Siyasət

Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq

26 Aprel 2017 18:53

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

İlham Əliyev Niderland Kralını və CAR Prezidentini təbrik etdi

26 Aprel 2017 18:15

"Əlahəzrət, Niderland Krallığının milli bayramı - Kral Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qərb siyasəti: liberalizmlə populizm arasında

26 Aprel 2017 18:13

Dünyanın müxtəlif regionlarında geosiyasi qarşıdurmalar daha kəskin səviyyəyə yüksəlir. Dinc insanların həlak olması halları sürətlə artır. Böyük dövlətlər sanki növbə ilə bir-birini ittiham edərək, günahsız insanların başına bombalar yağdırırlar. Sanki insanlığı məhv etmək uğrunda yarış başlayıb. Bir sıra analitik və ekspertlər bu kimi proseslərin arxasında hansı geosiyasi məqamların dayandığı üzərində baş sındırırlar.

"AŞ PA-nın qərarında əsas məqsəd Türkiyəyə təzyiq göstərməkdir"

26 Aprel 2017 17:24

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarında əsas məqsəd rəsmi Ankaraya təzyiq göstərməkdir". Bunu Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı, politoloq Toğrul İsmayıl deyib.

"Qərarı qəbul edənlər lazımi cavablarını alacaqlar"

26 Aprel 2017 17:12

"AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək barədə qərarı təməlləri, əsası olmayan, Türkiyə gerçəkliklərini əks etdirməyən, ədalətsiz və qərəzli bir qərardır və Türkiyə dövləti və milləti üçün yox hökmündədir". 

Ankara AŞ PA-nın qərarını qətiyyətlə pisləyib

26 Aprel 2017 16:40

Rəsmi Ankara Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını qətiyyətlə pisləyib. Ankara bu ədalətsiz qərarı siyasiləşdirilmiş adlandırıb. Türkiyə XİN həmçinin bu qərarı yanlış olduğunu qeyd edib.

Prezident İlham Əliyev: 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır

26 Aprel 2017 16:38

25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır. Bunu Azərbaycan Prezident İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olarkən neftçilərlər söhbətində deyib.

"Bu, çox aşağılayıcı bir hərəkətdir"

26 Aprel 2017 16:29

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AŞPA-nın Türkiyə barəsində çıxardığı monitorinqlə bağlı qərara münasibət bildirib. 

"AŞ PA-nın qərarı Türkiyənin daha sərt cavab verməsinə səbəb ola bilər"

26 Aprel 2017 16:22

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı rəsmi Ankaraya siyasi baxımdan nəzarət etmək cəhdi olaraq sərt və Avropa Şurasının üzv ölkəsinə qarşı qəbuledilməz bir qərardır".

Türkiyəli deputatlar AŞ PA-nın sessiyasında iştirak etməyəcəklər

26 Aprel 2017 16:20

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına etiraz əlaməti olaraq Türkiyə nümayəndə heyətinin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Milliyyətçi Hərəkət Partiyasından (MHP) olan üzvləri qurumun plenar sessiyasının işində iştirak etməyəcəklər.

Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında

26 Aprel 2017 16:08

Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 aprel tarixlərində Moskva şəhərində keçirilən VI Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir.

Elman Nəsirov: "Görün nə qədər gülüncdür ki, Türkiyəyə demokratiya dərsi vermək istəyirlər…"

26 Aprel 2017 15:44

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı son qərarı, bu ölkənin yenindən monitorinq altına alınması Türkiyə cəmiyyətində olduğu kimi, Azərbaycan cəmiyyətində də haqlıvə kəskin etiraz doğurmamaqdadır. Əksəriyyət bunun AŞPA daxil olmaqla, əksər beynalxq qurumların və onların arxasında dayanan böyük güclərinin antitürk, antiTürkiyə kampaniyasının tərkib hissəsi olduğunu vurğulamaqdadır. 

Avropanın Türkiyə qərəzi: Ankara AŞPA-dan çıxacaq? – Şərh

26 Aprel 2017 15:35

Avropa Şurası Parlament Assambleyasının Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərarı AŞPA-nın işinə ciddi xələl gətirəcək. Bu sözləri Axar.az-a Avropa Şurası Parlament Assambleyasının Türkiyədə monitorinqi bərpa etmək qərarını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq AŞPA-nın Türkiyəyə qarşı yenidən qərəzli siyasət həyata keçirməyə başladığını deyib:

Tarixçi: Avropa islamofobiyanın əsirinə çevrilir

26 Aprel 2017 15:31

Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı məni təəccübləndirmədi. Bu, gözlənilən idi. Çünki AŞPA uzun illərdir qardaş Türkiyəni “qaralayaraq”, onun Avropaya yolunu kəsməklə məşğuldur. Türkiyə 54 il əvvəl Avropa İttifaqına üzvlük üçün müraciət edib. Amma hələ də onu yaxına buraxmırlar. Halbuki Avropa İttifaqında elə dövlətlər var ki, həm inkişaf səviyyəsinə, həm də insan haqları və başqa demokratik amillərə görə, Türkiyədən çox-çox geridədir. Fikrimcə, Türkiyəyə qarşı ayrı-seçkiliyin əsas səbəbi son illər Avropada baş qaldıran islamofobiyadır. AŞPA-nın bu ədalətsiz qərarı təşkilatda islamofob meyillərin hakim mövqeyə çıxdığını bir daha göstərir.