Siyasət
Bakıya yeni prokuror təyin edildi
Bakı şəhərinə yeni prokuror təyin edilib. Bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini İlqar Abbasov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokuroru təyin edilib. İ.Abbasov bu gün Bakı Şəhər Prokurorluğunun kollektivinə təqdim olunacaq.
Elçin Əhmədov: "AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz qərarı..."
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı subyektivdir, qərəzli xarakter daşıyır. Ümumiyyətlə, son vaxtlar bəzi dairələrin, xüsusilə Avropa təsisatlarının sifariş xarakterli sənədlər qəbul etməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında ikili standartların və islamofob əhvali-ruhiyyənin hökm sürdüyünü göstərir. Təcrübə göstərir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi daşıyır".
Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər
Ermənistanın Qida Təhlükəsizliyi Dövlət Xidməti 23 apreldən üç gün ərzində ölkədə Azərbaycanda istehsal olunan almaların satılması ilə bağlı KİV-də yayılmış məlumatın yoxlanması üçün bazarda genişmiqyaslı yoxlamalar keçirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin"
Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin. Türkiyə beynəlxalq təşkilatlarla və digər dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıdır. Lakin bu gün hadisələr başqa məcrada cərəyan edir. AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz və qərəzli qərarı Azərbaycanda da haqlı narazılıq doğurub.
İrəvan Bakının anons etdiyi üçtərəfli görüşdən imtina edir, Nalbəndyan getmir
Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada sabah aprelin 27-də gözlənilən və Bakıdan anons edilən görüşü baş tutmayacaq. Ermənistan tərəfi belə görüş üçün rəsmi razılıq olmadığını bildirib. "Qraparak" qəzetnin yazdığına görə xarici işlər naziri Edvard Nalbəndyan Moskvaya getmək niyyətində deyil.
Üzeyir Cəfərov: “Türk dünyasına bir qısqanclıq var”
“Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarı əslində gözlənilən bir addım idi şəxsən mənim üçün. Çünki, son vaxtlar Türkiyənin daxilində baş verən bir sıra ciddi proseslər, həmçinin onun bəzi dövlətlər ilə bir qədər isti münasibətləri həm qərbdə, həm də Avropada qıcıq yaradırdı və bu addım da hardasa proqnozlaşdırlan addımlardan biri idi. Bu da baş verdi. Aydındır ki, qərar siyasi məna, məqsəd daşıyır və Türkiyəyə qarşı atılan qərəzli addımdır”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Mübariz Əhmədoğlu: “Qərb başını itirib”
“Hazırda dünyanın beyin mərkəzi xarab olub. Qərb başını itirib. Avropa düzgün qərarlar qəbul etmir, yalnız öz mənafeyini düşünür. SSSR dağılandan sonra Qərb İslam dünyasını əsas hədəf götürdü. Orada nə baş verirsə, onu neqativ ruhda qəbul edirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etməsi də xarab beyin mərkəzinin növbəti səhv qərarıdır”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq: “Türkiyə ilə bağlı ədalətsiz qərar AŞPA-nın tarixində üz qaraldıcı məqamdır”
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək haqda verdiyi qərar bütövlükdə bu təşkilatın prinsiplərinə və iş strukturuna tamamilə ziddir. Hər hansı məsələ AŞPA-da müzakirəyə çıxarılmamışdan öncə komitələrdə müzakirə olunmalı və gündəliyə salınması haqda öncədən orada təmsil olunan nümayəndə heyətlərinə məlumat verilməlidir. Ancaq bu prosedurun heç biri həyata keçirilməyib”. Bunu politoloq Elçin Mirzəbəyli deyib.
İkili standartlar siyasəti AŞPA-nın siyasi brendinə çevrilib- ANALİTİKA
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını verib və bu qərar istər qardaş ölkədə, istərsə də Azərbaycanda ədalətsizdir və qərəzli olaraq qiymətləndirilib. Belə ki, keçirdiyi müxtəlif adda tədbirlərində insan haqlarının və demokratik dəyərlərin müdafiəsi kontekstindən çıxış edən AŞPA-nın antisemitizm və ksenofobiyaya qarşı siyasət yürütməsi məhz bu qərardan sonra böyük şübhə altına düşür. Çünki ortada olan mövcud fakt da bu amili təsdiq edir. Ümumiyyətlə, AŞPA-nın sözügedən qərarı təşkilatda aşkar şəkildə islamofob meyllərin qalib gəldiyini, xüsusilə müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Hətta belə demək mümkündür ki, ikili standartlar siyasəti AŞPA-nın siyasi brendinə çevrilib.
Ekspert: “İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi dünyaya mesajdır”
“Son 10 ildə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə onlarla beynəlxalq tədbir keçirilib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu tədbirlər bir istiqamətdə deyil, bir neçə istiqamətdə reallaşıb. Siyasi, iqtisadi, mədəni beynəlxalq forumların sırasına həm də idman sahəsi də əlavə edildi”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
AXCP üzvü: “Müsavat ölkənin ən zəif və intriqa mərkəzli bir partiya funksiyasını həyata keçirməkdədir”
“Azərbaycanda siyasi partiyalar arasında müəyyən siyasi çəkiyə malik olan Müsavat partiyası hazırda özünün durğunluq dövrünü yaşayır”. “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məhəmməd Əsədullazadə səsləndirib.
Səməd Seyidovun AŞPA-dan tələbi: ”Davranış kodeksini dəyişin”
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyası çərçivəsində Büronun və Daimi Komitənin fəaliyyət hesabatlarının təqdimatından sonra keçirilən debatlarda çıxış edib.
Ermənilər 128 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.
Cəbhə xəttində növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində, qoşunların qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Səfir: "Türkiyəli iş adamlarının Azərbaycana investisiyaları 9 mlrd. dolları ötüb"
"Türkiyəli iş adamlarının Azərbaycandakı investisiyaları ümumilikdə 9 mlrd. dolları ötüb". Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Sahibkarlar Günü" ilə əlaqədar sahibkarlara ünvanladığı təbrikdə deyib.














