Siyasət

İlham Əliyev Türkiyənin sabiq prezidenti Abdullah Gülü qəbul edib

11 Aprel 2017 17:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gülü qəbul edib. Dövlətimizin başçısı Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Nazir: “Ermənistana təzyiq göstərilməlidir”

11 Aprel 2017 16:43

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Polşa seyminin sədri Marek Kuçinski ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, M. Kuçinski Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib və bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Fransalı deputat erməni diaspor üzvünün Azərbaycanla bağlı qərəzli yazısına cavab verib

11 Aprel 2017 16:24

Fransanın www.huffingtonpost.fr portalında Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Manselin Azərbaycanla bağlı məqaləsi yayılıb.

Xalqı qınamaq haqqı

11 Aprel 2017 15:48

Radikal müxalifətin daha bir mitinq cəhdi uğursuzluğa düçar oldu. Milli Şura adlanan qurumun aprelin 8-də paytaxtda keçirdiyi etiraz akyasından bir neçə gün keçsə də, lakin bu istiqamətdə müzakirələr, fikir mübadiləsi hələ də davam etməkdədir. Daha dəqiq desək mitinqə çıxardıqları 300-400 adamın qarşısında danışmaq, yeni bir söz, fikir demək iqtidarında olmayan radikallar mitinqdən sonra sosial şəbəkələrdə onun müzakirəsini təşkil edirlər. Maraqlısı odur ki, bu müzakirələrdə əsas hədəf onların diliylə desək radikalların mitinqinə dəstək verməyən xalqdır. İrəli sürülən iddiaların məğzi ondan ibarətdir ki, xalqı öz taleyinə biganədir və bu səbəbdən etiraz aksiyalarına dəstək vermir. Amma radikallar xalqın onların aksiyalarına nədən dəstək vermədiklərinin əsl səbəbini açıqlamırlar. Belə olan halda isə radikallara bir neçə xatırlatma etmək zərurətə çevrilir. Əvvəla onu qeyd etmək yerinə düşər ki, xalqın radikal düşərgənin etiraz aksiyalarına dəstək verməməsinin bir neçə səbəbi var.

Banqladeş prezidenti və Koreyanın baş naziri İlham Əliyevi təbrik ediblər

11 Aprel 2017 15:41

Koreya Respublikası prezidentinin vəzifəsini müvəqqəti icra edən və Baş nazir Hvan KyoanAzərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Əli Kərimli müxalifəti necə parçaladı?

11 Aprel 2017 15:29

Əli Kərimlinin rəhbəri olduğu AXCP və Milli Şuranın birgə keçirdiyi 8 aprel mitinqi müxalifət düşərgəsində qarşıdurmaya səbəb olub. Belə ki, həm mitinqin keçirilmə vaxtı, həm də aksiyada işirakçıların tərkibi sözügedən düşərgədə qarşılıqlı ittihamlarla müşahidə olunub. Müxalifət  təmsilçiləri mitinqin vaxtının düzgün seçilməməsi, eləcə də aksiyaya qatılan insanların sayının kifayət qədər az olduğunu əsas gətirərək onun heç bir təsir imkanına malik olmadığını bəyan ediblər.

Qeyri-neft sektoru inkişaf mərhələsində

11 Aprel 2017 15:27

2015-ci ilin sonlarından dünyada iqtisadi zəmində yaşanan arzuedilməz proseslər, neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrdə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini zərurətə çevirdi. Təbii ki, bu zərurət Azərbaycanda da hiss edilirdi.

Müharibə risqi azalmayıb

11 Aprel 2017 15:26

Aprelin ilk günlərində Qərbin, Rusiyanın və Ermənistanın qorxduğu baş vermədi. Cəbhə bölgəsindəki vəziyyət ötənilki ilə müqayisədə nisbətən sakitdir. Doğrudur atəşkəs yenə də pozulur, ancaq 2016-cı ildəki döyüşlər qeydə alınmadı. İkinci qorxu ondan ibarət idi ki, Ermənistanda 2 apreldə keçən parlament seçkisi zamanı Azərbaycan ordusu hücuma keçə bilər. Bu da baş vermədi.

İşğalçı ölkənin Azərbaycan qorxusu

11 Aprel 2017 15:25

Azərbaycanın siyasi və diplomatik gücü ilə bərabər hərbi qüdrətinin də artması işğalçı Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb. Xüsusilə bu narahatçılıq keçən ilin aprel ayından özünü açıq şəkildə büruzə verməkdədir. Uzun illərin acı məğlubiyyətindən sonra Azərbaycan Silahlı Qüvvələrinin keçən ilin 2-4 aprel tarixlərində erməni təxribatına cavab olaraq həyata keçirdiyi uğurlu hərbi əməliyyat Ermənustan rəhbərliyində bir məsələdə də qəti əminlik yaratdı ki, Azərbaycan tərəfinin güclü hərbi potensialı olması barədə səsləndirdiyi bəyanatlar boş sözlər deyil və bu bəyanatların arxasında real güc, qüvvə dayanır. Bu mənada aprel hadisələrini Ermənistan üçün bir dərs kimi də qiymətləndirmək doğru olardı. Elə bu səbəbdəndir ki, Ermənistan hakimiyyəti almış olduğu dərsdən nəticə çıxararaq aciz şəkildə atəşkəs tərəfdarı olduğunu bəyan etdi. Və beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun üzvü olan ölkələri dövriyyəyə soxaraq məhv olmasına doğru gedən hərbi əməliyyatları dayandımaq şansı qazandı.

"Prezidentin söylədikləri həm də böyük dövlətlərə bir mesaj idi"

11 Aprel 2017 15:18

Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanla bağlı söylədiyi fikirlər faktlara əsaslanır. Azərbaycan prezidenti bütün çıxışlarında olduğu kimi, budəfəki çıxışında da yenə çağırış edərək bildirdi ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv çıxış etməlidir”. Bunu  Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Qarabağı cənnətə çevirmək planı hazırdır

11 Aprel 2017 14:59

Aprel hadisələri bir daha göstərdi ki, Azərbaycan xalqı torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Gec-tez torpaqlarını düşmən tapdağından azad edəcək. Üstəlik qısa zaman kəsiyində soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün lazım olan bütün infrastruktur yaradılacaq.

Müdafiə naziri Çexiyanın ölkəmizdəki səfiri ilə görüşüb

11 Aprel 2017 14:21

Aprelin 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.

Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır

11 Aprel 2017 14:14

“Bütün münaqişələrə vahid yanaşma və prinsiplər tətbiq olunmalıdır”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə görüşü zamanı deyib. E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib.

Deputat: Azərbaycanın mövqeyi dünyada daha çox eşidilməyə başlanıb

11 Aprel 2017 14:07

Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin nitqində diqqət mərkəzində olan məsələlərdən biri də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi ilə bağlı oldu.