Siyasət

Avropa Parlamentinə səfər davam edir

12 Aprel 2017 14:05

Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə səfəri davam edir. Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri cənab Deyvid Makallister tərəfindən qəbul olunub. Görüşdə həmçinin Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev, Avronest PA-nın həmsədri Rebeka Harms, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov, AP-nin Azərbaycan üzrə Məruzəçisi xanım Norika Nikolai, AP Prezidentinin müşaviri və qurumun Xarici əlaqələr komitəsi katibliyinin rəhbəri iştirak etmişlər.

Rəhim Qazıyevin nazir olarkən yol verdiyi korrupsiya faktları

12 Aprel 2017 13:56

Sabiq müdafiə naziri Rəhim Qazıyev mütəmadi mətbuata müsahibələr verərək keçmiş hərəkat yoldaşları, eləcə də hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan şəxslərin bostanına daş atır. Bu günlərdə sabiq nazir yenə öz ənənəsinə sadiqlik nümayiş etdirib. Bu dəfə Rəhim Qazıyevin əsas hədəf obyekti Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və BXCP sədri Qüdrət Həsənquliyev olub. Belə ki, sabiq nazir "Təzadlar" qəzetinə verdiyi müsahibəsdə deyib ki, guya onun bir sifəti var və nə Fazil Mustafa, nə də Qüdrət Həsənquliyev ola bilməz ki, deputat mandatı əldə etsin: “Mənim 75 yaşım var, həmişə də bir sifətim olub".

Malena Mard: "Enerji forumu fikir mübadiləsi üçün yaxşı platformadır"

12 Aprel 2017 13:18

Avropa İttifaqı (Aİ) Azərbaycanda enerji sahəsində keçirilən tədbirlərdə maraqlıdır. Bunu IV beynəlxalq "Caspian Energy" forumunda iştirak edən Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mard deyib.

“Huffington Post”: "Azərbaycan dinlərin birgə mövcudluğunun ən yaxşı nümunələrindən biridir"

12 Aprel 2017 13:16

Azərbaycan dinlərin birgə mövcudluğunun ən yaxşı nümunələrindən biridir. Bu "Salaam Şalom Bacıları İttifaqı" nümayəndələrinin Azərbaycana səfəri haqqında "Huffington Post" qəzetində dərc olunmuş məqaləsində yer alıb.

Allahşükür Paşazadə: “Ermənilərdə əqidə yoxdur”

12 Aprel 2017 12:48

“Heç bir düşmən müsbət məqsəd üçün məscidi bərpa etməz. Məscidi əqidəsinə görə bərpa edə bilərlər. Amma ermənilərdə əqidə yoxdur”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Şuşada Gövhər Ağa məscidinin bərpası ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Abdullah Gül Şəhidlər Xiyabanını ziyarət etdi

12 Aprel 2017 12:29

Ölkəmizdə səfərdə olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül bu gün səhər Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib. Abdullah Gülü Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müşaiyət edib.

Politoloq: “Hiss olunur ki, Türkiyədə referendum baş tutacaq”

12 Aprel 2017 11:18

“Türkiyə beynəlxalq səviyyədə Azərbaycanı dəstəkləyən birinci dövlətdir.  Orada baş verən hər hansı proses Azərbaycana da təsir edir. Türkiyə bizim hərtərəfli tərəfdaşımızdır”. Bunu  politoloq Arzu Nağıyev deyib.

Cəbhədən YENİ XƏBƏR

12 Aprel 2017 10:05

Ermənistan ictimaiyyəti etiraf edir SİYASİ ANALİZ

11 Aprel 2017 18:25

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərinin ardınca ölkənin ictimai rəyində və mediasında sözügedən mövzu öz aktuallığını bundan sonra hələ uzun müddət saxlayacaq. Məsələ ondadır ki, rüşvət və korrupsiya vasitəsilə parlament seçkilərində rol alan və hakim elitanı təmsil edən şəxslər indi də öz aralarında ölüm-dirim savaşına çıxıblar. Buna səbəb isə hakim “Respublika” partiyasındakı, eləcə də parlamentdəki vəzifələrin bölünməsi prosesidir.

Prezident kənd təsərrüfatının inkişafı ilə bağlı sərəncam imzalayıb

11 Aprel 2017 18:19

Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Xalq işğal altındakı ərazilərimizin azad ediləcəyinə inanır"

11 Aprel 2017 18:17

"Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın gələcək inkişafı üçün daha vacib məsələlərə mövqe bildirib".