Siyasət
Deputat: "Ermənistanla Azərbaycanı hansısa sahədə müqayisə etmək mümkün deyil"
“Bloger Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunmasının əsas məqsədi o idi ki, başqa dövlətlər Azərbaycandan narazı qalsa belə, biz Qarabağ məsələsində güzəştə gedilməsinə razı olmarıq”. Bunu Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib.
Rusiya XİN: Aleksandr Lapşinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur
Azərbaycanda həbsdə olan Rusiya vətəndaşı Aleksandr Lapşinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlər müzakirə edilib
Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Polşa Respublikası Prezidenti Administrasiyasının dövlət katibi, Prezidentin kabinetinin rəhbəri Kşiştof Şçerski ilə görüşüb.
Əli Kərimli bütövlükdə müxalifətin hədəfindədir- ANALİZ
“Milli Şura”nın rüsvayçı mitinq şousu bitər-bitməz, demək olar ki, müxalifət düşərgəsinin bütün cinahları AXCP sədri Əli Kərimlini hədəfə alaraq onu ən sərt şəkildə tənqid etməyə başladılar.
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Elmar Məmmədyarov estoniyalı həmkarı ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Estoniya xarici işlər naziri Sven Mikser ilə görüşüb. Bu barədə XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu və əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Səfirdən işğal olunmuş ərazilərimizə səfər etmiş deputatlara cavab
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş bir qrup Belçika parlament üzvü "La Libre" qəzeti vasitəsilə açıq məktubla ölkəmizin Belçikadakı səfirliyinə müraciət ediblər.
İran səfiri məscid məsələsinə görə XİN-ə çağırıldı
"Şuşa məscidi ətrafında Ermənistan tərəfindən qazıntı işlərinin aparılması Ermənistanın qəsdən Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinin tərkib hissəsidir".
Dünyanın diqqəti Moskvada: Qapalı görüş başladı
ÜAK-ın ləğvinin arxasında duran qaranlıq məqamlar
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməsi Azərbaycanın siyasi və ekspert dairələrində haqlı narazılığa səbəb olub. Elə bu səbəbdəndir ki, son günlər sözügedən problem ən çox müzakirə olunan məsələdir. Doğrudur, aprelin 11-də keçirilməli olan məhkəmə təxirə salındı. Ancaq problem aktuallığını qoruyur. Ortaya maraqlı bir sual çıxır. Rəsmi Moskva hansı səbəbdən Azərbaycanın dünyadakı ən böyük diaspor təşkilatının qeydiyyatını ləğv etmək istəyir? Axı bu cür addım Bakı-Moskva münasibətlərini soyuda bilər.
“Müxalifət düşərgəsində iş o yerə çatıb ki...”
Son illərdə bəzi müxalifət partiyalarının atmış olduğu addımlar, onların ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlıik cəhdləri elə bi düşərgədəki digər siyasi partiyalar ərəfindən də tənqid edilib. Bu kimi cəhdləri pisləyən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib ki, müxalifət özündən razı, təkəbbürlü və öz üzərində çox az işləyən, hətta çox vaxt məsuliyyətsiz görünür: “Bu mənim subyektiv fikrimdir. Yanlışlıq edə bilərəm.
Mark Hauptman: “Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalıdır”
Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptman Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq təşkilatların rolu və iştirakı barədə sualına cavab olaraq bildirib ki, suveren dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir-biri ilə əlaqəli olan dörd qətnaməsində aydın şəkildə bildirilir ki, erməni silahlı qüvvələrin beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin dogma torpaqlarına qayıtması prioritetdir. Hauptman vurğulayıb ki, məcburi köçkünlərin öz dogma evlərinə qayıtması Almaniya hökümətinin diqqət mərkəzində olan məsələdir.
Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcək
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin 25-də Bakıda keçiriləcək. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana gəlir. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Səfər aprelin 19-20-nə nəzərdə tutulub. H. Salber ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.
Azərbaycan XİN rəhbəri: “Güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbuledilməzliyinə hamı riayət etməlidir”
"Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.














