Yüzlərlə tank və top SƏRHƏDƏ YERİDİLDİ: hər an müharibə başlaya bilər
27 Aprel 2017 16:39 SiyasətABŞ-ın Şimali Koreya sərhədlərində hərbi təlimlərə başlamasından sonra rəsmi Pxenyan artilleriyanı hərəkətə keçirib.
Publika.az xəbər verir ki, Şimali Koreya yüzlərlə tank və topu Cənubi Koreya ilə sərhədə yeridib.
Pxenyan hər-hansı kiçik müdaxilədə müharibəyə başlayacağını açıqlayıb.
Qeyd edək ki, ABŞ Şimali Koreyanın nüvə sınağı təhlükəsinə qarşı hərbi gəmilərini Koreya yarımadasına yerləşdirib. Hazırda Koreya yardımadasında ABŞ və Cənubi Koreyanın hərbi təlimləri davam edir. Gərginlik ən yüksək səviyyədədir.
Asif
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31