Siyasət

Erməni lobbisi yenə iş başında

14 Avqust 2017 13:37

Son vaxtlar erməni lobbisinin fəaliyyət istiqamətində əsas hədəf Azərbaycanın bu və ya digər ölkələrlə əlaqələrinə zərbə vurmaq, təsir dairələrində olan siyasətçilər, media qurumları vasitəsilə Azərbaycan barədə həmin ölkədə mənfi rəy formalaşdırmaqdan ibarətdir. Bir müddət əvvəl Moskva-Bakı, son həftələr ərzində Azərbaycan-İran, indi isə Vaşinqton-Bakı əlaqələrinə kölgə salmağa çalışan erməni lobbisi bunun üçün bütün mümkün vasitələri işə salıb.  Hətta Azərbaycanı gözdən salmaq üçün milyonlarla vəsait xəcləməkdən belə çəkinmirlər.

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycana hansı təsirini göstərə bilər?

14 Avqust 2017 13:32

“ABŞ-ın Rusiyaya sanksiyaları Rusiyaya daha çox texnoloji, maliyyə bazarı, Rusiyanın energetika layihələrində iştirakına, Rusiya şirkətlərinin digər ölkələrin iri layihələrində iştirakı və sair bu kimi istiqamətlərdə təsir göstərir və göstərməkdə davam edəcək. Ümumiyyətlə, götürdükdə, eləcə də əgər məsələyə sadaladığımız kontekstdən yanaşsaq, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Azərbaycan üçün elə bir ciddi təhlükə kəsb etmir”.

Görüş xatirinə görüş ermənilərə lazımdır

14 Avqust 2017 12:40

“Erməni separatçıları və onlara havadarlıq edən Minsk Qrupu vasitəçiləri hər yerdə belə xəbər yayırlar ki, guya Azərbaycan və Ermənistan prezidentləri BMT-nin sentyabr sessiyası zamanı Nyu-Yorkda görüşəcəklər”.

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu iki yaşlı Zəhranın 40 mərasimində  

14 Avqust 2017 12:38

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olmuş iki yaşlı Zəhra Elnur qızının və onun nənəsinin 40 mərasimində iştirak edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə,  erməni vandalizminin qurbanlarının ailə üzvlərinə Müdafiə Nazirliyi rəhbərliyinin bir daha başsağlığı çatdırılıb, onların qisasının alındığı və düşmənə layiqli cavab verildiyi bildirilib.

DİQQƏT! Müdafiə Nazirliyinin cəbhədən SON XƏBƏRİ

14 Avqust 2017 11:33

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli və Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Əli Kərimli - müxalifətin Ostap BenderiSİYASİ RAKURS

11 Avqust 2017 18:37

Əli Kərimli barədə cəbhəçi, AXCP-nin Sabirabad şöbəsinin fəallarından sayılan Paşa Umudovun ortaya çıxardığı faktların ardınca, bird aha bəlli oldu ki, cəbhə sədri məhz “AXCP brendi” adı altında maliyyə maxinasiyaları ilə məşğul olan dələduzdan başqa heç kim deyil. Onu da qeyd edək ki, Ə.Kərimlinin ifşaları çoxaldıqca, onun sosial şəbəkədəki zombi dəstəsi daha da aqressivləşir, bu isə belə qənaətə gəlməyə zəmin yaradır ki, ortaya çıxan hər bir fakt dəqiqdir, Kərimli isə bu faktlar qarşısında aciz qalıb. Bu baxımdan, daxilindəki aqressiyasını gizlədə bilmir.