Siyasət
Tramp Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırır
II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev: "Soyqırımıda birbaşa əli olan şəxslərin hələ də cəzalandırılmaması onları yeni qanlı əməllərə şirnikləndirir"
Prezident İlham Əliyev "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda keçirilən IV beynəlxalq elmi konfransın iştirakçılarına müraciət edib.
Ermənilərdən Azərbaycana qarşı təxribat
24-27 aprel 2017-ci il tarixində Dubayda keçirilən və dünya boyunca ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”-də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib.
Pedro Agramunt ASPA-nın iclas salonundan qovulub
Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu saatlarda AŞ PA-nın iclas salonundan qovulub. AŞPA sessiyasını izləyən şəxslərin verdiyi ə xəbərə görə, buna səbəb Agramuntun Suriya diktatoru Bəşər Əsədlə əlaqələrinin üzə çıxması olub. İclasda çıxış edən parlamentarilər ona etimadsızlıq nümayiş etdirib. Davamlı tənqidlərdən sonra o, salonu tərk edib.
Deputatdan etiraz: “Gedin məsələni Vergilər Nazirliyi ilə həll edin”
“Bir çox ölkələrdə bu qanun fəaliyyət göstərir. Amma MDB məkanında mən eştməmişəm. Bu qanunun müsbət tərəfləri çoxdur”. Bunu Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Azərbaycanda bizim mühitə uyğun olaraq daşınar əmlakı, yəni ev əşyalarını qoyub kredit götürmək o qədər də qəbul olunmur: “Bu bizim mentalitetə bir o qədər də uyğun deyil. Bunu izah etmək lazımdır ki, bu insanların xeyrinədir. Mən sizə açıq deyim. Burada əsas məqsəd bank sektorunun sağlamlaşdırmaq və aktivləşdirməkdir”.
Səbuhi Abbasov: “Qadağaların tətbiq olunacağı inandırıcı görünmür"
“Sosial şəbəkə informasiya-kommunikasiya texologiyalarının son inqilabı hesab edilir. İlkin mərhələdə sosial şəbəkə sırf insanlar arası innovativ ünsiyyət metodu hesab edilirdi. Zaman keçdi İKT-nin bu kəşfi də öz funksiyasını dəyişdi. Sosial şəbəkə inqilabi hadisə kimi deyil, inqilabı yetişdirən faktor kimi tanınmağa başladı”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
Ekspert: “Ermənilərin "qızdırması və təzyiqi" kəllə-çarxa vurur”
“Ümumiyyətlə hər il aprel ayında bizim bədnam qonşularımızın "qızdırması və təzyiqi" kəllə-çarxa vurur. Bu gün də istisna deyil. "Kişilər" qondarma “erməni soyqırımı” iddiasının 102 illiyini qeyd edirlər. Özü də, bu həyasızlar bu günlə bağlı ilbəil min cür oyundan, hoqqalardan çıxırlar. Özü də bilə-bilə ki, artıq neçə illərdir ki, dünyada söz sahibi olan dövlətlər bu məsələdə öz mövqeyini bildiriblər və bundan sonra nə Amerika, nə Rusiya, nə də digər ermənipərəst qüvvələr özlərini bu yalançı tarixlə bağlı pis vəziyyətə qoymayacaqlar, əl çəkmirlər ki, çəkmirlər”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Politoloq: “Fransızların ermənilərə sevgisi məlum məsələdir”
“Fransada keçirilən prezident seçkilərinin birinci turunun başa çatması ilə ölkədə siyasi temperatura daha da artdı. Emmanuel Makron cəmiyyətin elitasının və orta təbəqənin əsas səslərinə sahib çıxaraq birinciliyi əldə etdi. İkinci turda fransızların böyük səs çoxluğu ilə Makronu dəstəkləyəcəyi şübhəsizdir. Marin Le Pen populist çıxışları ilə seçicilərin 22 faizinin səsini qazanması ona növbəti turda müvəffəqiyyət vəd etmir. Hesab edirəm ki, Makron Fransa cəmiyyətinin böyük hissəsinin etimadını qazana biləcək. Marin Le Pen həm də çox qalmaqalllı şəxsiyyətdir. Fransanın tanınmış və lider siyasətçilərindən olan ata le Pen hətta qızının prezidentliyə namizəd olacağı təqdirdə onu övladlıqdan çıxaracağını bəyan etmişdi. Marin Le Pen isə atasına qarşı hörmətsizlik nümayiş etdirərək, açıq şəkildə atasına etiraz etmişdi”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Politoloq: “Faktlara nəzər salanda, erməni yalanları açıq şəkildə görsənir”
“Faktlara nəzər salanda, erməni yalanları açıq şəkildə görsənir. Onlar yalandan dünyaya yayırlar ki, guya türklər Şərqi Anadoluda 1,5 milyon ermənini qırıblar. Ancaq o dövrün statistik rəqəmləri, əhali siyahıyalamaları göstərir ki, həmin vaxtda Şərqi Anadoluda 7 - 9 yüz min arasında erməni yaşayışıb. Yəni, 7-9 yüz min ermənidən 1,5 milyonun qırıldığını demək bütün saxtakarlığı açıq şəkildə ortaya qoyur”. Bunu politoloq Qabil Hüseynli deyib.
Azərbaycan XİN: ""İndependent" qəzetinin "fakenews" xarakterli sifarişli yazıya məkan verməsi təəssüf doğurur"
"İndependent" qəzetinin "fakenews" və propoqanda xarakterli sifarişli yazıya məkan verməsi təəssüf doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "İndependent" qəzetində dərc olunmuş məqaləyə münasibət bildirərkən deyib.
QHT-lərlə bağlı qanunvericilik Avropa standartlarına uyğundur
Avropa İttifaqı ilə Avropa Şurasının birgə layihəsi olan “Azərbaycanda vətəndaş cəmiyyəti dialoqu” layihəsi çərçivəsində Avropa Şurasının beynəlxalq QHT Konfransının QHT qanunvericiliyi üzrə ekspertlər şurası ilə birgə hesabat hazırlanıb.
"Fransanın yeni prezidenti siyasətini Azərbaycana uyğun qurmalıdır"
Fransada prezident seçkilərinin nəticələrinə görə Emmanuel Makron və Mari Le Pen irəlidədirlər. Seçki öncəsi namizədlər erməni kartından geniş istifadə edirdilər. Mayın 23-də növbəti prezidentin adı məlum olacaq. Ancaq onun kim olmasından asılı olmayaraq, o, Azərbaycan faktorunu nəzərə almağa, ölkəmizlə yaxşı münasibətlər qurmağa məcbur olacaq.
Bu gün AŞ PA-nın yaz sessiyası başlayır
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işinə başlayır.“Olaylar” xəbər verir ki, iclasın gündəliyinə Şimali Qafqaz, gəlirlərin artması, bərabərsizliklər və qaçqın qadınların gender əsaslı zorakılıqdan müdafiəsi, insan hüquqlarının vəziyyətinə dair müzakirələr daxildir.














