə də Azərbaycanla münasibətlərinə dair reallığı əks etdirən istənilən fikir Serj Sarkisyan iqtidarı tərəfindən təzyiq və təhdidlə qarşılaşır. Hakimiyyətdəki şəxslər belə S.Sarkisyanı tərk edirlər. İstefa verən bütün şəxslər anti-Sarkisyan hərəkatına qoşulurlar”. Bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Erməni diasporu öz yalanları ilə dünyanı aldatmaqdadır
Ermənilərin XX əsrin əvvəllərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımın 99 ili tamam olur. 1918-ci ilin martında baş verən bu soyqırımın ağrı-acısını Azərbaycan xalqı unutmur, onu hər il böyük hüznlə yad edir. Bolşevik və daşnakların vəhşicəsinə həyata keçirdikləri bu soyqırım təkcə Şimali Azərbaycanın hüdudları ilə kifayətlənməyib. Eyni zamanda Şərqi Anadolu, Cənubi Azərbaycanda da daşnaklar azərbaycanlılara amansız divan tutublar.
99 il əvvəl törədilmiş amansız qətliam
XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr – sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə Hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçiliyinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoymuşdur.
Zaxarova: "Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada görüşəcəyi barədə məlumatım yoxdur"
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünün keçiriləcəyi barədə məlumata münasibət bildrib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan XİN başçılarının Moskvada görüşünün keçiriləcəyi barədə məlumatı olmadığını söyləyib: "Bu barədə məlumat olan kimi bildirəcəyik".
Polkovnik Ramaldanov: "Hədə-qorxu dolu bəyanatlar ermənilərin faciəsinə gətirib çıxaracaq"
Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş ərazilərimizdə, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə-yeksan etməyə qadirdir.
Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.
Aprel döyüşləri böyük tarixi qələbəmizdir
“Aprel döyüşləri bizim böyük tarixi qələbəmizSüdir. Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.














