Siyasət
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 27-də keçirilə bilər
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub. Diplomatik mənbələrdən verilən məlumata görə, Sergey Lavrov,Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər. Başqa bir mənbə isə xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.
ABŞ Qarabağa müasir silahlar yerləşdirdi - İrəvandan İDDİA
Zakir Həsənovdan döyüşlərə hazırlıq tapşırığı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.
Serj Sarkisyan xalqa nağıl danışır- Erməni KİV
Ermənistan prezidenti Serj Sarkisyanın “millət-ordu-2017” forumundakı çıxşı ölkə mətbuatında, xüsusilə müxalifətyönlü mediada iztehza və məsxərə ilə qarşılanıb. “SƏS” İnformasiya Agentliyinin məlumatına görə, sözügedən məsələ ilə bağlı növbəti dəfə 1in.am saytının analitik bölməsi tənqidi yazı hazırlayıb və Sarkisyanın adıçəkilən formdakı çıxışı sərt şəkildə, və arqumentlərlə ittiham atəşinə tutulub. İddia olunur ki, Serj Sarkisyan xalqa nağıl danışır və xalq artıq bu nağıllara inanmır.
Politoloq: “Başqa yolların işlənib hazırlanmasına böyük ehtiyac var”
“Beynəlxalq qurumlar tərəfindən rəsmi olaraq tanınan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövcud şəraitdə köklü həllinin tapılmasından çox uzaqdır. Bu problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu əslində heç bir hüquqi səlahiyyətlətə malik deyildir.Bu qurum yalnız münaqişənin həlli variantını işləyib hazırlayaraq tərəflərə təqdim etmək missiyasını həyata keçirir”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
AXCP üzvündən istefası ilə bağlı BƏYANAT+İTTİHAM
Keçmiş məhbus, ölkə başçısının son əfv fərmanı ilə azadlığa çıxmış AXCP üzvü Elvin Abdullayev təmsil olunduğu partiyadan sərt bəyanat verərək istefa verib. “SƏS” İnformasiya Agentliyinə daxil olan məlumata görə, bu barədə sabiq cəbhəçi “facebook” sosial şəbəkəsində yazıb. O, yaydığı bəyanatda bildirilir ki, istefa vermə səbəbi partiyanın dövlət maraqlarına qarşı çıxması, o cümlədən, radikal dindarlarla bir yerdə sözügedən məcrada siyasət yürütməsidir. E.Abdullayev Əli Kərimliyə işarə edərək, onun və digər rəhbər strukturların təşkilatda azad fikirin boğduqlarını qeyd edib, o cümlədən, AXCP-nin müxalifətdəki əzəli düşməni sayılan Müsavat partiyasına keçdiyini bildirib.
İlham Rəhimovla Ruhi barışdı və miras savaşı başladı - Şok təfərrüat
Səxavət Əlisoy: “25 ildir ki, müxalif cəbhədə vəziyyət dəyişmir”
Mənim də mənsub olduğum qurum daxil müxalif düşərgədə durum bərbaddır. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən sabiq müsavatçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təmsilçisi Səxavət Əlisoy deyib ki, amma hər kəs özünü böyük güc sayır: “Proseslərə obyektiv yanaşanlar razılaşacaq.
Ərdoğanın dəbdəbəli sarayı: 1100 otaq və 9 milyon dollarlıq xalçalar (FOTO)
İŞİD terakta görə məsuliyyəti öz üzərinə götürdü
Parisdə seçkiqabağı güllələnmə: yenə də polis
Prezident Sumqayıtda yolların təmirinə 4 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.
"Fransa prezidentliyinə namizədlər erməni seçiciləri cəlb etmək istəyirlər"
Dağlıq Qarabağ məsələsi ilə spekulyasiya edən fransalı siyasətçilər erməni əsilli Fransa seçicilərini cəlb etmək istəyirlər. Bu barədə Fransa Senatının Xarici əlaqələr komitəsinin sədr müavini Natali Qule deyib.
Ordumuz artirelliyanı işə saldı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.











.jpg)


