Siyasət

Şura 2017-ci il ikinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib

19 Aprel 2017 12:30

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün 2017-ci il ikinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib.

"Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün imkanlar daha da artacaq"

19 Aprel 2017 12:05

Prezident İlham Əliyevin iştirakı ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin böyük əhəmiyyəti var. Bu barədə millət vəkili Elman Nəsirov deyib.

Ermənilər atəşkəsi pozarkən iriçaplı pulemyotlardan istifadə edir

19 Aprel 2017 11:47

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.

Birinci vitse-prezident Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru ilə görüşüb

18 Aprel 2017 19:06

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva aprelin 18-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko ilə görüşüb. Pyotr Qlıboçkonu salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə qurulan əməkdaşlıqdan, bu təhsil ocağının Bakıdakı filialının fəaliyyətindən danışdı, filialin yaradılması ilə bağlı layihənin çox uğurlu olduğunu dedi.

Yevlax şəhərində çoxmənzilli yaşayış binası tikiləcək

18 Aprel 2017 18:43

Azərbaycan Prezidenti İlham Əliyev Yevlax şəhərində çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Şurada “iqtisadi və sosial məsələlər” qrupun aid QHT-lərlə görüş keçirilib

18 Aprel 2017 18:38

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına  “iqtisadi və sosial məsələlər” qrupundan üzv seçilən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi  İctimai Birliyinin sədri Rufiz Qonaqovun təşəbbüsü ilə qeyd olunan sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.

Xarici işlər naziri Malta parlamentinin spikeri ilə görüşüb

18 Aprel 2017 17:49

Malta Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkə Parlamentinin Spikeri Anqlu Farruca ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycanla Malta arasında əməkdaşlığın hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olundu və belə görüşlərinin keçirilməsinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.Tərəflər müasir dövrdə parlament diplomatiyasının rolunu xüsusi qeyd etdilər, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini önə çəkdilər.

Politoloq: “Türkiyə Azərbaycanın bir nömrəli müttəfiqidir"

18 Aprel 2017 17:33

“Ümumiyyətlə hər nə olursa-olsun, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dostluğunun kökləri də qədimdir. Bu, əbədi dostluqdur. Bunu kimsə sarsıda və poza bilməz. Təbii ki, bu münasibətlər xalqlar arasındakı münasibətlərdir və onun bir neçə yüz illik ənənələri, tarixin dərinliklərinə gedən izləri var. Hətta bir millət, iki dövlət sözü də nahaq yerə deyilməyib”.

Mərkəz sədri: “Tramp administrasiyası Rusiyaya təzyiqi kəskin artırıb”

18 Aprel 2017 17:32

“ABŞ-la Rusiyanın münasibətlərində Rusiyanın passivliyi göz qabağındadır. Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-ı çox böyük dövlət hesab edir və onunla əlaqə qurmağa hazır olduğunu bildirdi. Onun fikrincə dialoqun qurulmasında çox şey ABŞ-dan asılıdır. RF prezidenti ABŞ-ın Alyaska ştatındakı hərbi fəaliyyətini Rusiya üçün təhlükə hesab edir.RF ABŞ-ın RƏMS-indən qorxur, bu sistemin bütün aşağı orbitli kosmik aparatlara təhlükəli olduğunu bildirdi”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşüb

18 Aprel 2017 16:58

Xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasına rəsmi səfəri çərçivəsində Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə nazir Corc Vella 2016-cı ilin aprel ayında ölkəmizə etdiyi səfərini və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.İki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsinin məmnunluq ifadə edilərək, ikitərəfli münasibətlərin inkişafi baxımından son dövrlər həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd edilib.

Xarici işlər nazirləri arasında təbrik  məktubu mübadiləsi həyata keçirilib

18 Aprel 2017 16:57

Azərbaycan Respublikası və Fələstin Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib. XİN-dən verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində ikitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində hökumətlərimiz tərəfindən həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb.

Bahar Muradova Pramila Pattenlə görüşüb

18 Aprel 2017 16:35

Milli Məclis Sədrinin müavini Bahar Muradova beynəlxalq ekspert, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin (CEDAW) üzvü xanım Pramila Patten ilə görüşüb. MM-dən verilən məlumata görə,  parlament rəhbərliyi adından qonaqları salamlayan Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, gender əsaslı zorakılıqla mübarizə dünya qadınları üçün vacib məsələdir. Zorakılıqsız cəmiyyət hər kəsin arzusudur. BMT və onun qurumları ilə fəal əməkdaşlıq edən Azərbaycan bu sahədə də mühüm işlər görür. Milli Məclis lazımi qanunları qəbul edib. Həyatın tələbinə uyğun olaraq zaman-zaman həmin qanunlara müvafiq dəyişikliklər olunur.