Siyasət
Prezident: “Bu ilin ilk 3 ayında Azərbaycanın ixracı 50 faiz artıb”
“Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
Dövlət başçısı: “Cocuq Mərcanlının bərpası tarixi hadisədir”
“Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib O bildirib ki, kənddə ilkin mərhələdə 50 ev tikilir, yeni yol salınır, məscid inşa olunur: “Sonrakı mərhələdə daha 150 evin tikilməsi nəzərdə tutulub. Bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, öz ərazilərini azad etdikdən sonra bütün şəhər və qəsəbələri yenidən quracağını nümayiş etdirir. Bu, həm də göstərir ki, 20 ildən çoxdur ki, öz doğma yurdlarından didərgin düşmüş insanlar vətənlərinə qayıtmaq arzusu ilə yaşayırlar”.
Prezident: “Qarabağa qanunsuz səfər etmiş xarici vətəndaşın Azərbaycana təhvil verilməsi onun kimilərə dərs oldu”
“Bu ilin birinci rübündə də Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub. Ermənistan danışıqları dayandırmağa çalışır, ancaq buna nail ola bilməyəcək”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident: Ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni evlərə köçürüləcəklər
“Azərbaycanda köçkünlər üçün yeni qəsəbələr salınır və onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcək”.
İsveçrə prezidenti: “Azərbaycan iqtisadiyyatına qlobal maraq artıb”
İsveçrə Konfederasiyasının prezidenti Doris Loyhard Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
Prezident İlham Əliyev: “2017-ci il Azərbaycan üçün uğurlu olacaq”
“Bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişaf təmin olunub, sosial məsələlər həllini tapıb, ordu quruculuğu uğurla aparılıb”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Liberalizm qalası da çökdü: İsveç qapıları bağlayır
İndiyədək gerçəkləşdirdiyimiz siyasətə yenidən baxmalıyıq. Miqrantlarla bağlı mülayim, liberal strategiya özünü doğrultmadı.
Qarabağda yaxınlaşan MÜHARİBƏ: ölkədən qaçan ermənilər və Sarkisyanın yeganə ÇIXIŞ YOLU
Ermənistanda parlament seçkiləri başa çatdı və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dalandan çıxıb-çıxmayacağı maraqlıdır. Xüsusilə İrəvan danışıqlar masasına gətiriləcəkmi, yoxsa, əvvəlki kimi qeyri-konstruktiv yanaşma davam edəcək?!
Cocuq Mərcanlıda Azərbaycan bayrağının dalğalanması
2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi və Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi.
Tramp Putinə qarşı hücuma keçdi: YENİ PLAN
"Terrorun qarşısı siyasi yolla alınmalıdır"
“Baş verən terror hadisələri dünyada hökm sürən qara qüvvələrin, dar düşüncənin, eyni zamanda qəddarlığın təzahürüdür”. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
İsrailin İrəvandakı səfiri erməniləri YERİNDƏ OTURTDU: “Azərbaycana silah satmağımız...”
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun prinsipləri çərçivəsində həll olunmalıdır”. Bu barədə İsrailin Ermənistandakı səfiri Eliyahu Yeruşalmi “news.am”-a müsahibəsində deyib.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Nüvə silahları qaynar bölgədə: 5 gün sonrakı MÜHARİBƏYƏ HAZIRLIQ
Elmar Məmmədyarov Polşaya səfər edib
Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək.













