Makron parlamenti də ələ keçirə bilər
"Emmanuel Makronun Fransada prezident seçkisindəki qələbəsi işin yarısıdır. İndi əsas məsələ iyunda parlament seçkisində qələbə çalmaqdır". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
8 May 2017 17:47 Siyasət"Emmanuel Makronun Fransada prezident seçkisindəki qələbəsi işin yarısıdır. İndi əsas məsələ iyunda parlament seçkisində qələbə çalmaqdır". Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Politoloqun fikrincə, çünki müxalifət parlamentdə səs çoxluğu əldə etsə, Makron müxalif baş nazirlə birgə işləmək məcburiyyətində qalacaq: "Bu halda islahatları sürətləndirmək çətin olacaq. Ancaq Makronun yüksək reytinqini nəzərə alaraq onun yeni yaratdığı hərəkatın parlament seçkisində səs çoxluğu əldə etməsi mümkündür". Milli.az