Siyasət

Raqif Abbasov: “Ermənistanın ideologiyası faşist düşüncələrinə əsaslanır” 

25 Aprel 2017 13:59

“Azərbaycanın tarixi torpaqları üzərində qurulan Ermənistanın ideologiyası faşist düşüncələrinə əsaslanır. Onların qondarma erməni soyqırımı uydurmaları da dünyanı aldadan yalan ideoloji düşüncədir. Ermənilər bu düşüncədən geri çəkilmək fikrində deyillər. Çünki onlar bu yalanlardan əl çəksələr, Ermənistanın ideoloji aparatı tam iflasa uğrayacaq”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Ermənilər ordudakı mövqelərini itirdilər ANALİTİKA

25 Aprel 2017 13:57

İşğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın “millət-ordu” konsepsiyası ətrafında yeni siyasi dividend qazanmaq cəhdləri ona baha başa oturmaqdadır. Belə ki, artıq bir neçə gündür ki, erməni mətbuatı sözügedən konsepsiya ətrafında politoloq və proqnozçu rəylərinə istinad edərək Sarkisyanın ideyasını sərt şəkildə tənqid edir, bunu yaxın gələcəkdə ölkənin itirilməsi qədər təhlükəli olduğunu yazırlar. Ümumiyyətlə, bütövlükdə götürdüyümüz zaman fakt budur ki, Serj Sarkisyan “millət-ordu” konsepsiyası vasitəsilə 2018-ci il üçün hazırlıq prosesinə başlayırsa, sadə ictimaiyyət, o cümlədən hadisələrə doğru və həqiqət tərəfindən qiymət verməyi bacaran erməni politoloqları həmin vasitəni suverenliyin itirilməsinə tərəf atılan addım kimi qiymətləndirirlər. Və əgər nəzərə alsaq ki, Ermənistan ordusunun ipi məhz Sarkisyanın əlindədir, bu zaman belə qənaətə gəlmək olar ki, xalqdan dəstək almayan Sarkisyan ordu ilə birlikdə bütün mövqelərini itirmək üzrədir.

Politoloq: “Ermənistan qeyri-adekvat bəyanatlarla danışıqları pozur”

25 Aprel 2017 13:46

“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü mütəmadi keçirilir”. Bunu  politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, nazirlərin mayda gözlənilən görüşü də müntəzəm keçirilən görüşlərdən biridir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial məsələlər üzrə ortaq məxrəcə gəlmək çətin məsələdir. Ermənistan tərəfi son aylar ərzində qeyri-adekvat bəyanatları ilə danışıqlar prosesini pozur.

Sevinc Fətəliyeva: "Münaqişələr uşaqlar üçün qorxulu yuxuya çevirilib"

25 Aprel 2017 13:44

“Son vaxta qədər "müharibə"sözü millətindən və dinindən asılı olmayaraq dünyada hər kəsi qorxudan və dəhşətə gətirən söz idi. Təəssüf ki, bu söz artıq tez-tez işlənən kəlmələrdən birinə çevirilib. Tədricən biz dözümsüzlük, qəddarlıq, düşmənçilik və nifrət kimi anlayışlara alışmışıq". Bunu  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva AŞPA-nın yaz sessiyasında aparılan sərbəst müzakirələrdə çıxış edərkən deyib.

İcraçı direktor: "ÜAK Rusiya Ali Məhkəməsinin müsbət qərarına ümid edir"

25 Aprel 2017 13:26

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi haqqında şikayəti ilə bağlı Rusiya Ali Məhkəməsinin hökmü mayın 15-də veriləcək. Bunu ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib. Onun sözlərinə görə, Konqres tərəfindən məhkəməyə təqdim edilən sənədlər hazırda nəzərdən keçirilir:

Mariya Zaxarova: “Qəlbimiz erməni xalqı ilə birlikdədir"

25 Aprel 2017 13:14

“Bizim qəlbimiz erməni xalqı ilə birlikdədir”. bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb.

Azərbaycan XİN "İndependent" vasitəsi ilə cavab verdi

25 Aprel 2017 12:54

"İndependent" qəzetində 20 aprel tarixində dərc edilmiş "Dağlıq Qarabağ respublikasında futbol və ümid - unudulmuş region FİFA-nın sanksiyalarına qarşı" adlı məqaləyə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin cavab məqaləsi çap edilib.

İki gün sonra Qarabağ üçün nələr olacaq? - Diplomatik mənbə “RUS PLANI”NI AÇDI

25 Aprel 2017 12:24

Aprelin 27-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüş Dağlıq Qarabağ münaqişəsində dalana dirənmiş danışıqların yenidən başlaması istiqamətində mühüm addım ola bilər.

Atəşkəsi pozan erməni əsgər öldürülüb

25 Aprel 2017 12:18

Dağlıq Qarabağda erməni əsgər öldürülüb.  Aprelin 24-də saat 17.50 radələrində atəşkəs rejimini pozan 1997-ci il təvəllüdlü Harek Arutunyan Azərbaycan Ordusunun cavab atəşi ilə məhv edilib. 

Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın təqdim etdiyi yeni sənədlərin öyrənilməsi üçün məhkəmədən vaxt istəyib

25 Aprel 2017 12:11

Bu gün Rusiya Federasiyası Ali Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası üzrə məhkəmə iclası keçirilib.

Atəşkəs rejimi 115 dəfə pozulub

25 Aprel 2017 11:54

"OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə gör, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.

Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahların nümayişi keçirilib

25 Aprel 2017 11:33

Mayın 1-dən 5-dək keçiriləcək Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərində istifadə olunacaq silahların, hərbi və xüsusi texnika nümunələrinin sərgisi keçirilib.