Siyasət

Forpostun üsyanı: erməni siyasəti xəyali dəyişiklik izində

10 Avqust 2017 16:52

Son günlər Ermənistan mətbuatında ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalı olduğu haqqında fikirlər dərc edilir. Bir sıra elm və mədəniyyət xadimləri, siyasi müxalifətin təmsilçiləri Ermənistanın geosiyasi dalana dirəndiyini vurğulayırlar.

ABŞ Rusiya və İranı da “şər üçbucağına” daxil etdi

10 Avqust 2017 15:49

ABŞ Konrqesinun qəbul etdiyi qanunda “şər üçbucağına” Rusiya və Şimali Koreya ilə yanaşı İranı da əlavə etməsi gələcəkdə Azərbaycana müəyyən problemlər yaradacaq. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib: “Birincisi, Rusiya-İran ittifaqı heç zaman Azərbaycanın xeyrinə olmayıb.

Dünya birliyi tərəfindən Ermənistanın təcavüzkar siyasətinə qarşı qətiyyətli mübarizə aparılmır

10 Avqust 2017 15:47

“Ermənilərin təxminən bir ay bundan əvvəl törətdikləri vəhşilik nəticəsində  Füzuli rayonunun Alxanlı kənd sakinləri 51 yaşlı Sahibə  Allahverdiyeva və onun 2 yaşlı nəvəsi  Zəhra Quliyeva qətlə yetirilmişdi, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralanmışdı. O vaxt mənfur düşmənin balaca Zəhranı və qadınları hədəfə alması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənildi.

Beynəlxalq təşkilatlar nə vaxtadək bu haqsızlığa göz yumacaq!?

10 Avqust 2017 15:15

Xəbər verdiyimiz kimi, avqustun 7-də Ermənistan silahlı bölmələri tərəfindən Tovuzun Qaralar kəndi iriçaplı silahlardan atəşə tutulub. Nəticədə kənd sakini 13 yaşlı Yusifov Ramin Sabir oğlu yaralanıb. Raminin atası Sabir Yusifov azərtac-ın müxbiri ilə söhbətində deyib: “Bizim kənd Ermənistanın Berd rayonu ilə sərhəddə yerləşir. Evimiz isə mənfur qonşularımızın döyüş postunun yaxınlığındadır. Kəndimiz, xüsusilə dinc sakinlər tez-tez atəşə məruz qalır. Ermənilərin növbəti təxribatı nəticəsində oğlum Ramil ayağından yaralandı. Sağ olsun həkimlərimiz oğluma lazımi tibbi yardım göstərdilər, ayağındakı qəlpələri təmizlədilər”.

Hərbi ekspert: "Ermənistan ordusu cəbhə bölgəsində dinc sakinləri hədəf alır"

10 Avqust 2017 14:19

Ermənistan silahlı qüvvələri mütəmadi olaraq cəbhə bölgəsində uşaq, qadın, yaşlı demədən dinc sakinləri hədəf alır. Bununla da cəbhə xəttində yaşayan əhali və hərbçilər arasında psixoloji gərginlik yaratmağa çalışır.

Baş redaktor: “Ermənistan hakimiyyətinin mahiyyətində faşizm elementləri var”

10 Avqust 2017 13:55

“Ermənistan tərəfindən atılan son məlum təxribatlarda göstərdi ki, Ermənistan hakimiyyətinin mahiyyətində faşizm elementləri var”. Bunu “Kaspi” qəzetinin baş redaktoru İlham Məmmədov deyib.

Cəzasızlıq mühiti fonunda davam edən erməni vandalizmi

10 Avqust 2017 13:25

Erməni vandalizmi özünün ən çirkin eybəcərlikləri ilə davam edir. Keçən ay Füzuli rayonun Alxanlı kəndində mülkü vətəndaşları hədəf seçməklə 2 yaşlı Zəhra və onun nənəsinə qəsd edən terrorçu ölkə Ermənistan bu dəfə də Tovuz rayonu istiqamətində öz çirkin əməllərini davam etdirib.

Avrasiya İttifaqından çıxmaq Ermənistana baha başa gələcək - ANALİTİK

10 Avqust 2017 13:04

“Ermənistan Avrasiya İttifaqından çıxa bilməyəcək o səbəbə görə ki, məhz həmin səbəbə görə ora daxil olmuşdu. Bu baş verərsə, Rusiya ilə ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Avrasiya İttifaqına daxil olmaq siyasi qərar idi və Ermənistanın siyasi elitasının maraqlarını və Ermənistanın təhlükəsizliyini təmin edirdi”. Bu barədə erməni mətbuatına (1in.am saytına) politoloq Mikael Zolyan danışıb. Politoloqa görə, Ermənistanın siyasi elitasının davranışlarının təməlində həqiqətən də Moskvadan qaynaqlanan risk faktorları mövcuddur, baxmayaraq ki, bu risklər realdır, yaxud əksinə.

"Ermənistanda formalaşmış arxayınçılıq və cəzasızlıq sindromu daha da möhkəmlənir"

10 Avqust 2017 13:00

Avqustun 7-də Ermənistan silahlı qüvvələri ölkədəki xunta rejiminin diktəsi ilə növbəti hərbi təxribata əl atmışlar. Azərbaycanın mülki əhalisini və obyektlərini intensiv atəş altında saxlayan erməni hərbi birləşmələri bu dəfə Tovuz rayonunun Qaralar kəndinin 13 yaşlı sakini Ramin Yusifovun yaralanmasına səbəb olan hərbi cinayət törətmişlər.

Millət vəkili: “Sanksiyalar olmadıqca Ermənistan öz əməlindən əl çəkməyəcək"

10 Avqust 2017 12:45

"Ermənistan artıq 30 ilə yaxındır ki, cinayət əməlləri törətməklə məşğuldur. 1988-ci ildən başlayaraq Ermənistan ərazisində Azərbaycan əhalisinə qarşı divan tutulması, 1992-ci ildə Xocalıda azərbaycanlı uşaqlarına qarşı divan tutulması, daha sonra bu il Füzulidə azyaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin birbaşa məsuliyyət və cinayət daşımasını bütün dünyada hər kəs görür. Məsələn, biz ATƏT Parlament Assambleyasının üzvü kimi orada da bu məsələni qabartdıq. Təbii ki, bu dünyada insanlığa qarşı törədilmiş bir cinayətdir". Bunu  millət vəkili Tahir Mirkişili deyib.

Deputat: Ermənistandakı hərbi xunta uşaqlara qarşı qəddarlığı ilə fərqlənir

10 Avqust 2017 12:08

Ermənistandakı hərbi xunta digərlərindən məhz uşaqlara qarşı daha qəddar yanaşması, uşaqları hədəf seçməsi ilə fərqlənir. Bunu Milli Məclisin deputatı Sahib Alıyev avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşlı kənd sakini Ramil Yusifovun yaralanmasına münasibət bildirərkən deyib.

Mülkü vətəndaşların hədəfə alınması Ermənistan dövlətinin terrorçu mahiyyətini ortaya qoyur

10 Avqust 2017 11:57

“Ermənistan silahlı qüvvələrinin mülki insanları hədəfə almasının nəticəsi kimi Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifovun xəsarətlər alması bir daha Ermənistan dövlətinin və onun rəhbərlərinin terrorçu mahiyyətini ortaya qoyur”.

Atəşkəs rejimi 115 dəfə pozulub

10 Avqust 2017 11:18

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.