Siyasət

Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin vurğuladığı tezislər gələcək inkişaf strategiyasının prioritetləridir

24 Aprel 2017 11:45

“Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənc, müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Sabitlik təmin edildi, iqtisadiyyat, xüsusilə də neft-qaz sektoru inkişaf etməyə başladı. Qısa zamanda ölkəmiz qlobal enerji layihələrinin iştirakçısı və təşəbbüsçüsünə çevrildi. Bununla Azərbaycan dünya miqyasında neft ölkəsi olaraq böyük nüfuz qazandı, Avropanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevrildi. Bu gün isə Azərbaycan iqtisadiyyatı qeyri-neft sahəsi üzrə şaxələndirilir, “Made in Azerbaijan” brendi dünya bazarlarına daxil olur. “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır.” Aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxışı zamanı möhtərəm Prezidentimiz İlham Əliyevin səsləndirdiyi bu fikirlər ölkəmizin son dövrlər qeyri-neft sahəsi üzrə böyük uğurlar əldə etdiyini təsdiqləyir.” Bunu KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Azərbaycan da elə buna-işğalçını sülhə məcbur etməyə hazırlaşır

24 Aprel 2017 11:36

“Azərbaycan ordusunun aprelin 16-da başlatdığı geniş təlimlər bitdi. Bu, sülh adına keçirilən təlimlər idi. Minsk qrupuna həmsədrlik edənlər düz deyirlər- Dağlıq Qarabağ problemi ancaq sülh yoluyla həll edilə bilər”.

Makronun ikinci turda qalib gəlmək ehtimalı daha çoxdur

24 Aprel 2017 11:33

Fransada seçkilərdə 23,75% səs toplamış “En Marche” (İrəli) Hərakatının lideri Emmanuel Makronla birinci mərhələni 21, 53 % səslə başa vurmuş “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen ikinci turda yarışacaqlar.

Ermənilər 113 dəfə atəşkəsi pozub

24 Aprel 2017 11:28

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (4 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex, Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Birinci vitse-prezident Mehriban Əliyeva: "Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir" 

21 Aprel 2017 18:13

Aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclası keçirilib.

Lenin torpağa basdırıacaqmı?

21 Aprel 2017 16:19

Aİ Azərbaycanla vizasız rejimə keçə bilər

21 Aprel 2017 15:46

"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında vizasız rejimin tətbiqi imkanı istisna deyil". Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib. H.Salber qeyd edib: "Vizasız rejim tətbiq edilməzdən əvvəl bir çox məsələlər, o cümlədən texniki məsələlər həll olunmalıdır. Tərəflər bir sıra prosedurları keçməlidirlər. Əgər bütün aprektlər razılaşdırılsa və müəyyən edilsə, Aİ və Azərbaycan arasında vizasız rejim prinsipcə mümkün olacaq".

Millət vəkili: “Əgər bu baş verməsə, müharibə qaçılmazdır”

21 Aprel 2017 15:37

“Uzun illərdir ki, Azərbaycan torpaqları erməni işğalı altında qalır və biz bundan çox narahatıq. Cənab Prezident də deyib ki, Azərbaycan heç vaxt torpağımızın erməni işğalı altında qalması ilə barışmayacaq və heç zaman torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyək.  Ermənilər bunu yaxşı başa düşür və dəfələrlə erməni siyasətçiləri torpaqlarımızın azad edilməsi ilə bağlı fikirlər söyləyib. Sadə ermənilər də özlərinə aid olmayan Azərbaycan torpaqlarında ölməkdən cana gəliblər və Qarabağda xidmətdən imtina edirlər”. Bunu millət vəkili Azər Badamov deyib.

Nazir: "İsrail Aleksandr Lapşinin cəzasını vətənində çəkməsinə çalışacaq"

21 Aprel 2017 15:25

İsrail Azərbaycanda həbs olunan bloqer Aleksandr Lapşinin cəzasını vətənində çəkməsinə çalışacaq. Bunu İsrailin ədliyyə naziri Aelet Şaked Moskvaya səfərinin yekunu üzrə "İnterfaks"a müsahibəsində deyib.

Ölkədə ictimai nəzarət mexanizmi niyə işləmir?

21 Aprel 2017 14:13

Dövlət başçısının 2014-cü ildə imzaladığı “İctimai iştirakçılıq haqqında” qanundan xeyli müddət keçməsinə baxmayaraq, hələ də bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında ictimai şuralar yaradılmayıb. Baxmayaraq ki, sözügedn qanunun qəbulu ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Digər tərəfdən,  ictimai şuraların yaradılması ilə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Bu halda isə vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur.

Azərbaycanın inkişafını istəməyən qüvvələr var

21 Aprel 2017 14:08

Azərbaycan bütün qlobal təhdid və iqtisadi böhrana baxmayaraq öz inkişaf yolunu davam etdirir. İstər keçən ilin yekunları, istərsə də cari ilin birinci rübü ilə bağlı açıqlanan statistik göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz bundan sonra da öz inkişaf yolunu davam etdirəcək.