"Şuşanın işğal altında qalmasının səbəbi ikili standartlardır" 

“Çox təəssüf ki, Şuşanın işğalından 25 il ötsə də hələ də böyük dövlətlər Azərbaycana qarşı ikili standartlarla yanaşdığı faktını görürük. Şuşa bu gün də Ermənistanın işğalı altındadır. Hətta işğalçı ölkənin prezidenti bunu qeyd etmək üçün həyasızcasına işğal altında olan torpaqlarımıza qeyri-qanunu səfər edir”. Bunu  Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

"Çox təəssüf ki, Şuşanın işğalından 25 il ötsə də hələ də böyük dövlətlər Azərbaycana qarşı ikili standartlarla yanaşdığı faktını görürük. Şuşa bu gün də Ermənistanın işğalı altındadır. Hətta işğalçı ölkənin prezidenti bunu qeyd etmək üçün həyasızcasına işğal altında olan torpaqlarımıza qeyri-qanunu səfər edir". Bunu  Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Milli məclisin deputatı bildirib ki, əgər bunu başqa bir ölkə etsəydi, o zaman həmin ölkəyə qarşı sanksiya, izolyasiya və ya digər qarşı ciddi tədbirlər görülərdi: "Amma nədənsə Ermənistanın nazı ilə oynanılır. Buradan belə məlum olur ki, Ermənistana hər şey olar. Çox təəssüf ki, düşmən ölkə heç bir beynəlxalq təşkilatdan sanksiya almır, Ermənistan prezidentini qəbul edirlər. Dağlıq Qarabağ məsələsində Azərbaycanla Ermənistan tərəzinin eyni gözünə qoyulur".

"Bəlkə də bununla bəzi ermənipərəst qüvvələr Azərbaycan cəmiyyətinə Dağlıq Qarabağ məsələsini unutdurmağa çalışır. Hesab edir ki, vaxtilə  əlimizdən alınan Qərbi Azərbaycan, İrəvan, Zəngəzur, Göyçə kimi Dağlıq Qarabağ dan da əlimizdən  üzəcəyik. Amma belə deyil. Əksinə  hər bir azərbaycanlı hər gün Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsi üçün dövlətin səylərini dəstəkləyir və Azərbaycan heç zaman torpaq itkisi ilə barışmayacaq"- deyə, A. Mirzəzadə əlavə edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 25 il ötür.   Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31