Siyasət

Amerikalı diplomatdan Qarabağla bağlı açıqlama

20 Aprel 2017 16:19

Bu barədə 1in.am saytına müsahibəsində amerikalı diplomat, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Riçard Kozlariç bildirib. Qlobal siyasətdə Tramp tərəfindən aparılan aktiv siyasətdən danışan keçmiş səfir Qarabağ münaqişəsinə də toxunub. Kozlariç ABŞ siyasətini, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti proqnozlaşdırmağa tələsməyib. 

Bəxtiyar Sadıqov: "Prezident müşavirədə qarşıya yeni vəzifələr qoydu"

20 Aprel 2017 16:11

“Azərbaycan post neft dövrünə keçidə çoxdan hazır idi. Hətta bu məsələ “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapmışdı. Lakin neftin qiymətinin siyasi amillər hesabına sürətlə ucuzlaşması bu amili daha da sürətləndirdi. Azərbaycan prezidenti də  bu prosesin ağrısız və sürətlə getməsi üçün bir-birindən uğurlu addımlar atdı və çox ciddi islahatlar etdi”. Bunu Milli Məclisin deputatı “ Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.

Məruzə: "Avropa Şurasının insan haqları üzrə komissarı AŞ PA-da gizli erməni şəbəkəsinin aparıcı fiqurudur"

20 Aprel 2017 16:08

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Soros Fondunun maliyyələşdirdiyi deputatlar, erməni məmurlar və QHT-lərdən ibarət "gizli şəbəkə"ni ifşa edən məruzənin ikinci hissəsini dərc edib.

Şurada “qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupuna aid QHT-lərlə görüş keçirilib

20 Aprel 2017 15:24

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına  “qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupundan üzv seçilən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə adıçəkilən sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.

Novruz Məmmədov amerikalı siyasətçidən üzr istəməsini tələb edib

20 Aprel 2017 14:15

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özü haqqında yalan məlumatlar yayan amerikalı siyasətçidən üzr istəməsini tələb edib. Bu barədə N.Məmmədov "Twitter" səhifəsində yazıb. O, "Trampa qarşı demokratik koalisiya"nın direktorlarından biri Skott Dvorkinə müraciət edib: "Mən bir müddət gözlədim və fikirləşdim ki, vicdanınız sizə yalan və böhtan yaydığınızı və ən azından üzr istəmək lazım olduğunu deyəcək. Amma görürəm ki, yalan yaymaq sizin gündəlik işinizdir. Sizin yaydığınız məlumat haqqında təklifim budur. Əgər siz mənim ABŞ-da iki kondominiuma sahib olduğumu sübut edə bilsəniz, mən onlardan birini sizə hədiyyə edəcəyəm. Əks təqdirdə, əgər sizin şərəf və ləyaqətiniz varsa, üzr istəməlisiniz".

Ermənistanın aqressiyası və ona şərait yaradan amillər

20 Aprel 2017 14:06

Cəbhədə hər ötən gün gərginlik artmaqdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin gündəlik cəbhə xəttindəki vəziyyətlə bağlı açıqladığı məlumatlardan da aydın görünür ki, ermənilər tərəfindən atəşkəsin pozulması halları artıq intensiv xarakter alıb.

Politoloq: “Diasporamızın güclənməsi üçün birlik nümayiş etdirməliyik”

20 Aprel 2017 13:24

“Ermənistan hər zaman Dağlıq Qarabağ məsələsində bütün dönəmlərdə sabotajlıqla məşğul olub. Ona görə də el arasında belə bir deyim var ondan sona kimi istifadə etmək lazımdır, “oğrunu evinə kimi qovmaq lazımdır”. Ancaq maraqlısı budur ki, bu ermənilərin özlərinə aid heç bir torpağı da yoxdur ki, ora qədər qovasan, hamısı qonşu ölkələrin torpaqlarıdı”. Bunu  politoloq Ramiz Alıyev deyib.

Politoloq: “Jirinovskinin, Lavrovun çıxışları Rusiyanın mövqeyindən xəbər verir” 

20 Aprel 2017 12:36

“Ümumiyyətlə rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün danışıqlarda yaxından iştirak edib. Azərbaycan tərəfi sülh yolu ilə Qarabağ məsələsinin həll olunması üçün bütün addımları atıb. Ona görə də ölkəmizin yeni bir addım atmasına ehtiyac yoxdur. Addımı Ermənistan və onu dəstəkləyən dünya ölkələri, eləcə də bu işlərə ikili yanaşanlar atmalıdır. Burada əsas rolu Rusiya oynayır”. Bunu politoloq Cümşüd Nuriyev deyib.

“Artsax” bayrağını qaldıran erməni idmançını növbəti turnirlərə buraxdılar” Fight Nights Global

20 Aprel 2017 12:30

“Ermənistanı və Rusiyanı təmsil edən 23 yaşlı qarışıq döyüşlər üzrə idmançı Vardan Askanyan (56.7kq) və Rusiyanın Finght Nights Global təşkilatı əməkdaşığın davamı üçün razılığa gəliblər”.

Əli Kərimli özü də bilmədən nəyi etiraf etdi?

20 Aprel 2017 12:28

Bəlli olduğu kimi AXCP sədri Əli Kərimli aprelin 21-də Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Buna səbəb isə onun, eləcə də müavini Gözəl Bayramlının və təşkilat şöbəsinin müdiri Saqif Qurbanovun “saxta üzvlük sənədi işi” üzrə adlarnın hallandırılmasıdır. Daha dəqiq desək, AXCP rəhbərliyi paritya üzvü olmayan insanların xarici ölkələrə köçmələri üçün onlara böyük pullar qarşılığında saxta partiya sənədləri verib. Hətta bununla bağlı mətbuatda kifayət qədər danılmaz faktlar ortaya çıxarılaraq Ə.Kərimli və siyasi biznesində adları keçən digər adamları ifşa olunublar. Məsələn, məlum olub ki, ümumiyyətlə siyasi məsələlərdən xəbəri olmayan insanlar belə, guya illər öncədən AXCP-yə üzv olublar və hakimiyyət tərəfindən təqiblərə məruz qalaraq ölkədən çıxmaq qərarını veriblər.

Millət vəkili: “Güclü Türkiyə, güclü Azərbaycan, türk dünyası deməkdir” 

20 Aprel 2017 12:27

“Türkiyədəki referendumdakı seçimi Türkiyə xalqının, cəmiyyətinin seçimidir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Deputatın sözlərinə görə, seçkinin nəticəsinin necə olmasından asılı olmayaraq, Azərbaycan bu seçimə böyük hörmətlə yanaşır: “Hesab edirik ki, Türkiyənin bu seçimi onu daha güclü, demokratik, qarşısında duran məsələlərin operativ şəkildə həll edilməsinə gətirib çıxaracaq.

Aydın Mirzəzadə: “Ermənistanın provokasiyası Azərbaycan tərəfindən qəbul edilməyəcək”

20 Aprel 2017 12:24

“Son dövrlər Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar onun problemin həllində maraqlı olmadığını göstərir. Torpağı işğalda saxlayaraq hər hansı bir formada danışıqlarda irəliləyişə nail olmaq onun əsas məqsədidir. Çünki indi hakimiyyətdə olan elita məhz işğal nəticəsində öz hakimiyyətini uzada bilir və bundan siyasi, iqtisadi dividentlər götürür. Onu nə Ermənistan dövlətinin inkişafı, nə də erməni xalqının firəvanlığı maraqlandırır. Min illik fasilədən sonra təsadüfən milli dövlətçilik əldə etmiş Ermənistan cəmiyyəti əslində öz dövlətçiliyinin iflasını yaşayır”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Ermənilər 112 dəfə atəşkəsi pozub

20 Aprel 2017 11:25

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Berdavan, Barekamavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli, Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu, Ağdam, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

PA rəsmisi: "Münaqişənin həlli ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır"

20 Aprel 2017 11:13

“Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici siyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır”.