Siyasət

Fransalı senator: "Ermənistana sanksiyalar tətbiq etmək lazımdır"

8 Avqust 2017 17:05

Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləmək və bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək lazımdır.  Bunu fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Qule deyib. O qeyd edib ki, dinc sakinlər arasında ölüm halları bir çox münaqişələr zamanı hər gün qeydə alınır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də onlardan biridir.

Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib

8 Avqust 2017 17:02

Azərbaycanda rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib. O, H. Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Q. Berdiməhəmmədov Şəhidlər xiyabanını da ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Q. Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləria barədə məlumat verilib.

Berdiməhəmmədov: “Türkmənistanla Azərbaycan Xəzəryanı məkanın sabitlik mənbəyinə çevrilməsinin tərəfdarıdır”

8 Avqust 2017 17:01

“Bu gün Türkmənistan ilə Azərbaycan arasında ən yüksək səviyyədə danışıqlar aparıldı. Həmin görüşlər zamanı ikitərəfli münasibətlərin durumu və perspektivləri, regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu, gələcək qarşılıqlı fəaliyyətimizin konkret istiqamətləri təyin edildi. İki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd edirəm. Görüşlər zamanı bu gün bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsini yüksək dəyərləndirdik. Azərbaycan ilə əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir”.

Prezident İlham Əliyev: “Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir”

8 Avqust 2017 16:59

“Bu səfəriniz Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında çox böyük yer tutur. Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq ediblər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçib”.

Aureliya Qriqoriu: Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə bağlı Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir

8 Avqust 2017 15:36

Azərbaycanın dinc sakinlərinin atəşə tutulması ilə əlaqədar Ermənistan rəhbəriyi cinayət məsuliyyətinə cəlb edilməlidir. Bunu  Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriu deyib. O deyib: “Hesab edirəm ki, ilk növbədə ATƏT-in Minsk qrupu hadisəyə münasibət bildirməli və bu addımları pisləməlidir. Onlar atəşkəs rejimini pozan tərəfə xəbərdarlıq etməlidirlər. Dünya ictimaiyyəti bu hadisəni pisləməlidir.

XİN: Ermənistan öz çirkin əməllərindən nəticə çıxarmayaraq növbəti barbar əməl törədib

8 Avqust 2017 15:06

"Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür". “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib.

Berdiməhəmmədov: “Türkmənistanla Azərbaycan beynəlxalq və regional təhlükəsizliyin qorunmasının tərəfdarıdır”

8 Avqust 2017 14:54

“Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin”. Bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən görüşdə deyib.

Azərbaycan prezidenti: “İstəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun”

8 Avqust 2017 14:52

“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq”. Bunu Azərbaycan prezidenti İlham ƏliyevTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla geniş tərkibdə keçirilən görüşdə bəyan edib.

Ermənistan vandalizm aktını davam etdirir

8 Avqust 2017 14:45

Ermənistan terrorçuluq və işğalçılıq siyasətinə sadiq qalaraq cəbhə xəttində çirkin təxribat hərəkətlərini davam etdirir. Günahsız mülki əhalini, xüsusən azyaşlı uşaqları hədəf seçən Ermənistanın insanlıq əlehinə törətdiyi cinayət əməlləri təsadüfi xarakter daşımır. Belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 25 il ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azəraycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir.

Sarkisyan Ruhanidən nə istəyib?

8 Avqust 2017 13:34

İranın yeni prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edən Serj Sarkisyan Tehranda həmişəki kimi isti qarşılanıb. İşğalçı rejimin rəhbəri Həsən Ruhani ilə görüşüb, “İrna” Agentliyinə müsahibə verib, hətta islam dövətinin Avropa ilə əlaqələrinin gücləndirməsinin vacibiyindən danışıb. Yəni Serj Ruhaniyə məsləhət verməkdən də çəkinməyib. Qısası Tehranda Dağlıq Qarabağın ilhaqına haqq qazandırmaq üçün Sarkisyana geniş siyasi imkanlar yaradılıb.

Elman Məmmədov: “Ermənistanın vəhşiliklərinə qarşı cəza tədbirləri görülməlidir” 

8 Avqust 2017 13:31

“Ümumiyyətlə beynəlxalq təşkilatlar, dünya birliyi ermənilərin uzun illər boyu dinc insanlara, uşaqlara, körpələrə, qocalara, xəstələrə yəni silahsız mülki insanlara qarşı törətdikləri cinayətlərə barışmaz mövqedə olmalıdırlar, cəza tədbirləri görməlidirlər, sanksiyalar tətbiq etməlidirlər”. Bunu millət vəkili Elman Məmmədov deyib.

AXCP-nin 2018-ci il planları –yenə xarici dairələr, yenə xəyanət!- SİYASİ RAKURS

8 Avqust 2017 13:15

2013-cü ilin president seçkilərindən əvvəl və sonra Rusiyanın qaranlıq siyasi dairələri və bu dairələrin əlaltısı olan “Milyarderlər İttifaqı” tərəfindən yaradılmış “Milli Şura” 2018-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti president seçkilərində də eyni motivdən yararlanmağa cəhd etməyi planlaşdırıb.

Zirehli döyüş avtomobillərinin təmiri və texniki xidmət mərkəzinin açılışı olub 

8 Avqust 2017 12:40

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin inkişaf etdirilməsi məqsədilə görülən fəaliyyətlər davam etdirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin rəhbərliyi müxtəlif təyinatlı təkərli zirehli döyüş vasitələrinin təmiri və texniki xidmət mərkəzinin açılışında iştirak edib. 

Prezident İlham Əliyev: "Azərbaycan və Türkmənistan arasındakı çox uğurlu əməkdaşlıq dərinləşəcək"

8 Avqust 2017 12:38

Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək.

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ni təsdiq edib

8 Avqust 2017 12:35

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilib. (NİZAMNAMƏ)