Siyasət

Zaqatala-Balakən-Mazımçay avtomobil yolunun təmirinə 24,6 milyon manat ayrılıb

11 Avqust 2017 18:25

Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İlham Əliyev Azərpaşa Nemətovu “Vətənə xidmətə görə” ordeni təltif edib

11 Avqust 2017 18:26

Prezident İlham Əliyev Azərpaşa Nemətovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Ekspert: “Ermənistan iqtidarı terrorçulardan ibarət quruplaşmaların əlindədir”

11 Avqust 2017 17:15

“7 avqust tarixində Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur”.

Azərbaycan prezidenti yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevi təbrik edib

11 Avqust 2017 15:29

Azərbaycan prezidenti İlham Əliyev Ramil Quliyevi yüngül atletika üzrə dünya çempionu olması münasibəti ilə təbrik edib.

Müdafiə naziri Rusiyaya səfər edib

11 Avqust 2017 14:01

Avqustun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.

Erməni vandalizmi cəzasız qalmamalıdır

11 Avqust 2017 13:42

Cəzasızlıq sindromu, dünyada mövcud olan ikili standartlar Ermənistanı daha aqressiv olmağa, öz vandal hərəkətlərini davam etdirməyə sövq edir. Keçən ayın əvvəllərində Füzuli rayonunun Alxanlı kəndində mülkü vətəndaşların erməni gülləsinə tuş gəlməsi, 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin düşmən gülləsindən həlak olması, bunun ardınca ermənilərin Tovuz rayonunun kəndlərini atəşə turaraq 13 yaşlı həmyerlimizi yaralaması deyilənlərin təsdiqidir. Təəssüflər olsun ki, Ermənistanın bu qeyri-insani davranışları, mülkü vətəndaşları hədəfə seçməsi hələ də beynəlxalq birlik tərəfindən susqunluqla qarşılanır, işğalçı ölkəyə qarşı hər hansı bir tədbirlər görülmür.

Millət vəkili: “Ermənistana işğalçı gözüylə baxılmalıdır”

11 Avqust 2017 13:12

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyir ki, artıq Azərbaycanla Ermənistan arasında qarşılıqlı güvən yaratmanın zamanı gəlib çatıb. Onun dediyinə görə Minsk qrupuna həmsədrlik edən digər ölkə- Rusiya da bu fikirləri bölüşür. Deməyinə deyirlər, amma aralarında son 25 ildə heç vaxt indiki qədər ziddiyyət və güvənsizlik olmayan bu iki ölkənin əl-ələ verib bizim regionda qarşılıqlı güvən yaradacaqları təəssüf ki, ağlabatan deyil". Bunu millət vəkili Sahib Alıyev deyib.

"Torpaqlar ikinci məsələdir" - Azərbaycan bu yolla düşməni DİZ ÇÖKDÜRÜR: Papyan ETİRAF ETDİ

11 Avqust 2017 13:01

"Azərbaycan Dağlıq Qarabağda tammiqyaslı hərbi addımlara getmədən, istədiyinə nail olur”. Onun sözlərinə görə, Azərbaycan lokal əməliyyatlarla müharibənin köhnəlməsinə imkan vermir. “Bunun nəticəsində Ermənistan və Qarabağda miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Torpaqlar ikinci məsələdir, birinci məsələ insanlardır, çünki torpağı onlar müdafiə edir”, - deyə o bildirib. 

“Əliyev İcevanla Zəngəzuru almaq istəyir. Bu da olacaq” – Ermənistanın sabiq Kanada səfiri

11 Avqust 2017 12:53

Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur.

Politoloq: “ABŞ Ermənistanın həm enerji, həm də hərbi müstəqilliyinə çalışır”

11 Avqust 2017 12:06

“ABŞ Ermənistanda yenidən aktivləşir. Aktivləşmə siyasi, iqtisadi və hərbi sahələri əhatə edir”.  Bu fikirlər Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna məxsusdur. Politoloq fikrini əsaslandırmaq üçün Ermənistandakı siyasi mənzərəni şərh edib: “ABŞ-ın Ermənistandakı səfiri R.Millz siyasi partiyalarla mütəmadi görüşür, onlara dəstək vəd verir.

Həmsədr: “Ümid edirəm ki, prezidentlərin növbəti görüşündə müəyyən addımların atıldığı elan ediləcək”

11 Avqust 2017 11:39

“Mən ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər”. 

Siyavuş Novruzov: “Hazırda 21 təşkilatımızda konfransların keçirilməsinə hazırlıqlar davam edir”

11 Avqust 2017 11:30

"YAP-ın rayon təşkilatlarının hesabat seçki konfransları 5 ildən bir keçirilir.Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkialtı var. Onun artıq 63-də bu konfranslar keçirilib. Hazırda 21 təşkilatımızda bu konfransların keçirilməsinə hazırlıqlar davam edir”. “OLAYLAR”-ın yap.org.az bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.

Tütünçülüyün inkişafına dair Dövlət Proqramı təsdiq edildi

10 Avqust 2017 18:23

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Mübariz Əhmədoğlu: “Ermənistan Qərbin köməyi ilə ikinci hərb nazirliyi yaradır”

10 Avqust 2017 16:53

“Ermənistanın Fövqəladə Hallar Nazirliyi hərbi təyinatlı quruma çevrilir. Ermənistan Müdafiə Nazirliyi daha çox siyasətlə məşğuldur. Ehtimal ki, ona görə bəzi hərbi proseslər Fövqəladə Hallar Nazirliyinə verilir. Fövqəladə hallar naziri David Tonoyan müdafiə nazirinin müavini işləyərkən Qərb dövlətləri və NATO ilə əlaqələri kurasiya edirdi”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.