Siyasət
Vitali Kliçko Azərbaycana səfər edəcək
Kiyev şəhərinin meri Vitali Kliçko yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko məlumat verib. Səfirin sözlərinə görə, V.Kliçko artıq Bakı meriyasının dəvətini qəbul edib, səfərin dəqiq tarixi və gündəliyi üzrə hazırlıqlar gedir. Səfir həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə Ukraynaya rəsmi səfər etmək niyyətində olduğunu bildirib.
ÜAK-ın qeydiyyatının ləğv edilməsi məsələsi Milli Məclisdə müzakirə olunub
“Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar hər kəsi narahat edir”. “Olaylar” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Yeni, qanadlı s avaş başlandı
Birləşmiş Ştatlar çox gözləmədilər. Suriyanın Homs vilayətindəki Əş Şayrat aviabazasına 59 raket buraxıldı. Aviabazanın infrastrukturunu əksər hissəsi məhv olunub, insan tələfatı var.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Cibutiyə humanitar yardım göndəriləcək
Azərbaycan Cibutiyə humanitar yardım göndərəcək. Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN yaxın günlərdə Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək.
İndoneziya ölkəmizlə hüquqi sahədə əməkdaşlıqda maraqlıdır
Azərbaycan və İndoneziya arasında əlaqələrin uğurla inkişafı çərçivəsində hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir. İndoneziyanın hüquq və insan haqları naziri Yasonna H.Laolinin respublikamızda yolüstü səfərdə olarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşü keçirilib.
Estonia Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulmaq istəyir
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Estoniya Respublikasının dövlət idarəçiliyi naziri Mihail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən verilən məlumata görə, Spiker qonağın Estoniya parlamentində fəaliyyətini xatırlayaraq, onun qanunverici orqanda Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri kimi gördüyü işləri yüksək qiymətləndirib. Sədr parlamentlərarası əlaqələrin inkişafından söz açaraq, deputatlarımızın mütəmadi görüşlərini, beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparmasını təqdir edib.
Ermənilər mövqelərimizə mərmi atdı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (12 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 100 dəfə pozub.
Səfir: "TAP ətrafında baş verənlərin həll ediləcəyinə əminəm"
İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo ölkəsinin Latsio şəhər məhkəməsi tərəfindən TAP layihəsinin tikintisi üçün Ekologiya Nazirliyinin 221 zeytun ağacının köçürülməsi ilə bağlı qərarının ləğvinə münasibət bildirib.
Mard: "Çalışacağam ki, gələcək fəaliyyətimdə də Azərbaycanla bağlı işlər görüm"
"Təxminən bir-iki ay hələ burdayam. Azərbaycanda olmaqdan çox şadam. Çalışacağam ki, gələcək fəaliyyətimdə də Azərbaycanla bağlı işlər görüm". Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Fransalı jurnalist Qarabağa getmək üçün Azərbaycandan icazə istədi
Fransadan olan sərbəst reportyor Roman Myelkarek Ermənistan tərəfindən işğal edilən torpaqlara getmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edib. Jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün akkreditasiya olunmasını və icazə verilməsini xahiş edib. Bu barədə XİN-dən verilən məlumata görə, Roman Myelkarek Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini bildirib. O, gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib və xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş müvafiq anket formasini təqdim edib.
Bakı şəhər Baş Polis İdarəsindən Milli Şuraya xəbərdarlıq
Netanyahudan Trampa ŞOK MÜRACİƏT: "İran və Şimali Koreya da bombalansın"
Azərbaycan XİN rəhbəri Estoniya nümayəndə heyətini qəbul edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Estoniya dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Moldova Azərbaycanlıları Konqresi müraciət yayıb
Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvinə dair yayılmış xəbərlərlə əlaqədar müraciət qəbul edib. “OLAYLAR”-ın xəbərinə görə, müraciətdə ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı bildirilir.














