Siyasət

Vətəni pula satanlar

9 Avqust 2017 12:22

Özlərini müxtəlif adlar, cinsi və ya etnik azlıq, siyasi təqibə məruz qalan biriləri kimi qələmə verərək Avropaya üz tutan bəzi “həmvətənlərimiz”in sığınacaq tapdıqları ölkədə erməni lobbisinin maraqlarına zidmət edərək Azərbaycan, dövlət və dövlətçilik barədə mənfi rəy formalaşdırmağa, onu aşağılamağa çalışdıqlarına son vaxtlar daha tez-tez rast gəlirik. İndi Parisdən Hollandiyaya, Almaniyadan Belçika və İsceçə qədər əksər Avropa ölkələrində məskunlaşmış həmin “həmvətənlərimiz”i yalnız bir şey düşündürür. Azərbaycanı necə aşağılayıb onun barədə mənfi rəy, imic formalaşdırım ki, erməni lobbisinin təşəkkürünü və maddi dəstəyini alım.

Türkmənistan Prezidentinin Azərbaycan səfəri başa çatdı

9 Avqust 2017 12:03

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri avqustun 9-da başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Deputat: "Ermənistanın mülki əhalini atəşə tutması hərbi cinayətdir"

9 Avqust 2017 12:01

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərdən azərbaycanlıların yaşadığı kəndlərdə mülki əhalini atəşə tutması bir sıra məqsədlər güdür. Bunu Milli Məclisin deputatı Musa Qasımlı avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşli kənd sakini Ramil Yusibovun yaralanmasına münasibət bildirərəkən deyib.

13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının fəsadıdır

9 Avqust 2017 11:58

“13 yaşlı uşağın hədəfə alınması Ermənistanın beynəlxalq qurumlar tərəfindən cəzalandırılmamasının növbəti fəsadıdır”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə.

Ermənistan Türkmənistan prezidentinin Azərbaycana səfərindən narahatdır

9 Avqust 2017 11:56

“Türkmənistan prezidentinin Azərbaycana səfəri Ermənistanda da diqqətlə izlənilir. Məsələ burasındadır ki, işğalçılıq siyasəti ucbatından əli bütün iri regional layihələrdən üzülən İrəvan gözünü türkmən qazına dikib”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

İlham Əliyev "Sovetski"də yeni yolların açılışında iştirak edib YENİLƏNİB

9 Avqust 2017 11:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Bakının Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində yenidən qurulan "Statistika" dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.

Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb

8 Avqust 2017 18:51

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb. Komitədən verilən məlumata görə, bəyanatda bildirilir ki, 1994-cü ildən atəşkəs rejiminin elan olunmasına baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücum edib, qadınları, uşaqları amansızlıqla qətlə yetiriblər: "Ötən dövrdə 33 uşaq erməni terrorunun qurbanı oldu. Onlardan on dördü həlak olub, on doqquzu isə yaralanıb.

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

8 Avqust 2017 18:38

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur prezidenti Toni Tan Kenq Yamı təbrik edib.

Deputatların danışığına məhdudiyyət qoyuldu: prezident sərəncam imzaladı

8 Avqust 2017 18:02

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 766 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Azərbaycan baş nazirinin Türkmənistan prezidenti ilə görüşündə Xəzərin statusu məsələsi müzakirə olunub

8 Avqust 2017 17:59

Azərbaycan baş naziri Artur Rasi-zadə ölkəmizdə rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. A. Rasi-zadə Azərbaycanla Türkmənistanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən baş nazir ölkəmizin regionun tərəqqisindəki rolunu diqqətə çatdırıb. A. Rasi-zadə hər iki ölkənin geniş imkanlara malik olduğunu vurğulayıb.

Deputat: Ermənilərin 13 yaşlı uşağı yaralaması məqsədli törədilən təxribatdır

8 Avqust 2017 17:56

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı kənd sakini Ramin Yusifovun ağır qəlpə yaraları alması ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən təxribatdır. Bunu  Milli Məclisin deputatı Rövşən Rzayev deyib.