Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT - Moskvada Şuşanın işğalı qeyd ediləcək
Ermənilər Moskvada Qələbə günü növbəti təxribat planlaşdırıblar. AzRu.org nəşrinin məlumatına görə, 9 May bayramı adı altında ermənilər "Şuşanın azad edilməsi" adlı gecə keçirmək niyyətindədirlər.
8 May 2017 17:26 SiyasətErmənilər Moskvada Qələbə günü növbəti təxribat planlaşdırıblar. AzRu.org nəşrinin məlumatına görə, 9 May bayramı adı altında ermənilər "Şuşanın azad edilməsi" adlı gecə keçirmək niyyətindədirlər.
"Ayın 9-da "Perfect" restoran kompleksində Şuşanın azad edilməsinə həsr edilmiş "Qarabağ Party" gecəsi keçiriləcək. Qonaqları çoxsaylı sürprizlər, mükafatlar gözləyir, bütün gecə boyu artistlərin çıxışı gözlənilir. Gecənin xüsusi qonaqları - Karen Boksyan və Mart Babayandır. Əhval-ruhiyyənizin yüksək səviyyədə olacağına və vaxtınızın şən keçəcəyinə zəmanət veririk", - deyə tədbir təşkilatçılarının yaydığı elanda bildirilir.
Qeyd edək ki, "Perfect" restoran kompleksi Moskva şəhəri, marşal Tuxaçevski küç. 41, korp. 1 ünvanında ("Oktyabrskoye pole" metro stansiyası) yerləşir. Virtualaz