Tramp-Lavrov görüşü - Bu gün Ağ Evdə
10 May 2017 10:34 SiyasətABŞ prezidenti Donald Tramp və Rusiya XİN rəhbəri Sergey Lavrov arasında görüş bu gün baş tutacaq.
Prezident administrasiyasının yaydığı xəbərə görə, görüş Ağ Evdə yerli vaxtla səhər saat 10:30-da mətbuata qapalı keçiriləcək.
Görüşün və danışıqların detalları barədə əlavə məlumat verilməyib.
ABŞ-a səfəri çərçivəsində daha sonra S.Lavrov Alyaskada amerikalı həmkarı Reks Tillersonla da görəşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31