Siyasət
Merkeldən Türkiyə bəyanatı - TARİX AÇIQLANDI
“Avropa İttifaqı-Türkiyə əlaqələri Ankarada baş verən proseslərlə əlaqədar zərbə aldı”. Bunu ölkə parlamentində (buntestaq) çıxışında Almaniya kansleri Angela Merkel deyib. "Son həftələrdə baş verən proseslər Almaniya və Avropa İttifaqının Türkiyə ilə əlaqələrinə mənfi təsir göstərdi. Avropa İttifaqı Türkiyənin ATƏT-in hesabatına hansı reaksiya verdiyini yaxından izləyəcək. Türkiyə bu hesabata və tənqidi müşahidələrə cavab verməlidir”, - alman hökumətinin başçısı bildirib.
Egemen Bağış: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı demokratiyaya xidmət etmir
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı Türkiyədə demokratiyanın xeyrinə qəbul olunmuş bir qərar deyil. Bunu müsahibəsində Türkiyənin keçmiş Aİ işləri üzrə naziri Egemen Bağış deyib.
İran və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağ haqda danışdılar
İranın müdafiə naziri Hüseyn Dehqan Moskvada ermənistanlı həmkarı Vigen Sarkisyanla görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.
Azərbaycanın və Rusiyanın hərbi mütəxəssisləri arasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə işçi görüşü keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rusiya Federasiyası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə mütəxəssislərin işçi görüşü keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, görüşdə hər iki dövlətin hərbi qurumlarının kimyəvi, bioloji və radioloji müdafiə sahəsində əldə etdikləri təcrübə müzakirə olunub, bu sahədə elmi mübadilənin aparılmasının vacibliyi vurğulanıb.
Hərbi mütəxəssislər arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilib
Azərbaycan Müdafiə Nazirliyi və Fransa Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilir.
Aprelin 28-dən sonra QARABAĞDA MÜHARİBƏ, 10 dəqiqə ƏRZİNDƏ...
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.
Politoloqdan AŞPA-nın qərarına etiraz
Avropa Şurası deyilən bir təşkilat Türkiyəni siyasi nəzarət altına almaq barədə qərar verib. Avstriya da ərazisində Türkiyə bayrağının sancilmasina icazə vermir. Yəqin 1453-cu il Konstantinopolun fəthi, 1526-cı il Mötac savaşı, 1529-cu il Sultan Suleyman Qanuni həzrətlərinin Vyananı mühasirəsi, Barbaros Hayreddin Paşanın Preveze dəniz savaşında Xaclılarin birləşmiş donanmasını məğlub etməsi bunların təzədən yadlarına düşüb”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri beynəlxalq məsələlər üzrə ekspert, politoloq Nəzakət Məmmədova səsləndirib.
İtaliya səfiri: "Dağlıq Qarabağ münaqişəsi bölgənin ən böyük problemidir"
Dağlıq Qarabağ münaqişəsi bölgənin ən böyük problemi və təhdididr. Bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutilodeyib. "İtaliya və Avropa İttifaqı hesab edir ki, münaqişəyə dair danışıqların aparılmasına daha çox səylər göstərilməlidir. Bu məsələnin həlli, əlbəttə, regonun inkişafına imkan yaradacaq. Bütün maraqlı tərəflər bundan fayda əldə edəcək", - deyə səfir söyləyib.
Millət vəkili: “AŞPA-da Azərbaycan və Türkiyəyə qarşı qüvvələr fəaliyyət göstərir"
“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan və Türkiyəyə qarşı qüvvələr fəaliyyət göstərir. AŞPA-nın ədalətsiz olaraq Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı da bundan irəli gəlir”. Bunu millət vəkili Rövşən Rzayev deyib.
Hacıbala Abutalıbovun və oliqarxların gül kimi biznesi batdı - dövlət qazandı
Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib
Aprelin 24-də Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib. Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, sənəddə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin XX əsrin tarixində baş vermiş ən faciəli münaqişələrdən biridir. Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının öz doğma yurdundan didərgin salındığı bildirilir və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilməsinə basmayaraq, qətnamələrin hələ də həyata keçirilmədiyi vurğulanır.
Əli Əhmədov: Azərbaycanda tikinti sektoru investisiya yatırımı baxımından ikinci yeri turur
Azərbaycanda tikinti sektoru neft sektorundan sonra ikinci sahədir ki, bura daha çöx investisiya qoyulub. Bunu bu gün tikinti sektoru nümayəndələri ilə görüşdə Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.
Fuad Ələsgərov: Azərbaycanda korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə var
Bu gün Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkandır.





.jpg)








