Siyasət
Ramiz Mehdiyev Patruşevlə Suriyadakı vəziyyəti müzakirə etdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşündə Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə edib. Bu barədə danışıqlar Bakıda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr zamanı keçirilib.
Şura 2017-ci il birinci rübdəki fəaliyyətinə yekun vurub
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın cari ilin birinci rübündəki fəaliyyəti, 2017-ci il ikinci qrant müsabiqəsinin elan olunması, Apelyasiya Komissiyasının sonuncu iclasının nəticələri, Şuranın 2017-ci il fəaliyyət planına əlavə və dəyişikliklərin edilməsi haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Pakistanın hüquq müdafiəçisi Malala Yusufzay BMT-nin sülh elçisi təyin edilib
İlham Əliyev taxıl müəmmasına görə kosmik peyki işə salır: “Necə ola bilər ki...”
Prezident İlham Əliyev taxılçılığın inkişafına yönəldilmiş irihəcmli subsidiyalara baxmayaraq Azərbaycanın özünü hələ də ərzaq buğdası ilə təmin edə bilməməsinin səbəblərini araşdırmaq üçün kosmik peyki işə salmaq göstərişi verib.
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı məhkəmə təxirə salındı
Bu gün Rusiya Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı məhkəmə iclası təxirə salınıb.
Teleaparıcı Solovyov: “Gördüm ki, İlham Əliyev əsl dövlət xadimidir...”
Bu günlərdə Bakıda prezident İlham Əliyevlə görüşən rusiyalı teleaparıcı Vladimir Solovyov “Vesti.FM”-in birbaşa efirində, “Birbaşa təmas” verilişində həmin görüşün təfərrüatlarını danışıb.
Müharibə başlayır: DƏHŞƏT DOLU BƏYANAT
Əflatun Amaşov QDİƏTPM-in Tiflisdə keçirilən 48-ci iclasında məruzə edib
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 48-ci iclasında məruzə ilə çıxış edib.
Politoloq: “Ermənistan başqalarının cibindədir”
“Ermənistanın Dağlıq Qarabağda keçirdiyi qondarma “referendum” və ölkəsində təşkil etdiyi saxta parlament seçkiləri başdan sona qədər qanun pozuntuları ilə keçdi. Bütün beynəlxalq müşahidəçilər, ATƏT nümayəndələri, hətta Rusiyadan və Ermənistandan olan müşahidəçilər də çoxlu qanun pozuntularının olduğunu bildirdilər. Ermənistanın Mərkəzi Seçki Komissiyası isə 5 dəfə azaldaraq 200-ə qədər qanun pozuntuları olduğunu açıqladı. İri cinayət istiqamətli qanun pozuntularını nisbətən yüngül müstəviyə keçirməyə çalışdılar.
"Həmsədrlər real işə keçib, Ermənistana təzyiqi artırmalıdırlar"
“ATƏT-in Minsk qrupunun həmsədrləri son vaxtlar ancaq deklorativ xarakterli bəyanatlar verməkdən başqa heç bir addım atmırlar”. Bunu politoloq Arzu Nağıyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyevin Minsk qrupunun fəaliyyətinə dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Parlament nümayəndə heyəti Belçikada
Avropa Parlamentinin dəvəti ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir.
2017-ci il iqtisadi artım ili kimi proqnozlaşdırılıb
“2017-ci ilin birinci rübünün iqtisadi göstəriciləri xeyli nikbindir. Hətta bir çox istiqamətlər üzrə proqnozları belə üstələmişdir. Əslində bu uğurların bünövrəsi əvvəlki illərdə atılan addımlarla qoyulub”.
"Ermənistan sülhə məcbur edilməlidir"
“Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında tam haqlı olaraq qeyd etdi ki, bu gün təcavüzkarı sülhə məcbur edən heç bir addım atılmır”.














.jpg)