Siyasət

Rusiya KİV: "Regionun ən varlı Azərbaycan ordusu"

14 Aprel 2017 11:37

Azərbaycan Ordusu regionun ən qüdrətli ordusudur. Bu barədə "Russia Today" agentliyinin hazırladığı fotoreportajda deyilir.

Ermənilər mövqelərimizə 5 mərmi atdı

14 Aprel 2017 11:14

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan (5 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.

Əli Həsənov: "Dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək istəyənlərin aksiyasında bəzi inanclıların da iştirakı ürəkaçan səhnə deyildi"

13 Aprel 2017 19:02

"“Sovetski” adlandırılan ərazinin abadlaşdırılmasına etiraz etmək dini təəssübkeşliyin heç də ən yaxşı nümunəsi deyil". Bunu "facebook" sosial şəbəkəsində paylaşdığı statusda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib.

Bahalı barlar, yarıçılpaq qızlar və…

13 Aprel 2017 18:03

AXCP sədri Əli Kərimlinin özü və oğlu Türkelin sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi artıq təəccüblə qarşılanmır. Əvvəllər kimlərsə “24 ilin işsizi” Əli Kərimlinin ailə büdcəsini hansı mənbə hesabına doldurduğuna dair yazılara sərt reaksiya verirdisə, bu gün həmin reaksiya öləziyib. Çünki, artıq onlar da Əli Kərimlinin iç üzündən xəbərdardırlar. Sadəcə, o vaxta qədər susurdular ki, Əli Kərimli həmin mənbədən onları da yemləyirdi. İndi isə AXCP sədri əldə etdiyi çirkli pulları yalnış ailə problemlərinə xərcləyir. Bu da onun yaxın ətrafını qıcıqlandırmağa başlayıb.     

Erməni politoloq: "Artıq Ermənistan mövcud deyil"

13 Aprel 2017 17:58

"Artıq Cənubi Qafqazda Ermənistan heç kimi maraqlandırmır. Təəssüf  edirəm artıq Ermənistan mövcud deyil və bu gün Ermənistan müstəqil dövlət  deyil, sadəcə Rusiyanın bir hissəsidir”. Bunu erməni politoloq İqor Muradyan deyib.

Azərbaycan Ordusu silahlanır

13 Aprel 2017 16:56

Hollandiyada yaşayan Orduxan Teymurxanın ailə üzvləri Azərbaycan prezidentinə müraciət ediblər

13 Aprel 2017 16:14

Bir müddətdir Hollandiyada yaşayan və özünü bloqer kimi qələmə verən Orduxan Teymurxanın ailə üzvləri və yaxın qohumları Azərbaycan prezidentiİlham Əliyevə müraciət ediblər.

Prezident İlham Əliyev Azərbaycanın düşmənlərini belə, ölkəmizin tərəfdaşına çevirir

13 Aprel 2017 16:12

Aprelin 7-də Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.  Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd edib ki, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

MSK sədrinin müavini : “Keçən il siyasi partiyalar daha intizamlı idilər”

13 Aprel 2017 15:56

“Partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsinə münasibət dəyişməlidir. Keçən ilsiyasi partiyalar daha intizamlı idilər”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib. N. Məmmədov deyib ki, 2014-cü ildən siyasi partiyaların maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Azərbaycan-Qazaxıstan: nümunəvi əməkdaşlıq modeli

13 Aprel 2017 15:54

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri əhəmiyyətli hadisə kimi analiz edilir. Ekspertlər iki ölkə arasında əlaqələrin xarakter və məzmununda müsbət irəliləyişlərin olduğunu vurğulayırlar.

Bakıda dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclası keçirilir

13 Aprel 2017 15:46

13 aprel 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası öz işinə başlayıb. XİN-dən “Olaylar”a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edir. Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik edir.

Elmar Məmmədyarov macarıstanlı həmkarı ilə görüşüb

13 Aprel 2017 15:43

Xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, sörüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və mümkün əməkdaşlıq sahələri barəsində fikir mübadiləsi aparılıb. Həmçinin çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.