Siyasət
Novruz Məmmədov: "Xarici siyasətin çevikliyi Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib"
”Artıq dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqı və dövlətinin maraqlarını müdafiə edə biləcək beynəlxalq himayə mexanizmi yaranıb”. Bu barədə President Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb.
Ermənistan Rusiyaya birləşdiriləcək
Apokalipsis və FLAG DAY: ABŞ-ın sağ qalmaq üçün MƏXFİ PLANI
Gənclər Fonduna 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Müşavirə qeyri-neft sekoruna diqqətin nümunəsidir"
Prezident İlham Əliyevin iştirakı ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi ölkənin qeyri-neft sektoruna göstərilən diqqətin nümunəsidir. Bu barədə millət vəkili Bəxtiyar Sadıqov deyib.
"Dağlıq Qarabağ məsələsi..." - Fransa prezidentliyinə namizəddən SƏRSƏM AÇIQLAMA
"Dağlıq Qarabağ konfliktinin həlli tərəflərin Dağlıq Qarabağın Ermənistana birləşməsi ilə bağlı razılığa gəlməsidir". Əsl ad və soyadı Marion Ann Perrin Le Pen olan fransız siyasətçi, ölkənin ifrat sağçı və irqçi siyasətçisi Jan-Mari Le Penin qızı Mari Le Pen belə deyib. Fransadakı ermənilərin "Nouvelles d'Arménie" jurnalına müsahibəsində aşkar ermənipərəst mövqe tutan Mari Le Pen "Fransa Milli Cəbhəsi" partiyasının sədridir və ölkədə keçiriləcək prezident seçkilərinə namizəd qismində qatılıb.
Azərbaycan daha bir beynəlxalq təşkilata qonaq statusu əldə edib
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım üzrə Komitəsində (OECD/DAC) qonaq statusu əldə edib. XİN-dən verilən məlumata görə, nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən 2015-ci ildən etibarən aparılan məqsədyönlü işin nəticəsi olaraq, Azərbaycan artıq dünyada inkişafa yardım sahəsində ən nüfuzlu beynəlxalq qurum sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) qonaq statusunda təmsil olunacaq.
Zaxarova: "Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ehtimalı var"
Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi ehtimalı var. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi nəzərdə tutulurmu" sualına cavabında M. Zaxarova belə bir ehtimalın olduğunu söyləyib: "Bu barədə məlumat olan kimi bildirəcəyik".
Politoloq: “Ermənistan isə KTMT-də bir vasitə kimi istifadə olunur”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) katibliyin Ermənistana keçməsi ilə düşmən ölkə hansısa üstünlük əldə etməyəcək. Ermənilər dəfələrlə təmas xəttindən əlavə, məhz sərhəddə təxribat törədərək KTMT-dən dəstək almağa çalışsalar da, niyyətləri baş tutmayıb”. Bunu politoloq Arzu Nağıyev deyib.
Politoloq: “Uorlikin yanaşmasının mahiyyəti bəllidir”
“ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi barədə mövqeyində aktivlik və keyfiyyət dəyişikliyi var”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Mərkəz sədrinin sözlərinə görə, amerikalı həmsədr R.Hoqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin indiki mərhələsində yeni keyfiyyət yaratdı: “O, Nyu-Yorka gedərək BMT rəhbərliyi ilə Dağlıq Qarabağ tənzimlənməsini müzakirə edib. BMT rəhbərliyi lazım olarsa hətta BMT TŞ-nin qətnaməsini vəd veriblər. ABŞ Dövlət Departamentindən C.Kerri kimi ermənipərəstin uzaqlaşması öz bəhrəsini verir.
Prezident: “Azərbaycan-Aİ sazişi əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addımdır” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Belçikaya səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd edib.
Aprel savaşı: Azərbaycan Prezidentinin mesajları
Bir il bundan öncə Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi.
Dünya Azərbaycanlıları Assambleyası BMT-nin Sosial Şurası tərəfindən qeydiyyata alındı
Dünya Azərbaycanlıları Assambleyası daha bir uğura imza atıb. DAA-dan “OLAYLAR”-a daxil olan məlumata görə, Assambleya Birləşmiş millətlər Təşkilatının İqtisadi və Sosial Şurası tərəfindən qeydiyyata alınıb. “Bundan sonra Dünya AZərbaycanlıları Assambleyası BMT-nin toplantılarına qatıla, öz təklif və tövsiyyələri ilə çıxış edə bilər, BMT-nin İqtisadi və Sosial Şurasının fəaliyyəti proqramlarına özünün tövsiyyələrini irəli sürə bilər. Bununla Assambleya həmçinin BMT rəhbərliyi ilə birbaşa əlaqə imkanlarına sahibdir” deyə DAA-ya ünvanlanmış məktubda deyilir.



.jpg)










