Mərkəzi Bankın sədri dəyişdi - FƏRMAN
12 Sentyabr 2017 09:04 SiyasətMərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.
"Azvision.az" xəbər verir ki, bununla bağlı dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
Fərmana əsasən Elvin Axundov Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.
Qeyd edək ki, E. Axundov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31