Siyasət
XİN: Almaniyada dərslikdə Naxçıvanın Ermənistan ərazisi kimi göstərilməsi ilə əlaqədar zəruri tədbirlər görülüb
Kütləvi informasiya vasitələrində Almaniyada dərc olunmuş və miqrant uşaqlarının alman dili öyrənməsi üçün nəzərdə tutulmuş bir dərslikdə Naxçıvan Muxtar Respublikasının ərazisinin Ermənistanın tərkib hissəsi kimi təqdim olunduğu rəngli şəklin yer aldığı barədə məlumat verilib.
Şura qalib QHT-lər üçün məlumatlandırma sessiyası keçirib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.
Məzahir Pənahovdan siyasi partiyalara XƏBƏRDARLIQ
Mərkəzi Seçki Komissiyası (MSK) maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara müraciət edib. MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib.
Hindistan Prezidenti İlham Əliyevi təbrik edib
Hindistan Respublikasının Prezidenti Pranap Mukherci Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
“Sabah səfərbərlik də elan oluna bilər”
Lukaşenko: "MDB postsovet məkanındakı münaqişələrin həllində aktiv rol oynamalıdır"
“MDB ölkələri postsovet məkanında mövcud olan münaqişələrin həllində aktiv rol oynamalıdır”. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Mir” kanalına müsahibəsində deyib.
"Misirlə Azərbaycan arasında bir çox sahələrdə əlaqələr inkişaf edib"
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərli etdiyi nümayəndə heyəti iştirak edib.
Vitse-spiker deputatla razılaşmadı: Çıxışlarınızda yenilik olsaydı, yaxşı olardı
Millət vəkili Zahid Oruc parlamentdə çıxışında Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini təklif edib. “Olaylar” xəbər verir ki, Z. Oruc çıxışında vurğulayıb ki, Türkiyədə Azərbaycan qadınları ailı qurduqdan sonra Azərbaycan vətəndaşlığından məhrum edilirlər.
Separatçı general: "Aprel hadisələrindəki itkilərimiz bütün ermənilərə mesaj oldu"
Ötən ilin aprel ayındakı dördgünlük müharibə zamanı insan və ərazi itkilərimiz olub. Bu etirafı erməni mətbuatına müsahibəsində Qarabağ separatçılarından biri, tanınmamış "DQR" "parlamentinin" üzvü, general Vitali Balasanyan deyib.
QHT Şurası Rusiyanın İctimai Palatasına müraciət edəcək
Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın ləğvi ilə bağlı Ali Məhkəməyə müraciəti ilə bağlı Rusiya Prezidenti yanında İctimai Palataya müraciət olunacaq.
Deputat: “ Əminəm ki, burada da erməni izi var və məsələ heç də texniki səhvlədə deyil”
Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova Rusiya Azərbaycan Konqresinin ləğvu ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin bu ölkənin Ali Məhkəməsinə müraciətini pisləyib. Deputat bildirib ki, Rusiyada yüzlərlə erməni QHT-si fəaliyyət göstərdiyi halda, Azərbaycanla bağlı diaspor təşkilatını ləğv etmək istəmələri anlaşılan deyil:“Bu yaxınlarda Arxangelskdə “Bolşaya Armeniya” təşkilatı peyda olub.
Əli Hüseynli: "Azərbaycandakı rus icmasının da sənədlərində çatışmazlıq var"
Milli Məclisdə Ümumrusiya Azərbaycan Konqresinin bağlanması məsələsi ilə əlaqədar Rusiya Ədliyyə Nazirliyinə və İnzibati Məhkəməsinə müraciət edilməsi təklif olunub. “Olaylar” xəbər verir ki, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, MM-in Rusiya Dövlət Duması ilə ilə dostluq qrupunun rəhbəri Əli Hüseynli çıxış edib.
Mixail Zabeiln: “ÜAK-ın bağlanması bizi ciddi narahat edir”
“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması bizim üçün yaxşı olmayan situasiyadır”. “Olaylar”ın məlumatına görə, bunu Azərbaycandakı rus icmasının rəhbəri, deputat Mixail Zabelin Milli Məclisin iclasında deyib: “Azərbaycanda rus icmasının olduqca rahat və çox aktiv fəaliyyət göstərdiyini, 16 000 tələbənin burada rus dilində ali təhsil aldığını xatırladan M. Zabelin bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti də həmişə qanunauyğun olub: “Son həftə Rusiya Dövlət Dumasının deputatları ilə əlaqə saxlamışam. Bu məsələ bizi ciddi narahat edir”.














