Tehran seçkidən sonra Bakıya istiqamətlənir
Ötən həftə cənub qonşumuz da özünün növbəti müddətə prezidentini seçdi. İlkin mərhələdə minlərlə şəxs prezidentlik uğrunda mübarizə aparmaq istəyini ortaya qoysa da, lakin İran Seçki Qurumu çoxsaylı namizədlər arasından yalnız 6 nəfərin qeydiyyata alınmasına yaşıl işıq yandırdı. Onlardan isə yalnız 4 namizədin adı seçki bülletenlərinə daxil edildi. Bunlar İbrahim Rəisi, Həsən Ruhan, Mustafa Haşemi Taba, və Mustafa Mirsəlim idi. Mustafa Haşemi də adı seçki bülleteninə daxil olduqdan sonra seçimini edərək Həsən Ruhaniyə səs verəcəyini bəyanladı. Beləliklə, seçkilərdə Həsən Ruhaninin qələbə qazanacağı kəsinləşdi və gözlənildiyi kimi o növbəti 4 il müddətinə İranın prezidenti seçildi.
23 May 2017 14:36 SiyasətÖtən həftə cənub qonşumuz da özünün növbəti müddətə prezidentini seçdi. İlkin mərhələdə minlərlə şəxs prezidentlik uğrunda mübarizə aparmaq istəyini ortaya qoysa da, lakin İran Seçki Qurumu çoxsaylı namizədlər arasından yalnız 6 nəfərin qeydiyyata alınmasına yaşıl işıq yandırdı. Onlardan isə yalnız 4 namizədin adı seçki bülletenlərinə daxil edildi. Bunlar İbrahim Rəisi, Həsən Ruhan, Mustafa Haşemi Taba, və Mustafa Mirsəlim idi. Mustafa Haşemi də adı seçki bülleteninə daxil olduqdan sonra seçimini edərək Həsən Ruhaniyə səs verəcəyini bəyanladı. Beləliklə, seçkilərdə Həsən Ruhaninin qələbə qazanacağı kəsinləşdi və gözlənildiyi kimi o növbəti 4 il müddətinə İranın prezidenti seçildi.
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Iranda prezident seçkisində hazırki dövlət başçısı Həsən Ruhaninin qələbəsi gözlənilən idi: " Doğrudur, son günlər mühafizəkarların əsas namizədi İbrahim Rəisiyə dəstək verənlərin sayı artmışdı. Hətta namizədlərdən biri - Tehranın meri Məhəmməd Qalibafın Rəisinin xeyrinə hamizədliyini geri götürməsi Rəisin potensial seçicilərinin sayını artırdı. Buna baxmayaraq, İran əhalisinin əksər hissəsin Həsən Ruhaniyə səs verdi". Politoloq hesab edir ki, seçicilərin Həsən Ruhaniyə səs verməsinin bir neçə səbəbi var: "Birincisi, İranda İslam İnqilabından bu yana prezidentlər ikinci müddətə də dövlət başçısı seçiliblər, istisna yoxdur. İkincisi, İranın ali dini lideri Seyid Əli Xaməneyinin Həsən Ruhani ilə münaqişəsi yoxdur, bu isə prezident seçilmək üçün başlıca amildir. Digər tərəfdən mühafizəkar dairələr liberal sayılan hazırki dövlət başçısının Qərblə yaxınlaşma və beləcə sanksiyalardan qurtulma siyasətinə gizli dəstək verirlər. Üçüncüsü, İranda iqtisadiyyat və sosial durum ağır vəziyyətdə olsa, işsizlərin sayı artsa da, İran gəncliyi dünyaya açılmaq istəyir. İranda isə əhalinin üçdə bir hissəsi gənclərdir və onların əksəriyyəti indiki siyasətin davam etdirilməsini istəyirlər". Politoloqun sözlərinə görə, ancaq Həsən Ruhani ikinci prezidentlik müddətində iqtisadiyyatda və sosial həyatda dəyişikliklər etməyə resursları çatmasa, Qərbin investisiyalarını ölkəyə cəlb edə bilməsə, sonrakı mərhələdə mühafizəkarlar yenə də hakimiyyətə gələcək: "Bu isə yenidən Qərblə qarşıdurmaya gətirib çıxaracaq. Onsuz da indinin özündə Birləşmiş Ştatlar prezidenti Donald Tramp İranı təcrid etmək yolları haqqında düşünür, elə Səudiyyə Ərəbistanına baş tutan səfərdə əsas müzakirə predmetləridən biri İranın təcrid edilməsi olub. Ağ Evin sanksiya qorxusundan Amerikanın və Avropanın iri şirkətləri İrana investisiya yatırmır. Qərbin investisiyalarını və yeni texnologiyalarını əldə etmədən isə Ruhani iqtisadiyyatda dönüş yarada bilməyəcək"
Həsən Ruhaninin seçkilərdən sonra keçirdiyi mətbuat konfransına toxunan politoloqun sözlərinə görə, Həsən Ruhani mətbuat konfransında Azərbaycanla bağlı da maraqlı açıqlama ilə çıxış edib: "İran prezidentinin sözlərinə görə, Azərbaycan Respublikası o ölkələrdəndir ki, bizim həmin ölkə ilə əlaqələrimiz yaxşı qurulub və gələcəkdə bu əlaqələr strateji formatda hökmən davam etdiriləcək. Qeyd edim ki, Ruhaninin nəzərdə tutduğu strateji format siyasi deyil, iqtisadi sahəni nəzərdə tutur. Azərbaycanla İran arasında iqtisadi əlaqələr normal bir çərçivədə davam edir. "Şimal-Cənub Nəqliyyat" dəhlizinin istifadəyə veriləndən sonra, iqtisadi əlaqələrdə inkişaf gözlənilir. İran ölkəmizdə bir neçə zavodun birgə tikintisinidə həyata keçirəcək. Buna baxmayaraq, İran Azərbaycanla siyasi əlaqələrin yüksək səviyyədə təşkil olunmasında həvəsli deyil. İran Azərbaycanla iqtisadi sahədə, Ermənistanla isə siyasi əlaqələrdə daha da maraqlıdır. İran üçün Ermənistanın iqtisadi potensialı olmadığı üçün bu ölkə ilə iqtisadi əməkdaşlıq səmərə vermir. Azərbaycan İranla siyasi strateji tərəfdaşlıqda maraqlıdır. Amma, bir şərtlə ki, İran işğalçı Ermənistana verdiyi siyasi dəstəyi azaltmalı, Yerevanın işğalçı siyasətinə qarşı sərt mövqe ortaya qoymalıdır. Təbii ki, İran Rusiyanın satalleti olan Ermənistana dəstəyi əsirgəməyəcək. Məqsəd isə, Azərbaycanın regionda güclənməsinin qarşısını almaqdır. İran daima öz sərhəd və yaxın qonşularının zəifləyib, ondan asılı olması üçün müxtəlif siyasi-hərbi vasitələrdən istifadə edir. İranın dəstək verdiyi "Hizbullah", "Husi" və "Haşdi Şabi" hərbi təşkilatları fəaliyyət göstərdiyi ölkələrdə bir növ mərkəzi hakimiyyətlərə təzyiq edir, İranın maraqlarını qoruyur, həmçinin İranın regional maraqları üçün digər dövlətlərlə hərbi qarşıdurmaya səfərbər olunur. İran Cənubi Qafqazda Azərbaycana təzyiq etmək üçün Ermənistanın işğalçı siyasətindən Azərbaycana təzyiq edir. Buna görə də İranın Ermənistanı qoyub, Azərbaycanla sıx siyasi əlaqələri strateji səviyyədə inkişaf etdirməyəcək. Zamanla İranla yaşadığımız və bundan sonrada ola biləcək siyasi soyuq münasibətlər, rəsmi Tehrandan idarə olunur".
S.İsmayılbəyli