Siyasət

Səfir: Azərbaycanla Aİ arasında danışıqların nəticələrini gözləmək hələ tezdir

27 Aprel 2017 18:22

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlar bu həftə başlayıb və hər hansısa nəticələri gözləmək hələ tezdir. Bunu Niderlandın Azərbaycandakı səfiri Onno Kerversin bildirib. Diplomat qeyd edib ki, Niderland bu danışıqlara müsbət yanaşır: "Azərbaycan Aİ ilə strateji tərəfdaşlıqda iradəlidir. Hesab edirik ki, Azərbaycan Aİ-nin vacib tərəfdaşı olduğu kimi, Aİ də Azərbaycan üçün mühüm tərəfdaşdır".

"Avropa ölkələrində Türkiyəyə qarşı xoşagəlməz bir sindrom əmələ gəlib"

27 Aprel 2017 18:12

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəyə qarşı monitorinqi bərpa etmək barədəki qərarından Avropa heç nə qazanmayacaq, onun bu qərardan itirəcəkləri daha çox olacaq".

"Nezavisimaya qazeta": Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

27 Aprel 2017 18:07

Rusiyada çıxan nüfuzlu "Nezavisimaya qazeta"nın 25 aprel tarixli nömrəsində Plexanov adına İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, siyasi elmlər namizədi Aleksandr Perenciyevin Dağlıq Qarabağ probleminin yaranması səbəbləri, bu münaqişənin alovlanmasının baiskarları barədə məqaləsi dərc edilib.

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları qapalı olacaq

27 Aprel 2017 18:03

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları ənənəvi olaraq qapalı keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

XİN: Ermənistanın Dağlıq Qarabağda beynəlxalq konfrans keçirmək planı təxribatdır

27 Aprel 2017 17:20

“Əldə etdiyimiz məlumata əsasən, 13-15 sentyabr 2017-ci il tarixində Ermənistan tərəfindən İrəvanda və Azərbaycanın işğal edilmiş ərazilərində “Tibbdə reabilitasiyanın müasir aspektləri” mövzusunda VIII beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib

27 Aprel 2017 17:19

Fransada və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri aprelin 27-də Strasburq şəhərində, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qarşısında etiraz aksiyası keçiriblər.

"Türkiyə ilə birgə təlimlər düşmənləri təşvişə salır"

27 Aprel 2017 16:49

“Türkiyə dünyada Azərbaycanın ən yaxın dostu və qardaşıdır. Ulu Öndərin də dediyi kimi, biz "bir millət iki dövlətik". Bu baxımdan Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq var və bu inkişaf edən xətt üzrə davam edir”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Dövlət Komissiyası: Son illər 179 naməlum şəhid məzarı müəyyən edilib

27 Aprel 2017 16:36

“Son günlərdə kütləvi informasiya vasitələrində naməlum məzar yerləri ilə bağlı yayılmış müxtəlif məlumatlarla bağlı bildiririk ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri məsələsi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyət sahəsinin tərkib hissəsidir”.

Siyavuş Novruzov: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərəzdir

27 Aprel 2017 16:05

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı faktlara əsaslanmır, bu qərar ancaq siyasi qərəzdir. Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat: "İstərdik ki, İtaliya Xocalı soyqırımı məsələsində mövqeyini bildirsin"

27 Aprel 2017 15:34

İtaliya Azərbaycanın ərazi bütövlüyünə daima dəstək göstərdiyinə görə, biz bu ölkəyə hər zaman minnətdarıq, ancaq istərdik ki, İtaliya Xocalı soyqırımı məsələsində öz mövqeyini bildirsin.

Azərbaycan və Türkiyə əməkdaşlığı genişləndirəcək

27 Aprel 2017 15:12

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu gün DSX Aparatında Türkiyəbub Jandarma Baş Komandanı, ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. DSX-nin Mətbuat Mərkəzindən “Olaylar”a  verilən məlumata görə, görüşdə ölkələr arasında bütün sahələr üzrə əlaqələrin inkişafı xüsusilə vurğulanıb.

AŞPA Türkiyə kimi böyük dövləti itirmək təhlükəsindədir AKTUAL+ANALİZ

27 Aprel 2017 14:34

Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) 2004-cü ildən bu yana ilk dəfə Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərarı əlbəttə ki, bu qurumun səmimiliyinə inamsızlığı daha da artırmış oldu. Xüsusilə, dünyada qlobal siyasi böhranlar baş verərkən, eləcə də geosiyasi xəritədə Türkiyə kimi önəm daşıyan bir dövlətə qarşı “səlib yürüşünə” start verilməsi ümumiyyətlə, Avropa məkanına yaxşı heç nə vəd verə bilməz.

İtaliyalı senator: Avropa Parlamentində Azərbaycanın nailiyyətlərinə göz yumurlar

27 Aprel 2017 14:19

"İstər Avropa Parlamentində, istər digər qurumlarda Azərbaycanın nailiyyətlərinə göz yumurlar, paxılıq edirlər. Onlar Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına daim maneçilik törədirlər.

Nə demokratiya, nə bəşəri dəyərlər bizə kənardan idxal edilməməlidir

27 Aprel 2017 14:08

Fransızlar Yelisey Sarayını növbəti müddətə etibar edə biləcək prezidenti müəyyənləşdirmək mərhələsindədirlər. Ötən həftə keçirilən prezident seçkilərinin birinci mərhələsində ölkənin bir nömrəli postuna iddialı olan namizədlərdən heç biri mütləq əksəriyyətinin səsini toplaya bilmədiyi üçün seçkilərin ikinci turunun keçirilməsi zərurəti meydana gəlib. Beləliklə, mayın 7-də fransız seçicilər seçki məntəqələrinə gedərək hazırkı prezident Fransua Ollandı əvəz edəcək şəxsi seçərək ona Yelisey Sarayını etibar edəcəklər. Prezident seçkilərinin ikinci turunda mübarizə aparacaq namizədlərdən biri radikal Milli Cəbhənin lideri Marine Le Pen, digəri isə özünü mərkəzçi sayan “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makrondur. İndi bütün diqqətlər mayın 7-də baş verəcək ikinci tur seçkilərə yönəlib desək yanılmarıq..