Siyasət

Qafqazda vəziyyət mürəkkəbdir

13 Aprel 2017 14:48

Son vaxtlar Rusiya ilə Azərbaycan arasında bir sıra məsələlərdə anlaşılmazlıq meydana gəlir desək yanılmarıq. Bəzi Rusiya rəsmilərinin mütəmadi olaraq səsləndirdikləri və Azərbaycanın maraqlarına zidd olan açıqlamaları hər nə qədər Moskva-Bakı münasibətlərinə kölgə salmağa, ölkələr arasında ciddi problemin meydana gəlməsinə hesablansa da, lakin hər iki dövlətin siyasi rəhbərliyinin ortaya qoyduğu mövqe və qarşılıqlı anlaşma mühiti Rusiya-Azərbaycan əlaqələrinin korlanmasına yönəlik cəhdləri uğursuzluğa düçar olur.

Türkiyə nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub

13 Aprel 2017 13:46

Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı brifinq təqdim edilib. Nümayəndə heyəti ali hərbi təhsil müəssisəsinin hərbi dəniz fakültəsindəki tədris vəsaiti, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da yaxından tanış olub.

Prezident İlham Əliyev Hacı Cavad məscidi ilə bağlı tapşırıq verdi

13 Aprel 2017 13:41

Azərbaycan Prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verb.

"Məscidlə bağlı gərginlik məqsədli şəkildə yaradılır"

13 Aprel 2017 13:00

“Məscidlə bağlı gərginlik yaradanlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar”. Bunu siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

"International Policy Digest": Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadiyyatına mənfi təsir göstərir

13 Aprel 2017 12:34

Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycanın iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib. Bunu analitik Fuad Şahbazov “International Policy Digest” jurnalında dərc olunan məqaləsində yazıb.

İrəvan Tiflis qarşısında Qarabağ şərti qoydu

13 Aprel 2017 12:31

Tiflis maraqlıdır ki, Qarabağ münaqişəsi gərginləşmə istiqamətində inkişaf etməsin. Bu barədə Gürcüstanda yaşayan erməni politoloq, Siyasi və Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Conni Melikyan bildirib. Gürcüstan xarici işlər naziri Mixail Canelidze ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın aprelin 11-də İrəvanda keçirdikləri görüşü şərh edən Conni Melikyan vurğulayıb  ki, Gürcüstanın Dağlıq Qarabağ məsələsinə münasibəti Ermənistanın Abxaziya və Cənubi Osetiya məsələlərində münasibətindən asılıdır.

Yeni savaş astanasında: raketlər qapını döyür

13 Aprel 2017 12:17

ABŞ prezidenti Donald Tramp Çin lideri Si Szinpinə müraciət edərək bildirib ki, Şimali Koreya rəhbərliyinin nəzərinə çatdırsın: "Birləşmiş Ştatlar ylanız aviadaşıyıcı gəmilərə yox, atom sualtı qayıqlarına da malikdir".

Nümayədə heyətimizin Avropa Parlamentində görüşləri başa çatdı

13 Aprel 2017 11:58

Avropa Parlamentinin dəvəti ilə 9 aprel tarixindən Belçikada işgüzar səfərdə olan Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti səfərin sonuncu günündə də bir sıra görüşlər keçirmiş və müzakirələr aparmışdır. Görüşlərdə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradoviştirak etmişlər.

Ermənilər 115 dəfə atəşkəsi pozub

13 Aprel 2017 11:55

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Azərbaycan-Rusiya sərhədi ilə bağlı müzakirələr başladı

13 Aprel 2017 11:31

Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası öz işinə başlayıb.

Prezident İlham Əliyev Vitali Kliçkonu qəbul edib

13 Aprel 2017 11:29

Prezidenti İlham Əliyev aprelin 13-də Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib. 

“Lokal müharibənin olması istisna deyil”

13 Aprel 2017 11:13

“Erməni müxalif düşərgənin təcrübəli siyasətçiləri özləri də etiraf edirlər ki, keçirilən saxta seçkilərdən sonra Ermənistanı çətin sınaqlar gözləyir. Vəziyyət də onu göstərir ki, düşmən ölkənin siyasi elitası cəmiyyəti hərbi vəziyyətə hazırlayır”. Bunu politoloq İlqar Vəlizadə deyib.

Ziyafət Əsgərov: "Ermənistan perspektivi olmayan bir qurumdur, dövlət də deyil"

13 Aprel 2017 11:12

"Ermənistan tupikə dirənmiş, perspektivi olmayan bir qurumdur, dövlət də deyil. Ermənistanın dediklərinin heç bir əhəmiyyəti yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.