Siyasət

Gəray Fərhadov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

10 Aprel 2017 18:25

Azərbaycan Prezidenti İlham Əliyev Gəray Fərhadovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İnşaat işçiləri "Əməkdar mühəndis" fəxri adı və tərəqqi medalı ilə təltif edildi - SİYAHI

10 Aprel 2017 18:12

Prezident İlham Əliyev İnşaat işçilərinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Deputatlarımız Türkiyədə referendumu izləyəcəklər

10 Aprel 2017 17:51

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat  Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu  üşahidə etmək üçün  aprelin 13-də  Ankaraya  səfərə gedəcəklər. Milli Məclisin mətbuat xidmətindən  verilən xəbərə görə, millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər. Deputatlar digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər. Səfər aprelin 17-də başa çatacaq.

“Qarabağa qanunsuz səfər edənlərə qarşı Azərbaycan qətiyyətli mövqeyini davam etdirəcək”

10 Aprel 2017 17:29

“Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çox vacib məsələlərə diqqət çəkib. Bunların arasında ölkədə iqtisadi islahatlarla bağlı olan məsələlər xüsusi yer alır”.

Millət vəkili: "İqtisadi inkişaf daha da sürətlənəcək"

10 Aprel 2017 17:28

“Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına təsiri aradan qaldırılıb. Azərbaycan iqtisadiyyatının inkişaf tepmini əks etdirəm statistikaya baxanda bunu açıq şəkildə görmək olur”. Bu fikirləri millət vəkili Azər Badamov deyib.

NATO: Ermənistanla Azərbaycan arasında müharibə ehtimalını düşünmək belə istəmirik

10 Aprel 2017 16:40

"NATO Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bunu müxtəlif səviyyəli bəyanatlardan da aydın görmək olur. Yaxın vaxtlarda GürcüstandaNATO Parlamentlər Assambleyasının toplantısı keçiriləcək. Bütün bunlar NATO ilə Gürcüstan arasında sağlam təməllərə dayanan əlaqələrin inkişaf etdiyini göstərir. Azərbaycan isə NATO-nun ortağıdır".

Əli Kərimli və Mili Şura adlanan qurumun istənilən tədbiri təxminən sünnət toyu kimi bir şeydir

10 Aprel 2017 16:10

“Müxalifətin son mitinqi artıq fiaskonun, ümidsizliyin, uğursuzluğun deyil, tam anlamı ilə rəzalətin anonsu idi. O mənada ki, əllərindən gələn hər şeyi etdilər, fəqət yenə də nəticə hasil olmadı”.

Mühacir biznesinə hesablanmış aksiya

10 Aprel 2017 15:34

Milli Şura adlanan qurum, daha dəqiq desək Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun rəhbəri Əli Kərimli növbəti uğursuz aksiyasını keçirdi. Aprelin 8-də Məhsul stadionuna toplaşan Əli Kərimlinin məhdud sayda tərəfdarı yenə də öz ənənələrinə, dünyagörüşlərinə uyğun mövqe, hərəkət sərgiləyərək insanların bir neçə saat əsəbləri ilə oynadı, paytaxt sakinlərinin istirahət hüquqlarını pozdu.

Əli Kərimli “siyasi mühacir” biznesini genişləndirməyə çalışır

10 Aprel 2017 15:35

Aprelin 8-də Əli Kərimlinin rəhbəri olduğu AXCP Milli Şura ilə birlikdə mitinq keçdi. Ancaq mitinq olduqca sönük keçməsi, iştirakçıların sayını isə kifayət qədər az olması ilə müşayət olundu. Əslində ictimai rəyə heç bir təsiri olmayan belə bir mitinqin təntənəli keçirilib-keçirilməməsi AXCP sədri Əli Kərimlinin marağöında deyildi.

Azərbaycan prezidenti: “Xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır”

10 Aprel 2017 15:20

“Sənaye və kənd təsərrüfatı prioritet sahələrdir”.  Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib. 

Prezident İlham Əliyev: “Bakıda 300-dən artıq çoxmərtəbəli bina tikilir”

10 Aprel 2017 15:19

“Bu il inşaat sektorunda canlanma müşahidə edilir”.  Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

Dövlət başçısı: “Süni qiymət artımına yol verilməməlidir”

10 Aprel 2017 15:17

“Bu ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı deyib ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir: “Süni qiymət artımına yol verilməməlidir”.

Prezident İlham Əliyev: "İlin ilk 3 ayında ölkəyə gələn turistlərin sayında 25 faiz artım qeydə alınıb“

10 Aprel 2017 15:14

“Cənub Qaz Dəhlizi ilə bağlı artıq Bakıda üçüncü dəfə Məşvərət Şurasının iclası keçirilib. Məşvərət Şurasının yekununda ölkəmizin liderlik rolunun qeyd edildiyi qətnamə qəbul olunub”.