Siyasət

Deputat: AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir

26 Aprel 2017 15:21

Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və demokratik dəyərlərə tamamilə ziddir.

Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşüb

26 Aprel 2017 14:55

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Kopenhagendə yerləşən Beynəlxalq Katibliyində olub, baş katib Roberto Montella və daimi heyətlə görüşüb.

Baş Qərargah rəisi Xorvatiyaya gedib

26 Aprel 2017 14:38

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Xorvatiyaya səfərə gedib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər Xorvatiya Respublikasının müvafiq qurumunun dəvəti ilə baş tutub. Baş qərargah rəsinin səfəri aprelin 26-dan 28-dək davam edəcək.

Deputat: "AŞPA-nın qərarı Türkiyəyə qarşı kampaniyanın növbəti mərhələsidir"

26 Aprel 2017 14:34

AŞPA-nın Türkiyə ilə bağlı qərarı bu ölkəyə qarşı aparılan kampaniyanın növbəti mərhələsidir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildrib ki, 1963-cü ildən Türkiyənin müraciətinə baxmayaraq, ölkə Avropa Birliyinə qəbul edilmir: "Türkiyənin PKK terror təşkilatına qarşı mübarizəsini Avropa dəstəkləmir. Ötən il Almaniya parlamenti uydurma "erməni soyqırım"ını tanıyaraq, Türkiyəyə qarşı böyük bir haqsızlıq etdi. Bir müddət əvvəl türkiyəli nazirlərin Avropaya buraxılmaması, dünən isə AŞPA-nın Türkiyəni post-monitorinq mərhələsindən yenidən monitorinq mərhələsinə qaytarması isə Avropa Şurasının özünün öz nizamnaməsini ciddi surətdə pozması deməkdir".

AŞPA-nın ədalətsizdir və qərəzli qərarı nəyə xidmət edir?

26 Aprel 2017 14:28

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını verib və bu qərar istər qardaş ölkədə, istərsə də Azərbaycanda ədalətsizdir və qərəzli olaraq qiymətləndirilib. Belə ki, keçirdiyi müxtəlif adda tədbirlərində insan haqlarının və demokratik dəyərlərin müdafiəsi kontekstindən çıxış edən AŞPA-nın antisemitizm və ksenofobiyaya qarşı siyasət yürütməsi məhz bu qərardan sonra böyük şübhə altına düşür.

“Qəti hökm verməzdən öncə bir də düşünək”

26 Aprel 2017 14:22

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyində olan “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı məruzə ətrafında müzakirələrə 78 deputatın yazılması ona olan marağı əks etdirib. Müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə Türkiyə və Azərbaycanın tarixi bağlılıqlarından, həmin ölkədə baş verən bütün proseslərə Azərbaycanda həmişə ən müxtəlif səviyyələrdə ciddi diqqət göstərilməsindən bəhs edərək deyib: “Türkiyə Respublikasının qurucusu, onu müasir Avropa ölkəsinə, demokratik bir dövlətə çevirmiş Mustafa Kamal Paşanın məşhur sözləri var: “Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir”. 

Ermənistan beynəlxalq öhdəliklərinə etinasız yanaşır

26 Aprel 2017 14:21

Müntəzəm olaraq keçirilən bu və ya digər beynəlxalq tədbirlərdə, konfrans və toplantılarda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri öz çıxışları, ortaya qoyduqları faktlarla erməni yalanlarını ifşa edir, onların böhtan, qərəz dolu fəaliyyətlərini əngəlləməyə nail olurlar. Bu günlərdə anoloji hadisə Cenevrədə təkrar olunub.

Azərbaycan-Türkiyə hərbi ittifaqı güclənir

26 Aprel 2017 14:18

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlıq əlaqələri hərbi sahəyə də sirayət edir. Ümumiyyətlə, Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakıya hərbi sahədə dəstək verən ilk dövlətlərdən biri məhz qardaş Türkiyə olub. Məhz Türkiyənin dəstəyi sayəsində Azəbaycan Ordusunda peşəkarlığın səviyyəsi artırılıb, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirilib. Mütəmadi olaraq keçirilən ikitərəfli hərbi təlimlər də hərbi sahədə əməkdaşlıığın inkişaf etdirilməsinə öz töhfəsini verir.

Onlar müəllim, biz tələbə deyilik - YETƏR ARTIQ

26 Aprel 2017 13:59

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyində olan "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı məruzə ətrafında müzakirələrə 78 deputatın yazılması ona olan marağı göstərdi.

Üç nazir Moskvada Qarabağdan danışacaqlar

26 Aprel 2017 13:57

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov arasında keçiriləcək görüşün vaxtı müəyyənləşib. “Olaylar” Rusiya mətbuatına istinadən xəbər verir ki, hər üç ölkənin XİN rəhbərləri aprelin 28-də Moskvada görüşəcək.Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında məsələlər müzakirə ediləcək.

"Trampla problemləri olan Skott Dvorkin başqaları haqqında yalan danışmaqla təsəlli tapır"

26 Aprel 2017 13:54

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov onun haqqında yalan məlumatlar yayan ABŞ-lı siyasətçiyə yenidən müraciət edib.

Ekspert: "AŞPA-nın qərarı nə Aİ-yə, nə də Türkiyəyə xeyir gətirməyəcək"

26 Aprel 2017 13:52

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tərəflərin heç birinə xeyir gətirməyəcək. Bunu Türkiyənin "Strategic Outlook" analitika mərkəzinin sədr müaviniMehmet Fatih Öztarsu deyib.

AŞPA-nın komitə sədri: “Belə qərarla Türkiyəni siyasətindən çəkindirmək mümkün deyil” 

26 Aprel 2017 13:50

“Avropa Şurasi Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətli deyil və konkret siyasi məqsədlərə xidmət edir. Türkiyə hökumətinin Qərbin təşkilat və institutları ilə dialoq və əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi iradə ortaya qoyduğu zamanda AŞPA-nın belə haqsız qərar qəbul etməsi böyük problemlərə gətirib çıxara bilər”. Bunu Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, sözügedən təşkilatın komitə sədri Sahibə Qafarova deyib.

Politoloq: "Türkiyənin güclənməsi Avropanı qıcıqlandırır"

26 Aprel 2017 13:48

“Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı qeyri-obyektiv, ədalətsizdir və qərəzlidir”. Bunu politoloq Fikrət Sadıqov deyib.