Siyasət
Cəbhədən son xəbər-Ermənilər yaşayış məntəqələrini atəşə tutur
Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqəmizi atəşə tutub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
Angela Merkel: "Azərbaycan yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcək"
Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Neft uğrunda QANLI SAVAŞ: azərbaycanlıların torpaqlarında QARANLIQ OYUN
Dan Stav: "İsraillə Azərbaycan arasında münasibətlərin əsas faktorlarından biri müdafiə sahəsidir"
"Sabah İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan 4-cü ölkədir". Bu sözləri keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
Çavuşoğlu: “Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan görüşləri Bakıda keçiriləcək"
“Azərbaycan və Türkiyənin - iki qardaş ölkənin xarici siyasət sahəsində əlaqələri ən yüksək səviyyədədir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Ara Papyan: "Azərbaycan erməni dövlətçiliyini məhv edir"
Azərbaycan rəhbərliyi erməni dövlətçiyini taqətdən salan taktika ilə hərəkət edir. Bu barədə İrəvanda jurnalistlərlə söhbətində "Modus Vivendi" analitik mərkəzinin rəhbəri Ara Papyan bildirib: "Azərbaycanın məqsədi bu regiondan erməni amilini yox etməkdir".
Prezident İlham Əliyev və xanımı "AITF-2017" XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olublar
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində "AITF-2017" XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2017" XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Müxalifətçilər sosial şəbəkələrdə insanları, gəncləri hərc-mərcliyə, xaosa çağırırlar
“Mitinqlərə çıxmaq və çağırışlar etmək böyük günahlardandı” AntiAzərbaycan şəbəkə yenə aktiv fəaliyyətdədir. Səbəb və məqsəd də bəllidir. Qarşıdan gələn İslam Hərməyliyi Oyunları ərəfəsində ölkədə siyasi sabitliyi pozmaq, əsas diqqəti İslam Həmrəyliyi Oyunlarından yayındırmaq, beləliklə də, ölkəmizin nüfuzuna zərbə vurmaqdır. Əgər niyyət, məqsəd bu olmasaydı mitinq eşqinə düşən radikal müxalifət aprelin ilk ongünlüyünə nəzərdə tutduğu etiraz aksiyasını başqa zamana keçirərdi.
Ermənistanda prezident dəyişikliyi gözlənilir
Məlum olduğu kimi Ermənistanda keçirilən 2 aprel parlament seçkilərindən sonra ölkənin yarımprezident idarəetmə üsulunun əvəzinə parlament idarəetmə sisteminin tətbiq ediləcəyi nəzərdə tutulur.
Azərbaycan prezidenti Türkiyənin Beynəlxalq Dostluq Mükafatı ilə təltif olunub
Prezident İlham Əliyev Türkiyənin İstanbul şəhərinin Çekmeköy bələdiyyəsinin aylıq nəşri olan "Çekmeköy 2023" jurnalının təsis etdiyi Beynəlxalq Dostluq Mükafatı ilə təltif edilib.
"Dünyadakı terror hadisələrinin ermənilərlə bağlılığı var"
“Beynəlxalq dövlətlərin və təşkilatların Ermənistanda keçirilən saxta parlament seçkilərlə ilə bağlı bəyanatlarının heç bir davamı olmayacaq. Bu bəyanatlar elə bəyanat olaraq da qalacaq”. Bunu deputat Asim Mollazadə deyib.
Siyasi şərhçi: “Heç bir dövlət hansısa terror aktından sığortalanmayıb”
“Ümumrusiya Xalq Cəbhəsinin böyük media forum keçirdi. Bu tədbirdə həm çoxsaylı jurnalistlər, həm də prezident Vladimir Putin iştirak edirdi. Bundan başqa Sankt-Peterburq prezident Putinin doğma şəhəridir. Bunları nəzərə alaraq, demək olar ki, bu, əvvəlcədən planlaşdırılmış terror hadisəsi idi”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.
Səfir: "Laşpinlə bağlı istintaqın gedişini izləyirik"
İsrail səfirliyinin konsulu Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinlə mütəmadi olaraq görüşür. Bu barədə İsrailin Azərbaycandakı səfiri Dan Stav mətbuat konfransında deyib.
İsrail-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclasının ilin sonunda keçiriləcəyi gözlənilir
“Bu ilin sonunda İsrail-Azərbaycan hökumətlərarası komissiyasının ilk iclasının keçiriləcəyi gözlənilir”. Bunu keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.


.jpg)











