Siyasət
Lütfi Zadə bütün mükafatlarını ona vəsiyyət edib
TƏCİLİ! Azərbaycanda bu işçilərin maaşları artdı – RƏSMİ
Cəbhə xəttində DƏHŞƏTLİ TƏXRİBAT
Prezidentin təyyarəsi Rusiyada partladılıb - KOMİSSİYA RƏYİ VƏ DƏHŞƏTLİ SÜBUTLAR
Ən doğru seçim - Prezidentə inanmaq, güvənmək və verəcəyi qərarları gözləmək...
AXCP üzvü Əli Kərimlini rüsvay etdi: “Üzvləri səfalət içində yaşayan AXCP-nin sədri 2 övladının təhsilinə 1 milyondan çox pul xərcləyib”– Fotofakt
AXCP üzvü Paşa Umudov Avropa.info-ya müraciət edib. Partiya üzvü sədrləri Əli Kərimlinin ailə üzvlərinin yaşadığı komfort şəraitin kontekstində cəbhəçilərin istismar edilməsinə üsyan edir. Avopa.info Paşa Umudovun yazdıqlarını olduğu kimi dərc edir:
Ermənistanla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlandı
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistan ordusu tərəfindən mülki əhalinin, xüsusən də uşaqların hədəfə alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Ermənistanda terror dövlət siyasətinə çevrilib
Məlum olduğu kimi Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Ekspert: ABŞ Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirməlidir
Avqustun 7-də Ermənistan qoşunlarının Tovuz rayonunda dinc sakinlərə hücumu Avropa İttifaqının (Aİ) qurumları, Avropa ölkələrinin hökumətləri və ATƏT tərəfindən fəal şəkildə pislənməlidir. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.
Bakı şəhər Prokurorluğunda nə baş verir-ŞOK
Millət vəkili məmur övladlarının özbaşınalığından danışdı
“Ümumilikdə götürdükdə, Azərbaycan Prezidenti İlham Əliyevin bir tələbi var ki, hər bir dövlət məmuru vəzifəyə təyin olunarkən onun qarşısında ən əsas məqsəd xalqa xidmət dayanmalıdır”. Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Azərbaycanın ərazi bütövlüyünə qarşı NÖVBƏTİ TƏXRİBAT
Mapbox.com və Openstreetmap.org naviqasiya sistemində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı böyük yanlışlığa yol verilib. İnternet istifadəçilərinə təqdim olunan onlayn xəritələrdə Azərbaycanın işğal altında olan əraziləri erməni adları ilə təqdim olunub.
Ermənistanda siyasi təlatüm
İndi Ermənistanda hər kəsi bir sual düşündürür. 2018-ci ildə hazırkı prezident Serj Sərkisyanı kim əvəz edəcək? Sərkisyanı əvəz edə biləcək bir neçə siyasi fiqurun adı hallansa da, lakin son qərarın Kremldən veriləcəyi də istisna edilmir. Çünki İrəvanın daxili siyasətində baş verənlərin birbaşa Kremldən idarə olunduğu şübhəsizdir.
Ekspert: "Ermənistana real siyasi təzyiq olmadan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dəyişməyəcək"
Yalnız diplomatik dildən istifadə etməklə və real siyasi təzyiq olmadan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə dəyişiklik olmayacaq. Bunu Dağlıq Qarabağ münaqişəsi üzrə isveçrəli ekspert, "Unudulmuş münaqişə" kitabının müəllifi Andre Vidmer deyib.














